Potsdam


Potsdam (alm. Potsdam[ˈpɔtsdam]) — Almaniyanın şərqində Brandenburq torpağında yerləşən şəhər. Brandenburq torpağının paytaxtıdır. Hafel çayının sahilində və bir biri ilə birləşmiş göllərin yaxınlığında yerləşir. Berlin şəhərindən 20 km cənub-qərbə yerləşir[1]. 1945-ci ildə Potsdam konfransı bu şəhərdə keçirilmişdir.[2]

Şəhər
Potsdam
Potsdam
BayraqGerb
BayraqGerb
52°24′ şm. e. 13°04′ ş. u.
Ölkə Almaniya
TorpaqBrandenburq
MerYan Yakobs
Tarixi və coğrafiyası
İlk məlumat993
Sahəsi187.28 km²
Mərkəzin hündürlüyü35 m
Saat qurşağıUTC+1 , yayda UTC+2
Əhalisi
Əhalisi164 042 nəfər (2015)
Milli tərkibiAlmanlar
Rəqəmsal identifikatorlar
Telefon kodu+49 (0) 331
Poçt indeksi14467-14482
Nəqliyyat koduP
Digər
potsdam.de
Potsdam xəritədə
Potsdam
Potsdam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1918-ci ilə qədər Prussiya kralları və Alman imperatorları üçün kurort ərazi idi.[3]

Almaniyada yerləşən ən böyük Ümumdünya irsi abidəsi olan Sansusi sarayı bu şəhərdə yerləşir. Potsdamın cənub-şərq hissəsində yerləşən Babelsberq 1930-cu illərin əvvəllərində Almaniyada və bütün Avropada əsas film istehsalı studiyası olmuşdur. Bu kinostudiya dünyanın ən qədim genişmiqyaslı film studiyası hesab olunur.[4]

Potsdam XIX əsrdən etibarən Almaniyanın elm mərkəzi kimi inkişaf etməyə başladı. Hazırda şəhərdə üç ictimai kollec, Potsdam Universiteti və 30-dan çox axtarış institutu fəaliyyət göstərir.[5]

Coğrafiya

Ərazidə son buzlaşma dövründən qalan moren təpə və tirələri mövcuddur. Hazırda şəhər ərazisinin dörddə üç hissəsi meşə və kolluqlardan, qalan dörddə bir hissəsi isə urbanizasiyalaşmış ərazidən ibarətdir.

Potsdam şəhəri və ətraf ərazilərdə ümumilikdə 20-yə yaxın göl və çay vardır. Şəhərin ən hündür nöqtəsi 114 metr hündürlüyündəki Kleyner Ravensberq yüksəkliyidir.

Potsdam yeddi tarixi əraziyə və 2003-cü ildə şəhərə birləşdirilən 9 yeni kəndə bölünmüşdür. Şəhərin bu bölgələri bir-birindən kifayət qədər fərqlənir. Şimalda və mərkəzdə tarixi binalar üstünlük təşkil etdiyi halda, şəhərin cənub hissəsi yeni tikilmiş binalardan ibarətdir.

İqlim

Potsdam şəhəri dəniz iqlim tipində yerləşdiyinə görə, burada qış qarlı və soyuq, yay ayları isə sərin keçir. Qışda orta temperatur maksimum 3,5 °C, minimum isə −1.7 °C olur. Qış əsasən qarlı keçir. Yaz və payız fəsilləri qısa olur. Mülayim yay aylarında isə orta temperatur maksimum 23,6 °C, minimum isə 12,7 °C qeydə alınır.

Demoqrafiya

1875–2020-ci illər ərzində gözlənilən əhali artımı.
Potsdam:
Əhali sayının dəyişməsi cədvəli
İlƏhali
187561 719
189077 301
1910101 950
1925107 734
1933116 947
1939125 664
1946113 035
1950114 663
1964117 711
1971118 923
İlƏhali
1981139 746
1985146 746
1989149 043
1990147 252
1991146 441
1992146 138
1993145 667
1994145 227
1995144 118
1996143 151
İlƏhali
1997140 880
1998139 823
1999139 695
2000140 668
2001141 907
2002143 246
2003144 979
2004145 707
2005147 583
2006148 813
YearPopulation
2007150 833
2008152 966
2009154 606
2010156 906
2011157 603
2012159 456
2013161 468
2014164 042
2015167 745

Xarici vətəndaşlar

Əhalisinin sayına görə, etnik azlıqlar:

Vətəndaşlığına görə Xarici Ölkə Rezidentləri
YerÖlkəƏhali (31.12.2017)
1 Suriya1,970
2 Rusiya1,340
3 Polşa1,055
4 Ukrayna790
5 Rumıniya660

Qardaş şəhərlər

Potsdam aşağıdakı şəhərlərlə qardaş şəhər statusu daşıyır:[6][7][8]

Həmçinin bax

İstinadlar

Xarici keçidlər