Qalenit

Qalenit (qurğuşun parıltısı) – PbS — Kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn.

Qalenit
Ümumi məlumatlar
KateqoriyaMineral
Formul
(təkrarlanan vahid)
PbS
Strunz təsnifatıII/C.15[1]
Xüsusiyyətləri
Kristalloqrafik sinqoniyakubik sinqoniya
Sıxlıq7,5 ± 0,1 q/sm³[2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Növ müxtəliflikləri

Selenli qalenit; svinçak – narındənəli bütöv sıx kütlələr.

Xassələri

Rəng – qurğuşunu-boz; Mineralın cizgisinin rəngi – bozumtul-qara; Parıltı – güclü, metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 7,4-7,6; Sərtlik – 2-3; Ayrılma – kub üzrə tam mükəmməl; Sınıqlar – pilləvari; Başqa xassələr – zəif elektrik keçiricisidir; Morfologiya – kristallar: heksaedrik, heksaoktaedrik, hərdənbir oktaedrik, bəzən skelet formalı, İkiləşmə: təmas və qarşılıqlı nüfuzetmə; Mineral aqreqatları: dənəvər kütlələr, druzalar.

Mənşəyi və yayılması

Skarn yataqlarında, bəzən püruzlar şəklində qələvi süxurlarda və peqmatitlərdə qeyd olunur. Qalenitin mineraloji əhəmiyyət daşıyan aqreqatlarına vulkanik qazlardan əmələ gələn məhsullar içərisində rast gəlinir. Geniş yayıldığı hidrotermal yataqlarda başqa sulfidlərlə birlikdə damarlar, metasomatik filiz cisimləri və püruzlar əmələ gətirir.

Mühüm sənaye əhəmiyyətli toplularına polimetal və kolçedan-polimetal yataqlarında rast gəlinir. Sfaleritlə birlikdə karbonat süxurlarında iri filiz cisimləri əmələ gətirir. Nadir hallarda fosforit və pirit konkresiyalarında müşahidə edilir.

Birlikdə rast gəldiyi minerallar: sfalerit, pirit, xalkopirit, tetraedrit, tennantit, pirrotin, kalsit, dolomit, kvars. Mineralın tapıldığı yerlər: Missisipi çayı vadisində bir sıra yataqlar (ABŞ); Sullivan (Kanada); Broken-Xill (Avstraliya); Sumeb (Namibiya); Dalneqorski (Rusiya); Madan (Bolqarıstan); Prşibram (Çexiya); Olkuş (Polşa) və b. Azərbaycanda Filizçay, Katex, Katsdağ, Mehmana, Dağkəsəmən, Ağdərə, Gümüşlük yataqlarında və bir çox başqa filiz obyektlərində geniş yayılmışdır.

Tətbiqi

Əsas qurğuşun filizidir. Qalenitdən qurğuşunla yanaşı gümüş də alınır.

İstinadlar

Mənbə

  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.

Xarici keçidlər