Riboza

Riboza — pentoza qrupundan olan monosaxarid, suda asanlıqla həll olan və şirin bir dadı olan rəngsiz kristallardır. 1905-ci ildə kəşf edilmişdir.

Riboza
Ümumi
Sistematik adıD-riboza
Ənənəvi adıriboza, ribopentoza
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi90 °S
Təsnifatı
CAS-da qeyd. nöm.50-69-1
ChEBI33942
Аsiklik D-riboza

Kimyəvi xassələri

Riboza, digər monosaxaridlər kimi, məhlullarda asiklik və tsiklik tarazlıq qarışığı şəklində mövcuddur: piranoz və furanoz formaları (anomerik α- və β-ribopiranozlar və α- və β-ribofuranozlar). Bu formaların məhluldakı nisbəti: β-ribopiranoz (59%), α-ribopiranoz (20%), β-ribofuranoz (13%), α-ribofuranoza (7%), asiklik (0.1%).

Аlfa D,L-riboza
Betta D,L-riboza

Riboza hidrogen və ya natrium amalgam tərəfindən müvafiq alditə (ribit) qədər reduksiya olunur və aldehid qrupu tərəfindən ribonolaktonun sintezi şəraitində tsiklləşə bilən müvafiq aldonik (ribonik) turşusuna oksidləşir və hidrazinlərlə ozazonlar əmələ gətirir.

Bioloji rolu

Ribozanın Β-D-ribofuranoz şəkli ribonuklein turşusunun, nukleozidlərin, nukleotidlərin və digər bioloji əhəmiyyətli maddələrin bir hissəsidir.

Riboza RNT-nin tərkib hissəsidir və genetik transkripsiyada istifadə olunur. Β-D-ribozanın törəməsi olan β-D-dezoksiriboza DNT-nin tərkib hissəsidir. Həmçinin β-D-riboza ATP və maddələr mübadiləsində iştirak edən bəzi digər maddələrin tərkib hissəsidir.

Xirallıq

Bioloji quruluşa malik olan riboza, xirallığa malikdir: DNTRNT molekulları yalnız "sağ" riboza üzərində qurulmuşdur.

İstinadlar

Mənbə

  1. Kenneth N. Drew, Jaroslav Zajicek, Gail Bondo, Bidisha Bose, Anthony S. Serianni. 13C-labeled aldopentoses: detection and quantitation of cyclic and acyclic forms by heteronuclear 1D and 2D NMR spectroscopy // Carbohydrate Research. — 1998–02-01. — Т. 307, вып. 3–4. — С. 199–209. — DOI:10.1016/S0008–6215(98)00040–8.
  2. John D. Williams et al. D-Ribonolactone and 2,3-isopropylidene(d-ribonolactone). Organic Syntheses, Vol. 82, p. 75 (2005).
  3. Никитин, Происхождение жизни, 2016, с. 177.
  4. Никитин М. А. Происхождение жизни. От туманности до клетки. — М.: Альпина нон-фикшн, 2016. — 542 p. — 3000 экз. — ISBN 978-5-91671–584-2.