Patrik Klüvert

Hollandiyalı futbolçu və baş məşqçi

Patrik Stefan Klüvert ([ˈpɛtrɪ ˈklœyvərt]  ( dinlə), 1 iyul 1976[1][2], Amsterdam) – hollandiyalı keçmiş futbolçu, məşqçi və idman direktoru. Xüsusilə Ayaks, BarselonaHollandiya millilərində hücumçu kimi çıxış edib.[3][4][5] Hazırda Super Liqa komandalarından olan "Adana Dəmirspor"un keçmiş baş məşqçisi.[6]

Patrik Klüvert
nid.
nid. Patrick Kluivert
Ümumi məlumatlar
Tam adıPatrik Stefan Klüvert
LəqəbiQara pantera
Doğum tarixi1 iyul 1976(1976-07-01)[1][2] (47 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu187 sm
Çəkisi79 kq
Mövqeyihücumçu
Klub haqqında məlumat
KlubTürkiyə Adana Demirspor
VəzifəsiBaş məşqçi
Karyerası
Klub karyerası[* 1]
1994—1997Niderland Ayaks70 (39)
1997—1998İtaliya Milan27 (6)
1998—2004İspaniya Barselona182 (90)
2004—2005İngiltərə Nyukasl Yunayted25 (6)
2005—2006İspaniya Valensiya10 (1)
2006—2007Niderland PSV Eyndhoven16 (3)
2007—2008Fransa Lill13 (4)
Milli yığma[* 2]
1994—2004Niderland Niderland79 (40)
Məşqçisi olduğu klublar
Niderland Tvente
Təltif və medalları
Avropa çempionatları
BürüncBelçika/Niderland 2000
BürüncPortuqaliya 2004

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Patrik Stefan Klüvert 1976-cı ildə Hollandiyanın Amsterdam şəhərində anadan olub. Hücumçudur. Futbolçu karyerasına 1994-cü ildə Ayaks klubunda başlayıb. 1997-ci ilə qədər bu klubun şərəfini qoruyub. Ayaks klubunun heyətində çıxdığı 70 oyunda 39 qola imza atıb. Ayaks klubu ilə 2 dəfə (1995,1996) Hollandiya çempionluğunu, 2 dəfə də (1994, 1995) Hollandiya Superkubokunu qazanıb. 1 dəfə (1995) isə çempionlar Liqasının kubokunu başı üzərinə qaldırıb. Həmin il Vyanada “Milan”la keçirilən final matçının 85-ci dəqiqəsində gözəl qola imza ataraq, Ayaks klubuna kuboku qazandıran oyunçu oldu. Onun gənc yaşda belə parlaq çıxışı nəhəng klubların skautlarının da gözündən yayınmadı. “Milan” rəhbərliyi 1997-ci ilin yayında onu heyətinə cəlb etdi. Lakin futbolçu İtaliyada qənaətbəxş futbol nümayiş etdirə bilmədi. Burada meydana çıxdığı 27 matçda cəmi 6 qola imza ata bildi. 1998-ci ildə digər bir nəhəng kluba-”Barselona”ya transfer edildi. “Barsa”nın heyətində 192 matçda 90 qola imza atmağa müvəffəq oldu. 2004-ci il mövsümünün gedişində Frank Raykardın “Barselona”ya gəlişindən sonra futbolçu özünə heyətdə yer tapa bilmədi. Nəticədə, “Barsa” ilə Klüvertin yolları ayrıldı. “Barsa”dan ayrılandan sonra tez-tez komanda dəyişsə də, məşqçilərlə yola getmədiyi üçün heç bir komandanın heyətində möhkəmlənə bilmədi. “Nyukasl”, “Valensiya”, “PSV” və “Lill” onun şərəfini qoruduğu digər klublardır. Hazırda Fransanın “Lill” klubunda çıxış edir. Bu mövsümdə “Lill”in heyətində cəmi 6 matçda oynayıb və 2 qola imza atıb. Hollandiya yığmasının heyətində son dəfə 2004-cü ildə meydana çıxsa da, Hollandiya yığması tarixində hələlik ən çox qol vuran futbolçudur (40 qol).

İstinadlar