Yalta konfransı

Yalta (Krım) konfrası (ing. Yalta Conference, rus. Ялтинская конференция) – 411 fevral 1945-ci ildə Yaltanın Livadiya sarayında keçirilmiş İkinci Dünya müharibəsinə dair konfrans.

Yalta konfransı
ing. Yalta Conference
Çörçil, Ruzvelt, Stalin Yaltada – fevral 1945-ci il.
Çörçil, Ruzvelt, Stalin Yaltadafevral 1945-ci il.
Başqa adıKrım konfransı
Keçirilmə tarixi411 fevral 1945-ci il
Keçirilən yerSSRİ Livadiya sarayı, Yalta, SSRİ
İştirakçılar SSRİ
 ABŞ
 Böyük Britaniya
Müzakirə edilən məsələlərMüharibədən sonra Almaniyanın qurulması, dünyanın qalib dövlətlər tərəfindən gələcək bölünməsi
NəticələrMüzakirə edilən məsələlər üzrə razılaşma
Ardıcıllıq
← Malta konfransı
San-Fransisko konfransı →
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Konfransın qərarları

1945-ci ilin fevralında Yaltada "Böyük üçlüyün" dövlət başçılarının (Çörçill, RuzveltStalin) yeni görüşü keçirildi. Krım konfransı adını almış bu konfransda qərara alındı ki, Almaniya danışıqsız təslim olmalı və ərazisi işğal edilməlidir. SSRİ, ABŞBöyük Britaniyadan başqa Fransaya da işğal zonası verilməlidir.

Almaniyadan təzminat alınmasının vacibliyi də qeyd olundu. Belə ki, konfrans qərara aldı ki, Almaniya 20 milyard dollar təzminat ödəməlidir və bunun da, 10 milyard dolları SSRİ-yə çatmalı idi. Konfransda SSRİ qərb sərhədlərinin tanınmasına nail oldu. Bununla yanaşı, SSRİ Almaniya ilə müharibə qurtarandan 2-3 ay sonra Yaponiyaya qarşı müharibəyə başlamaq barədə götürmüş olduğu öhdəliyə sadiq qaldı. İosif Stalin bunun müqabilində Cənubi Saxalin, Kuril adaları, Mancuriyada Cənub-Şərqi Çin dəmir yolu və Port-Arturun SSRİ-yə verilməsini tələb etdi. Konfransda "Azad edilmiş Avropa haqqında bəyannamə"də qeyd edildi ki, qitə xalqlarının arzularına uyğun demokratik təsisatlar qurmasına təminat veriləcəkdir. Konfransda gələcək Birləşmiş Millətlər Təşkilatının iş qaydaları müəyyənləşdirildi. Yalta konfransının qərarlarının təsdiqi 1945-ci ilin 17 iyul-2 avqustda keçirilmiş Potsdam konfransının qərarları oldu.

Həmçinin bax

Xarici keçidlər