Potsdam konfransı

Potsdam konfransı (ing. Potsdam Conference, rus. Потсдамская конференция) – 17 iyul–2 avqust 1945-ci ildə Almaniyanın Potsdam şəhərində keçirilmiş ikinci dünya müharibəsinə dair konfrans.

Potsdam konfransı
ing. Potsdam Conference
"Böyük üçlüyün" görüşü. Klement Ettli, Harri Trumen, İosif Stalin.
"Böyük üçlüyün" görüşü. Klement Ettli, Harri Trumen, İosif Stalin.
Keçirilmə tarixi17 iyul— 2 avqust 1945-ci il
Keçirilən yerAlmaniya Sesilionhof, Potsdam, Almaniya
İştirakçılar SSRİ
 ABŞ
 Böyük Britaniya
NəticələrBəyannamə və Razılaşma
Ardıcıllıq
← San-Fransisko konfransı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Konfransın qərarları

1945-ci ilin iyulun 17-dən avqustun 2dək Berlin yaxınlığında yerləşən Potsdamda "böyük üçlüyün" növbəti görüşü keçirildi. SSRİ-dən İosif Stalin, Böyük Britaniyadan Klement Ettli, ABŞ-dən Harri Trumen bu konfransda iştirak edirdi. Konfransın əsas məqsədi Almaniyaya münasibətdə müttəfiqlərin siyasətini müəyyənləşdirmək idi. Almaniya ərazisi SSRİ, Böyük Britaniya, ABŞFransa işğal zonalarına bölündü. Ələ keçmiş faşist rəhbərləri beynəlxalq tribunala verildi. Ölkənin paytaxtı Berlin də 4 zonaya bölündü. Konfransda Almaniyanın dövlət sərhədləri müəyyənləşdirildi. Almaniya öz ərazisinin 4/1-ni itirdi. Almaniyadan alınacaq təzminatın miqdarı 20 milyard $ müəyyən edildi. Onun 50%-i SSRİ-yə çatmalı idi.

Qalereya

Həmçinin bax

Xarici keçidlər