Silahlı qüvvələri olmayan ölkələrin siyahısı

Silahlı qüvvələri olmayan ölkələrin siyahısı — rəsmi olaraq silahlı qüvvələrə malik olmayan suveren dövlətlərin siyahısı. Bu siyahıda Quam, Bermuda adalarıPuerto-Riko kimi asılı ərazilər götürülmür. Asılı ərazilərin müdafiə ehtiyacını başqa ölkələr qarşılayır. Burada "silahlı qüvvələr" termini hökumət tərəfindən maliyyələşdirilən və həmin hökumətin daxilixarici siyasətində istifadə edilən hər hansı bir müdafiə orqanına deyilir. Bu siyahıda olan bəzi ölkələrin (məsələn, İslandiyaMonako) daimi ordusu yoxdur, buna baxmayaraq onlar qeyri-polis hərbi qüvvəyə malikdirlər.[1][2][3]

  Adi silahlı qüvvələrə malik olan dövlətlər  Silahlı qüvvələrə malik olmayan dövlətlər  Daimi orduya yox, ancaq məhdudi silahlı qüvvələrə malik olan ölkələr

Burada adı sadalanan 21 ölkənin çoxunun keçmiş bir işğalçı ölkə ilə uzun müddətli sazişi var. Buna bir misal olaraq FransaMonako arasındakı sazişi götürmək olar. Onlar arasındakı saziş 1918-ci ildə imzalanmışdır.[4] Azad Assosiasiya Sazişi (abr. AAS) ölkələri olan Marşall adaları, Mirkoneziya Federativ Ştatları (abr. MFŞ) və Palau öz müdafiə məsələlərində söz hüququna malik deyillər və beynəlxalq münasibətlərində az fəaliyyət göstərirlər. Məsələn, MFŞ Amerika Birləşmiş Ştatları ilə müdafiə sazişi imzalayan zaman, burada zəif bir nötqə yaranmışdı, çünki ölkə ABŞ yardımından çox asılı olmuşdu.[5] Andorranın kiçik bir ordusu var və zəruri olduğu vaxtda müdafiə yardımı ala bilər.[6][7] İslandiyanın ABŞ-la 2006-cı ildə sona çatan xüsusi bir sazişi var idi. Bu sazişə əsasən İslandiyanın müdafiəyə ehtiyacı olanda, ABŞ onu bununla təmin edəcəkdi.[8]

Qalan ölkələr öz müdafiələrinə məsuldurlar. Onlar ya hər hansı bir silahlı qüvvələr olmadan, ya da məhdudi silahlı qüvvələrlə fəaliyyət göstərirlər.[9][10][11] Kosta-RikaQrenada kimi ölkələr dehərbiləşdirmə prosesinə məruz qalıblar. Samoa kimi ölkələr silahlı qüvvələri olmadan qurulublar.[12] Bunun başlıca səbəbi həmin ölkələrin müstəqillik qazandıqları ildən bəri başqa ölkələr tərəfindən müdafiə edilmələridir. Siyahıda sadalanan ölkələrin hamısı "qeyri-hərbiləşdirmə" vəziyyətindədirlər.[13]

ABŞ-nin Haitini 1994-cü ildə işğal etməsindən sonra, ölkəni 1992-ci ildən bəri idarə edən hərbi xunta devrilmiş və ölkənin silahlı qüvvələri ləğv edilmişdir. BMT-nin Haitidə Sabitləşdirilmə Missiyasının 2017-ci ildə sona çatmasından sonra, Haiti hökuməti Haiti Silahlı Qüvvələrinin bərpa edildiyini açıqlamışdır.[14][15]

Silahlı qüvvələri olmayan ölkələr

Rəsmi olaraq hərbi qüvvəyə malik olmayan ölkələr
ÖlkəŞərhlərİstinad(lar)
 AndorraAndorranın daimi ordusu yoxdur, lakin İspaniyaFransa ilə müdafiə müqavilələri imzalamışdır. Ölkənin kiçik könüllü ordusu mərasimlərdə iştirak etmək üçün fəaliyyət göstərir. Hərbiləşdirilmiş Andorra Polis Müdaxilə Qrupu (terrorizmlə mübarizə və girovların idarəetməsi mövzularında təlim almışdır) milli polisin bir hissəsidir. Ölkədə hərbi müdafiənin təmin edilməsinə Fransaİspaniya kömək edir.[16][17]
 DominikaDominika 1981-ci ildən bəri daimi orduya malik deyil. Ölkədə hərbi müdafiəni Regional Təhlükəsizlik Sistemi təmin edir.[18]
 QrenadaQrenadanın 1983-cü ildə ABŞ tərəfindən işğal edilməsindən bəri daimi orduya malik deyil. Qrenada Krallıq Polis Qüvvəsi ölkənin daxili təhlükəsizliyinin qorunub saxlanması üçün hərbiləşdirilmiş bir xüsusi xidmət bölməsi idarə edir. Ölkədə hərbi müdafiəni Regional Təhlükəsizlik Sistemi təmin edir.[9]
 KiribatiKiribari Konstitusiyasına əsasən, fəaliyyətinə icazə verilən tək hərbi qüvvə polisdir. Kiribatinin dövlət polis dövlət polis qüvvəsinə daxili təhlükəsizliyin qorunması üçün bir Dəniz Kəşfiyyatı Bölməsi daxildir. Dəniz Kəşfiyyat Bölməsinin işçiləri kiçik atıcı silahlardan istifadə edirlər. Qurum "Teanoai" adlı kiçik bir "Pasifik" tipli patrul katerinə malikdir. Ölkədə hərbi müdafiənin təmin edilməsinə AvstraliyaYeni Zelandiya kömək edir.[19][20][21]
 LixtenşteynLixtenşteyn öz ordusunu 1868-ci ildə çox bahalı hesab etdiyindən ləğv etmişdir. Ölkə konstitusiyasına görə ordu sadəcə müharibə vaxtı təsis edilə bilər, ancaq bu hadisə heç vaxt baş verməyib. Buna baxmayaraq, Lixtenşteyndə polis qüvvəsi və "SWAT" komandası fəaliyyət göstərir. Onlar, ölkənin daxili təhlükəsizliyini təmin etmək üçün əməliyyatlar keçirirlər və atıcı silahlar daşıyırlar. Ölkədə hərbi müdafiənin təmin edilməsinə Avstriyaİsveçrə kömək edir.[22][23]
 Marşall adalarıÖlkənin əsasının qoyulduğu tarixdən bəri fəaliyyətinə icazə verilən tək qüvvə polisdir. Marşall adalarının dövlət polis qüvvəsinə daxili təhlükəsizliyin qorunması üçün bir Dəniz Kəşfiyyatı Bölməsi daxildir. Dəniz Kəşfiyyatı Bölməsi işçiləri kiçik atıcı silahlardan istifadə edirlər. Qurum "Lomor" adlı kiçik bir "Pasifik" tipli patrul katerinə malikdir. Azad Assosiasiya Sazişinin qanunlarına əsasən, ölkədə hərbi müdafiəni Amerika Birləşmiş Ştatları təmin edir.[24][25][26]
 MikroneziyaÖlkənin əsasının qoyulduğu tarixdən bəri heç bir silahlı qüvvə təsis edilməmişdir. Fəaliyyətinə icazə verilən tək qüvvə polisdir. Mikroneziyanın dövlət polis qüvvəsinə daxili təhlükəsizliyin qorunması üçün bir Dəniz Kəşfiyyatı Bölməsi daxildir. Dəniz Kəşfiyyatı Bölməsi işçiləri kiçik atıcı silahlardan istifadə edirlər. Qurum "Azadlıq" (ing. Independence) adlı kiçik bir "Pasifik" tipli patrul katerinə malikdir. Azad Assosiasiya Sazişinin qanunlarına əsasən, ölkədə hərbi müdafiəni Amerika Birləşmiş Ştatları təmin edir.[27][28][29]
 NauruÖlkənin əsasının qoyulduğu tarixdən bəri rəsmi bir ordu təsis edilməmişdir, lakin ölkədə daxili təhlükəsizliyin qorunub saxlanılmasıı üçün nisbətən böyük və silahlı bir polis qüvvəsi fəaliyyət göstərir. Ölkədə hərbi müdafiənin təmin edilməsinə Avstraliya kömək edir.[30][31][32][33][34]
 PalauÖlkənin əsasının qoyulduğu tarixdən bəri fəaliyyətinə icazə verilən tək qüvvə polisdir. Palaunun dövlət polis qüvvəsinə ölkədə daxili təhlükəsizliyin qorunması üçün 30 nəfərlik bir Dəniz Kəşfiyyatı Bölməsi daxildir. Dəniz Kəşfiyyatı Bölməsi işçiləri kiçik atıcı silahlardan istifadə edirlər. Qurum "Prezident H.İ. Remelik" adlı kiçik bir "Pasifik" tipli patrul katerinə malikdir. Azad Assosiasiya Sazişinin qanunlarına əsasən, ölkədə hərbi müdafiəni Amerika Birləşmiş Ştatları təmin edir.[35][36][37]
 Sent-LüsiyaÖlkənin əsasının qoyulduğu tarixdən bəri fəaliyyətinə icazə verilən tək qüvvə polisdir. Sent-Lüsiyanın dövlət polis qüvvəsinə daxili təhlükəsizliyin qorunması üçün 116 nəfərlik bir Xüsusi Xidmət Bölməsi və Sahil Mühafizəçi Bölməsi daxildir. Ölkədə hərbi müdafiəni Regional Təhlükəsizlik Sistemi təmin edir.[9][38][39]
 Sent-Vinsent və QrenadinÖlkənin əsasının qoyulduğu tarixdən bəri fəaliyyətinə icazə verilən tək qüvvə polisdir. Sent-Vinsent və Qrenadinin dövlət polis qüvvəsinə 94 nəfərlik iki kiçik hərbiləşdirilmiş qüvvədən Xüsusi Xidmət Vahidi və Sahil Mühafizəsindən ibarətdir. Bu vahidlərin ikisi də ölkənin daxili təhlükəsizliyini qoruyur. Leytenant Deyvid Robin istisna olmaqla, bütün Sahil Mühafizə komandirləri keçmiş Krallıq donanması zabitləri olublar. Ölkədə hərbi müdafiəni Regional Təhlükəsizlik Sistemi təmin edir.[9][40][41]
 SamoaÖlkənin əsasının qoyulduğu tarixdən bəri fəaliyyətinə icazə verilən tək qüvvə polis<no wiki/> Samoanın dövlət polis qüvvəsinə ölkədə daxili təhlükəsizliyin qorunması bir Dəniz Kəşfiyyatı Bölməsi daxildir. Dəniz Kəşfiyyatı Bölməsi işçiləri kiçik atıcı silahlardan istifadə edirlər. Qurum "Nafanua" kiçik bir "Pasifik" tipli patrul katerinə malikdir. 1962-ci il Dostluq sazişinin qanunlarına əsasən, ölkədə hərbi müdafiəni Yeni Zelandiya təmin edir.[42][43][44]
 Solomon adalarıMaintained a paramilitary force until a heavy ethnic conflict, in which Australia, New Zealand and other Pacific countries intervened to restore law and order. Since then no military has been maintained, however, there is a relatively large police force, and a Maritime Surveillance Unit for internal security. The Maritime Surveillance Unit is equipped with small arms, and maintains two Pacific-class patrol boats, the Auki and the Lata. Defense and policing assistance was the responsibility of the RAMSI until June 30, 2017.[45][46][47][48][49]
 TuvaluSince the country's foundation no military has been formed; however, there is a small police force, and a Maritime Surveillance Unit for internal security. The Maritime Surveillance Unit is equipped with small arms, and maintains one Pacific-class patrol boat, the Te Mataili.[50][51][51]
 VatikanMaintains a Gendarmerie Corps for internal policing. The Pontifical Swiss Guard is an armed unit charged with protecting the Pope, although it is officially under the authority of the Holy See, not the Vatican City State. There is no defense treaty with Italy, as it would violate the Vatican's neutrality, but informally the Italian Armed Forces protect Vatican City. The Palatine Guard and Noble Guard were abolished in 1970.[52][53][54][55]

İstinadlar

Mənbələr

Xarici keçidlər

🔥 Top keywords: Hadi RəcəbliNaftalanMəhəmməd FüzuliAna səhifəAytən SəfərovaGöygöl (göl)PlanetXarıbülbülAzərbaycanXüsusi:AxtarAbbasqulu ağa BakıxanovGöygölGünəş sistemiQız qalasıMaşın öyrənməsiGöyçə gölüAvtomobilin tarixiXüsusi:SonDəyişikliklərNurlana Əliyeva (filoloq, 1946)BağlayıcıAzərbaycan əlifbasıTəbii fəlakətHeydər ƏliyevXarıbülbül (simvol)Əkinçi (qəzet)Aprel döyüşləriUlduzAyZərf (qrammatika)Köməkçi nitq hissələriFacebookNizami Gəncəviİkinci Qarabağ müharibəsiAzərbaycandakı ən yüksək dağ zirvələriTəyyarəBakıQərbi AzərbaycanFeilƏdat