Qəribə şeylər (teleserial, 2016)

Qəribə Şeylər (ing. Stranger Things) - Daffer qardaşları tərəfindən Netflix platforması üçün yaradılmış ABŞ elmi fantastika və qorxu teleserialı. Daffer qardaşları Şon Levi və Den Kohenlə birlikdə serialın icraçı prodüserləridirlər. Serialın birinci mövsümünün əsas rollarında Vaynona Rayder, Devid Harbor, Finn Vulfhard, Milli Bobbi Braun, Qeyten Matarazzo, Kaleb Maklaflin, Nataliya Dayer, Çarli Hiton, Kara Buono və Mettyu Modayn, köməkçi rollarında Noa Şnapp və Co Kiri çıxış edirlər. İkinci mövsümdən etibarən Şnapp və Kiri əsas rol ifaçıları olmuş, Deykr Montqomeri, Şon Astin və Pol Rayzer da onlara qoşulmuşdur. Praya Feryuson isə ikinci mövsümdə köməkçi rolda oynamışdır. Üçüncü mövsümdə Mayya Houk da aktyor heyətinə qatılmış, Ferqyuson əsas rol ifaçısı olmuşdur.[1]

Qəribə Şeylər
ing. Stranger Things
Loqonun şəkli
Janrelmi fantastika, qorxu, period dramı
İlk baxış tarixləri15 iyul 2016
Rejissor
  • Endrü Stenton[d]
YaradıcısıDaffer qardaşları
RollardaVaynona Rayder, Devid Harbor, Finn Vulfhard, Milli Bobbi Braun, Qeyten Matarazzo, Kaleb Maklaflin, Nataliya Dayer, Çarli Hiton, Kara Buono, Mettyu Modayn, Noa Şnapp, Seydi Sink, Co Kiri, Deykr Montqomeri, Şon Astin, Pol Rayzer, Mayya Houk, Praya Feryuson
BəstəkarKayl Dikson, Maykl Şteyn
İstehsalçı ölkəABŞ
Studiya21 Laps Entertainment, Monkey Massacre
Distribüter:
Netflix
Dilingilis
Mövsüm sayı3
Seriya sayı25
Seriya vaxtı15 iyul 2016 – hazırda
Davametmə müddəti42-77 dəqiqə
TelekanalNetflix
IMDbID4574334
Format4K (Ultra HD)
netflix.com/title/800572…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Birinci mövsüm 1983-cü ilin noyabrında İndiana ştatının uydurma Houkins qəsəbəsində başlayır. Qəsəbə ətrafında baş verən fövqəltəbii hadisələrdən sonra itən bir gənc oğlanın axtarışları başlanır, eyni zamanda psixokinetik güclərə malik olan müəmmalı qız ortaya çıxır. Qız oğlanın dostları ilə dostlaşır və onu axtarmağa kömək edir. İkinci mövsüm 1 il sonra - 1984-cü ilin oktyabrında baş verir və itmiş oğlanın normal vəziyyətə qaytarılması cəhdləri və yeni təhlükədən bəhs edir. Üçüncü mövsüm 1985-ci ilin iyulunda baş verir.

Daffer qardaşı serialı tədqiqat dramı ilə fövqəltəbii elementləri birləşdirərək yaratmışdırlar. Hekayəni 1980-ci illər üçün yaradıblar və həmin onilliyin populyar mədəniyyətini əks etdirməyə çalışıblar. Serialın yaradılması zamanı Stiven Spilberqin, Con Karpenterin, Stiven Kinqin əsərlərindən, eləcə də, bir neçə film, anime və video oyundan təsirlənilmişdir.

Səkkiz seriyadan ibarət birinci mövsüm 15 iyul 2016-cı ildə Netflix-də buraxılmışdır. Serial personajlaşdırmaya, hekayə axışına, atmoferasına, rolların ifa edilməsin, musiqisinə, rejissorluğuna, ssenarisinə görə bəyənilmişdir. Doqquz seriyadan ibarət ikinci mövsüm 27 oktyabr 2017-ci ildə buraxılmışdır. Səkkiz seriyalıq üçüncü mövsümün buraxılma tarixi isə 4 iyul 2019-cu ildir. Daffer qardaşlarının sözlərinə görə serial dördüncü və ya beşinci mövsümdən sonra bitəcəkdir. Serial Ən yaxşı dram serialı nominasiyası daxil olmaqla 31 dəfə Praym-taym Emmi mükafatı və 4 dəfə Qızıl qlobus mükafatı laureatı olmuşdur. 2016-cı ildə "Dram serialında aktyor heyəti tərəfindən ən yaxşı performans üçün Ekran Aktyorları Gildiyası mükafatı"na layiq görülmüşdür.

Məzmun

Hadisələr 1980-ci illərdə İndiana ştatında yerləşən uydurma Houkins qəsəbəsində baş verir. Yaxınlıqda yerləşən Houkins Milli Laboratoriyası zahirən ABŞ Enerji Departamenti üçün elmi tədqiqatlar aparsa da, əslində, paranormal və fövqəltəbii təcrübələr aparır və təcrübələrinə insanlar da daxil edir. Lakin istəmədən "Tərs dünya" adlı alternativ ölçüyə portal açırlar. Portalın açılmasından sonra Houkinsə müəmmalı fəlakətlər seriyası başlayır.[2][3]

Birinci mövsüm 1983-cü ilin noyabrında Uil Bayersin Tərs dünyadan gələn bir məxluq tərəfindən qaçırılması ilə başlayır. Anastı Coys və qəsəbənin polis şefi Cim Hopper Uilli axtarmağa başlayırlar. Eyni zamanda psixokinetik güclərə malik On bir adlı qız laboratoriyadan qaçır və Uillin dostları - Mayk, Dastin və Lukasa Uilli tapmaqda kömək etməyə başlayır.[4]

İkinci mövsüm 1 il sonra - 1984-cü ilin oktyabrında baş verir. Uill xilas edilsə də, hadisənin bəzi effektlərini hiss etməyə davam edir. Tərs dünyadan bəzi məxluqların onun bədəninə daxil olduğu kəşf olunandan sonra dostları və ailəsi Tərs dünya kainatının daha böyük təhdid doğurduğunu dərk edirlər.[5]

Üçüncü mövsüm bir neçə ay sonra - 1985-ci ilin iyulunda baş verir. Yeni "Starcourt Mall" ticarət mərkəzi Houkins sakinlərinin əsas getdikləri yerə çevrilir. Hopper On birlə Mayk arasındakı münasibətdən narahat olur, eləcə də, Coysla yaxınlaşmağa çalışır. Lakin qəsəbə sakinləri ticarət mərkəzinin altında Tərs dünyaya portal açmağa çalışan ruslardan xəbəri yoxdur. Yeni portalın açılması Tərs dünyadan yeni məxluqlarında gəlib sakinləri ələ keçirməsinə və yeni dəhşət saçmasına səbəb olur.[6][7]

Personajlar

  • Vaynona Rayder Coys Bayers rolunda: Uill və Conatan Bayersin anası. Lonni Bayersdən boşanıb. İkinci mövsümdə liseydən olan sinif yoldaşı Bobla görüşür (ölənə qədər). O və Hopper arasında münasibət var.
  • Devid Harbour Cim Hopper rolunda: Houkins Polis Departamentinin polis şefi. Balaca qızı xərçəngdən öləndən sonra arvadından boşanıb və içkiyə qurşanıb. Lakin daha sonra düzəlir, Coysun oğlunu xilas edir, On biri övladlığa götürür. Coysla aralarında romantik münasibətlər var.
  • Finn Vulfhard Mayk Uiler rolunda: Karen və Ted Uilerin oğlu, Nensinin balaca qardaşı, Uill Bayersin üç dostundan biri. Ağıllı və vicdanlı oğlandır. On birə qarşı romantik hislər bəsləyir.
  • Milli Bobbi Braun On bir / Ceyn Hopper ("El") rolunda: psixokinetik bacarıqlara malik qız. Əsl adı Ceyndir, bioloji anası Terri Ayvsdır. Houkins laboratoriyasından qaçandan sonra Mayk, Dastin və Lukasla dostlaşır. Mayka aşiq olur. İkinci mövsümün sonunda Hopper onu övladlığa götürür. Üçüncü mövsümdə daha da yaxınlaşırlar.
  • Qeyten Matarazzo Dastin Enderson rolunda: Uillin dostlarından biridir. Kleydokrenial disostosisə malik olduğu üçün siqmatizmdən əziyyət çəkir. İkinci mövsümdə yeni dişlər taxdırır və Maksa vurulur. Üçüncü mövsümdə Suzi (Qabriella Pizzolo tərəfindən canlandırılıb) adlı sevgilisi olur.

İstinadlar

Xarici keçidlər