StarCraft

"StarCraft" (hərfi mənada "ulduz sənəti") — "Blizzard Entertainment" tərəfindən yaradılmış hərbi strateji videooyun. Oyunun elmi-fantastik əhvalatı 26-cı əsrdə vaqe olur. Həmin vaxtda üç kosmik irq arasında (terranlar, protosslar və zerqlər) müharibə gedir.

"StarCraft"
PC versiyasının qabı. Ön planda protoss, solda - zerq, sağda - terrandır.
PC versiyasının qabı. Ön planda protoss, solda - zerq, sağda - terrandır.
HazırlayanBlizzard Entertainment
YayımlayanBlizzard Entertainment
Sierra Entertainment
Nintendo
SeriyaStarCraft
Buraxılış tarixi31 mart, 1998 (Windows)
Lisenziyahavayı proqram təminatı
Versiya1.16.1 (21 yanvar 2009)
Sonuncu versiya
  • 1.18.1.1396
Sonuncu beta-versiya
  • 1.18.1.1396
JanrlarHərbi strategiya
Yaş reytinqləriELSPA: 15+
ESRB: Teen
PEGI: 16+
DizaynerlərKris Metsen
Ceyms Finni
BəstəkarlarDerek Dyuk
Ceyson Heys
Qlen Stefford
Texniki məlumat
PlatformalarMicrosoft Windows
Mac OS
Nintendo 64
Oyun rejimləriBirnəfərli oyun, Multipleyer
İnterfeysin diliingilis dili, fransız dili, alman dili, ispan dili, koreya dili
DaşıyıcılarCD, Nintendo 64 kartrici
Sistem tələbləri90 MHz prosessor
16 MB OYQ
SVGA video kartı
İdarəetməkompüter klaviaturası, kompüter siçanı, geympad
Rəsmi saytı
Rəsmi saytı
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Oyunun bir əlavə ("StarCraft: Brood War") və iki rəsmi addonu var. Cənubi Koreyada "StarCraft", xüsusilə "StarCraft: Brood War" üzərində peşəkar yarışlar keçirilir.

Geympley

"StarCraft"da oyunçu üç irqdən biri seçilməlidir. Hər bir irq öz fərqli qabiliyyətlərinə malikdir, lakin qüdrət cəhətindən bütün irqlər nisbətən bərabərdir. Oyunun məqsədi rəqib bazanı yaxud bir neçə bazaları dağıtmasıdır. İrqlərin hərbi potensialı toplanmış minerallar və qaza əsaslanır. Oyunçu bir baza və dörd fəhlə ilə başlanır. Terranlarda, yaxud insanlarda, həmin fəhlələr SCV (Space Construction Vehicle), protosslarda probalar, zerqlərdə isə dronlar adlanır. Fəhlələr minerallar və qaz toplayıb, müxtəlif qurmalar tikirlər. Protosslarda həmin qurmalar teleportasiya ilə, zerqlərdə isə dronların mutasiya nəticəsində meydana gəlir. ""StarCraft"ın bəzi xəritələrində rəqibi raş taktikası ilə məğlub etmək mümkündür. Həmin taktika tez hücuma yönəldilmiş iqtisadiyyata əsaslanır.

Bütün irqlərin silahları (həm incidici, həm də qoruyucu) apqreydə malikdir. O zamanda onların zərəri və qoruyucu qabiliyyətləri artılır. Bəzi hərbi vahidlər görünməzliyə malikdir və ancaq rəqib detektorlarla aşkar olunur (peşəkar yarışlarlarda həmin vahidləri kommentatorlar görürlər).