Ruhlarla sovrulanlar

Ruhlarla sovrulanlar (yap. 千と千尋の神隠し – Sen To Chihiro no kamikakusi, Sen və Tihironun sirli yoxa çıxması; ing. Spirited Away) – 2001-ci ildə çəkilmiş tam metrajlı animedir. Animenin rejissoru Hayao Miyazakidir.[2] Animasiya filminin büdcəsi ABŞ dolları ilə 19 milyon, gəliri isə 274,925,095 milyon dollar olub.[3] Animasiya Yaponiya studiyası Studio Ghibli tərəfindən çəkilmişdir.[4] "Ruhlarla sovrulanlar" animasiyası böyük mükafatlar əldə etmiş ən yaxşı animasiya filmlərindəndir.[5] Animasiya tənqidçilər tərəfindən böyük reytinq əldə etmişdir.[6][7][8][9][10]

Ruhlarla sovrulanlar
千と千尋の神隠し (Sen və Tihironun sirli yoxa çıxması)
千と千尋の神隠し
JanrFentezi
macəra
komediya
dram
məhəbbət
Anime
RejissorHayao Miyazaki
ProdüsserToşio Suzuki
SsenaristHayao Miyazaki
BəstəkarCo Hisayşi
StudiyaStudio Ghibli[1]
Vaxt125 dəqiqə
  Anime və manqa portalı

Məzmun

Akio və Yukonun qızı Çihiro Oqino qəribə xasiyyətli 10 yaşlı qızdır. Çihiro ailəsi ilə birlikdə yeni evə köçmək məqsədilə səfərə çıxırlar. Çihironun atası Akiro maşınını səhv döngəyə idarə edərək başqa yola çıxır. Bu yol ilə onlar meşədən keçərək böyük divarın qarşısına çıxırlar. Buranın qaranlıq tunelindən keçən zaman Çihiro buradan bərk qorxur. Onlar buradan çıxaraq vağzala bənzər şəhərcikdə restorana çatırlar. Bu restoranda heç kim yoxdur. Akio və həyat yoldaşı Yuko restoran stollarının birində yemək tapırlar və burada nahar etməyə başlayırlar. Çihiro isə restoranın ətrafında dolaşır və buranı diqqətlə seyr edir. Darvazaya çatan zaman Çihiro divarda yazılan "Abura-yanın hamamı" sözlərini oxuyur. Bu zaman Haku adında cavan oğlana peyda olur və ona buradan dərhal getmək lazım olduğunu deyir. Bu zaman Çihiro restorana qayıdır və valideynlərini bu barədə danışmaq istəyir. Amma artıq gecə yaxınlaşmışdır. Hər tərəfdən qara kölgələr peyda olur. Çihiro valideynlərinin yanına gələn zaman onların ev donuzuna döndüyünü görür və bundan bərk qorxur. Çihiro bura valideynləri gəldiyi körpüdən darvazaya tərəf qaçmaq istəyir. Lakin Çihiro bura qaçan zaman körpünün yerində böyük axan çayı görür.

Çihiro bu zaman Haku ilə rastlaşır və Haku onu hamama tərəf apararaq, ona burada baş verən hadisələri başa salır. Çihiro Hakunun sözlərindən başa düşür ki, onlar sehirli şəhərciyə düşüblər. Bu şəhərciyi isə cadugər Yubaba idarə edir. Burada yerləşən bütün restoran və hamamlar ona məxsusudur. Onun hamamına ruhlar, kabuslar və digər sehirli varlıqlar dincəlməyə gəlirlər. Yubaba işçiləri və şəxsi qonaqlarından başqa şəhərciyə gələn hər bir kəsi heyvana döndərir. Çihiro valideynlərini xilas etməsi üçün Yubabadan iş istəməlidir. Yubaba isə ondan iş istəyən hər bir kəsi qəbul edir. Çihiro yeni tanışlar Kamadzi baba və Rin sayəsində Yubabanın yanına gəlir. Yubaba onu işə qəbul edir və bu zaman Çihiroya "Sen" adı verir. Çihiro valideynləri insana çevirmək ümidi ilə hamamda işləməyə başlayır. Hamamda işləyən müddətdə Çihiro çoxlu çətinliklərnən qarşılaşır və bütün bunların öhdəsindən gəlməyi bacarır. Günlərin birində Çihiro əjdaha cildində olan Hakunun üzərinə vərəq formasında olan quşların hücum etdiyini görür. Çihiro Hakunun getdiyi yerə gələrəkən onu Yubabanın qarşısında görür. İfadələrdən aydın olur ki, Haku Yubabanın göstərişi ilə onun yaxşı cadugər olan əkiz-bacısı Dzenibdən ovsunlanmış vərəqi oğurlamış və bu zaman Haku lənətə düçar olmuşdu. Çihiro Kamadzi baba və çayın ruhu tərəfindən ona bağışlanılan "İsti şirniyyat" sayəsində Hakunun lənətini yox edərək, onu ölümdən həyata döndərməyi bacarır. Bu hadisədən sonra Çihiro Dzenibanın yanına gəlməyə qərar verir.

Çihiro bunun üçün sehirli qatar stansiyasına gəlir. Qatarda olan zaman Çihiro Dzenibanın ovsunu sayəsində kiçik quşa çevrilmiş Yubabanın Bo adında az yaşlı uşağını götürmüşdür. Çihiroya Simasız qara paltarlı ruh da qatılmış və onlar birlikdə qatarla yola düşmüşlər. Bu müddətdə Hakunun halı yaxşılaşmış və Yubabanın yanına gələrək, ondan Çihironun valideynlərini azad etməsini istəyir. Bu zaman Çihiro Dzenibadan Hakunu bağışlamasını istəyir və Dzeniba onunla razılaşır. Çihiro Dzenibanın evini tərk istəyən zaman Hakunu görür və onunla birlikdə geri qayıdır. Səfərdə Çihiro Hakunun əvvəlki adını yadına salır və ona deyir. Bu zaman Haku keçmişini xatırlayır və Yubabaya kömək etməkdən imtina edir. Geri qayıdan zaman Yubaba Çihironu sonuncu dəfə sınaqdan keçirir. Çihiro qarşısında peyda olan dozunlardan valideynlərini tapmalıdır. Amma Çihiro onların arasında valideynlərinin olmadığını görür və bu cavabı Yubabaya söyləyir. Çihironun cavabı düz olduğundan Yubaba bundan heyrətlənir. Bu cavabdan sonra Çihiro ilə Yubaba arasında imzalanmış müqavilə yox olur. Yubaba Çihironu və onun valideynlərini azad edir. Haku Çihironu yola salarkən ondan gedən zaman arxaya çönməməsini istəyir və işlərini qurtaran kimi onunla real həyatda görüşəcəyini bildirir. Vağzala bənzər darvazaya gələn Çihiro burada valideynləri görür. Çihiro qaranlıq tuneldən çıxan artıq buradan əvvəlki kimi qorxmur. Çihiro ailəsi ilə birlikdə buranı tərk edirlər.

Rolları səsləndirənlər

PersonajOrijinal adSəsləndirən
Tixiro Oqen (Sen)Chihiro Ogino (荻野 千尋, Ogino Chihiro?)Xiiraqi Rumi
HakuNigihayami Kohaku «Haku» Nushi (ニギハヤミコハクヌシ?)İrino Miyu
Kamadzi babaKamaji (釜爺, lit. Caldera?)Natsuki Mari
SimasızSin Cara (カオナシ, Kaonashi?)Qasuin Tatsuya
RinLin (リン, Rin?)Tamay Yumi
Bo (, ?)Kamiki Remosuke
Akio OqinoAkihiko Ogino (荻野 明彦, Ogino Akihiko?)Nayto Takaşi
Yuki OqinoYumiko Ogino (荻野 悠美子, Ogino Yūmiko?)Savaquti Yasuko
Titi-YakuTiti-Yaku (父役, Yaku-Titi?)Kamidzo Sumehiko
Ani-YakuAniyaku (兄役?)Ono Takexiko
Ao-QaeroAo-Gaero (青蛙, Gaero-Ao?)Qasuin Tatsuya
Banday-QaeroBandai-Gaero (番台蛙, Gaero-Bandai?)Oydzumi Yo
YubabaYubaba (湯婆婆, Yubaaba?, lit. Bathhouse witch)Natsuki Mari
ZenibaZeniba (銭婆, Zeniiba?)Natsuki Mari

Yaradılması

Mən tamaşaçılar tərəfindən rəğbət bəslənilən sadə qız qəhrəmanı yaratmışam. Bu xarakterlərin böyüdüyü hekayə deyildir, ancaq hekayə onların daxillərində konkret hadisələrdən gələn spesifik vəziyyətdir. Mən istəyirəm ki, mənim dostlarım belə yaşasın və mən fikirləşirəm ki, onlarda da belə arzu vardır.
— Hayao Miyazaki[11]

Yaponiya ölkəsi animasiya filminin ən inkişaf etmiş ölkələrindən biridir. Hayoa Miyazakinin adı isə Yaponiyada animasiya mövzusunda bir əfsanə olaraq tanınır. Hayoa Miyazaki son animasiya filmi "Şahzadə Mononoke" (ing. Princess Mononoke) animasiyasından sonra kino karyerasına sona çatdırmağa qərar vermişdi. "Ruhlarla sovrulanlar" (yap. Sen To Chihiro No Kamikakushi) animasiya filmi ilə bu qərarından imtina edən Miyazaki film karyerasını taclandırmağa nail olmuşdur. Hayoa Miyazaki ailəsi və beş qız dostu ilə tətildə olan zaman dostları üçün yeni animasiya hazırlamaq qərarına gəlir. Miyazako müxtəlif jurnallardan ilhamlanaraq bu animasiyanın bünövrəsini qoyur. "Ruhlarla sovrulanlar" animasiyası böyük büdcə ilə çəkilmişdir. Miyazaki bu animasiyanı yaratmaq üçün müxtəlif məzmunlar yaratmışdır. Lakin yazdıqlarından ikisi studiya tərəfindən qəbul edilməmişdir. Onun tərəfindən hazırlanan üçüncü mövzusu "Ruhlarla sovrulanlar" hekayəsi ilə bağlıdır. Bu hekayənin əsas mövzusu hamam ətrafında baş verir. Miyazakinin fikrincə hamamın ətrafında müxtəlif sehrli varlıqlar olmalıdır. Animasiyanın hazırlanmasına 2000-ci ildən başlanılmışdır. "Şahzadə Mononoke" animasiyasını hazırlayan zaman studiya iştirakçıları bir çox proqramları eksperiment etmişlər. Bu zaman onlar bir çox yeni təminat proqramları öyrənirlər. Animasiyanın hazırlanmasında "Softimage" və digər proqramlardan istifadə edilmişdir.[12] Miyazaki hekayəni hazırlayan zaman baş qəhrəman qızın gözəl olmasını istəmirdi. Animasiyanın hazırlanmasına başlanılan zaman baş qəhrəmanın qəmgin personaj kimi göstərilməsi Miyazakini narahat edirdi. Amma animasiyanın sonuna yaxın Miyazaki fikrini dəyişdirmiş və personajın bu xasiyyətindən məmnun olmuşdu. Miyazaki Tokioda yerləşən Koqanei yaşayış məntəqəsindı olan "Edo-Tokyo Open Air" adlı arxitektor muzeyindən ilhamlanaraq sirli ruh varlıqları yaratmışdır. Tayvanda yerləşən " Jiufen" şəhəri, Yamaqato Prefekturasındakı Notoyaryokan mehmanxanası animasiyanın hazırlanması üçün ilham mənbələrindən biridir. Yaponiyanın Şitoku adasında yerləşən məşhur hamamlardan biri olan "The Dōgo Onsen" animasiyada göstərilən hamamın yaradılmasında əsas mənbə kimi göstərilə bilər.[13]

Mükafatlar və nominasiyalar

"Ruhlarla sovrulanlar" animasiyası Buz dövrü, Lilo və Stiç, "Spirit" və "Xəzinə planeti" kimi animasiyaları qabaqlayaraq 2002-ci ildə "Ən ən yaxşı qısametrajlı animasiya filmi" mükafatını qazanır.[14] Həmin ildə animasiya filmi "Berlin festivalında" "Qızıl ayı" mükafatına layiq görülür və Amerikanın Milli Tənqidçilər tərəfindən "İlin ən yaxşı qısametrajlı animasiyası" mükafatını qazanır.[15][16]

İlMükafat və ya NominasiyaQazananNəticə
2003Amerikan Kino Akademiyası MükafatıƏn Yaxşı Animasiya Oskar MükafatıQazandı
2003Enni mükafatıƏn Yaxşı Animasiya Mükafatı, Ən Yaxşı Rejissor Mükafatı, Ən Yaxşı Ssenari MükafatıQazandı
200225-ci Yapon Akademiya MükafatıƏn Yaxşı Film Mükafatı[17]Qazandı
200252-ci Berlin Beynəlxalq Film FestivalıƏn Yaxşı Film, Qızıl Ayı MükafatıQazandı
2002Boston Film TənqidçiləriXüsusi MükafatQazandı
2003BFCA MükafatıƏn Yaxşı Animasiya MükafatıQazandı
2003Sinekid Film MükafatıƏn Yaxşı Film MükafatıQazandı
2002Dallas Film TənqidçiləriƏn Yaxşı Animasiya MükafatıQazandı
2003Florida Film TənqidçiləriƏn Yaxşı Animasiya MükafatıQazandı
2003Golden Satellite MükafatıƏn Yaxşı Film MükafatıQazandı
2002Honq Konq Film FestivalıƏn Yaxşı Asiya Filmi MükafatıQazandı
2002Los Anceles Film TənqidçiləriƏn Yaxşı Animasiya MükafatıQazandı
2003Nyu York Film TənqidçiləriƏn Yaxşı Animasiya MükafatıQazandı
2003Onlayn Film Tənqidçilər BirliyiƏn Yaxşı Animasiya MükafatıQazandı
2003San Fransisko Film FestivalıƏn Yaxşı Film Tamaşaçı MükafatıQazandı
2002Saturn mükafatıƏn Yaxşı Animasiya Namizədi, Ən Yaxşı Musiqi Namizədi, Ən Yaxşı Ssenari NamizədiNamizəd
2003Çikaqo Film FestivalıƏn Yaxşı Xarici Dildə Film Namizədi, Ən Yaxşı Musiqi NamizədiNamizəd
2002Sezar mükafatıƏn Yaxşı Xarici Dildə Film NamizədiNamizəd
200215-ci Avropa Film MükafatıƏn Yaxşı Rejissor NamizədiNamizəd
2003Amerikan Səs Fantastikası MükafatıƏn Yaxşı Səs Fantastikası NamizədiNamizəd
2003Onlayn Film Tənqidçilər BirliyiƏn Yaxşı Xarici Dildə Film NamizədiNamizəd

Saundtrek siyahısı

Ruhlarla sovrulanlar
Yayımlanma tarixi17 iyul 2001
Janrfentezi filmi[d], uşaq filmi[d], İsekay, dram filmi
Müddət59:51
LeyblTokuma Japan Communications
Prodüser

Ruhlarla sovrulanlar animasiyasının saundtreki - 2001-ci ildə buraxılmış saundtrek albomudur. Saundtrek siyahısında 21 trek vardır. İlk 20 trekin müəllif Co Hisaişidir. Sonuncu trek olan "Always With Me" treki Osakadan olan arfada ifa edən Kimura Yumi tərəfindən səsləndirilmişdir.[19][20] Mahnının musiqi Kimura Yuminin, sözlərinin müəllif isə onun dostu Bakako Kakudur. Bu mahnı Hayao Miyazakinin çəkilməmiş "Rin, bacaların rəssamı" animesi üçün hazırlanmışdır.[21]

Orijinal treklərin siyahısı
Yaponca adıİngiliscə adıTrekin davam etmə müddəti
1あの夏へ (Ano natsu e?)One Summer's Day3:09
2とおり道 (Tōri michi?)A Road to Somewhere2:07
3誰もいない料理店 (Dare mo inai ryōriten?)The Empty Restaurant3:15
4夜来る (Yoru kuru?)Nighttime Coming2:00
5竜の少年 (Ryū no shōnen?)The Dragon Boy2:12
6ボイラー虫 (Boirā mushi?)Sootballs2:33
7神さま達 (Kami-samatachi?)Procession of the Spirits3:00
8湯婆婆 (Yubaba?)Yubaba3:30
9湯屋の朝 (Yuya no asa?)Bathhouse Morning2:02
10あの日の川 (Ano hi no kawa?)Day of the River3:13
11仕事はつらいぜ (Shigoto wa tsuraize?)It's Hard Work2:26
12おクサレ神 (Okusare-kami?)The Stink Spirit4:01
13千の勇気 (Sen no yūki?)Sen's Courage2:45
14底なし穴 (Sokonashi ana?)The Bottomless Pit1:18
15カオナシ (Kaonashi?)Kaonashi (No Face)3:47
166番目の駅 (Roku-banme no eki?)The Sixth Station3:38
17湯婆婆狂乱 (Yubaba kyōran?)Yubaba's Panic1:38
18沼の底の家 (Numa no soko no ie?)The House at Swamp Bottom1:29
19ふたたび (Futatabi?)Reprise4:53
20帰る日 (Kaeru hi?)The Return3:20
21いつも何度でも (Itsu mo nando demo?)Always With Me3:35

Orijinal treklər ilə bərabər saundtrek albomunun təsvir siyahısı vardır. Təsvir albomunda 4 trekin bəstəkarı Co Hisaişidir.[22] Bu siyahıda isə 10 trek vardır.

Təsvir albomunun siyahısı
Yaponca adıİngiliscə adıMüəllifTrekin davam etmə müddəti
1あの夏へ (Ano natsu e?)To that Days' RiverUmi3:54
2夜が来る (Yoru ga kuru?)Night is ComingCo Hisayşi4:25
3神々さま (Kamigami-sama?)GodsShizuru Otaka3:55
4油屋 (Yuya?)BathhouseTsunehiko Kamijō3:56
5不思議の国の住人 (Fushigi no kuni no jyūnin?)The People in WonderlandCo Hisayşi3:20
6さみしいさみしい (Samishii samishii?)Lonely lonelyMonsieur Kamayatsu3:41
7ソリチュード (Sorichūdo?)SolitudeRieko Suzuki y
Hiroshi Kondo
3:49
8 (Umi?)The SeaCo Hisayşi3:22
9白い竜 (Shiroi ryū?)White DragonRikki3:33
10千尋のワルツ (Chihiro no warutsu?)Chihiro's Waltz[23]Co Hisayşi3:20

Ölkələrdə gəliri

"Ruhlarla sovrulanlar" animasiya filmi bütün ölkələrdə məşhurluğu ilə seçilirdi. "Ruhlarla sovrulanla" animasiyasının büdcəsi ABŞ dolları ilə 10 milyon olub. Bu animasiya filmi ABŞ-də ilk həftədə $449 839 min, ümumi hesabda isə $10 milyon gəlir əldə etmişdir.[24] Animasiya filmi 20 sentyabr 2002-ci il tarixində dünya kinoteatrlarında göstərilmiş, bu göstərilmə 4 sentyabr 2003-cü il tarixində başa çatmışdır. Kinoteatrda göstərilişin ilk günündə animasiya $125 272 min dollar əldə etmişdir.[25] Animasiyanın ən böyük prokat gəliri $1 765 491 milyondur. "Ruhlarla sovrulanlar" animasiya filmi digər ölkələrdə $264 869 236 milyon, ümumi hesabda isə $274 925 095 milyon gəlir əldə etmişdir.[26]

"Ruhlarla sovrulanlar" animasiya filminin dünya ölkələrində ümumi gəliri
ÖlkəTamaşaçının sayıÖlkəTamaşaçının sayıÖlkəTamaşaçının sayı
Yaponiya[27][28]24.796.085 İsveçrə62.295 Niderland[29]23.367
Cənubi Koreya[30]2.880.690 Argentina[31]57.918 Kvebek[32]15.280
ABŞ[33]1.694.409 Danimarka[34]55.410 Norveç[35]15.107
Fransa[36]1.461.488 Polşa[37]55.364 Türkiyə[38]14.654
Almaniya[39]427.341 İsveç[40]48.455 Çexiya[41]10.693
Braziliya[42]321.544 Finlandiya[43]38.080 Estoniya[44]2.902
İspaniya[45]239.486 Avstraliya[46][47]29.180 Slovakiya[48]164
Birləşmiş Krallıq[49]204.328 Macarıstan[50]28.704 Sloveniya[51]96
İtaliya[52]161.138 Belçika[53]25.112 Dünyada ümumi gəlir32.751.926

İstinadlar

Xarici keçidlər