Nintendo

yaponiya çoxmillətli video oyun və elektronika şirkəti

Nintendo Co., Ltd.[a]Yaponiya çoxmillətli elektronikavideooyun şirkəti. Baş qərargahı Kioto şəhərində yerləşir. "Nintendo" bazardakı ən böyük videooyun şirkətlərindən biridir. Şirkət "Mario", "The Legend of Zelda", "Animal Crossing" və "Pokémon" kimi ən çox tanınan və ən çox satan videooyun franşizalarının yaradısıdır.

Nintendo
Loqonun şəkli
Ümumi məlumatlar
Tipikabuşiki qaişa[d]
Sənayevideooyun sənayesi[d][1]
Məhsullarıproqram təminatı, video oyun
Təsis tarixi23 sentyabr 1889[2]
Baş qərargahın yeri
Struktur
İşçi sayı
  • 7.317 nəf. (31 mart 2023)[5]
nintendo.com/countrysele…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Nintendo" Fusaciro Yamauçi tərəfindən 23 sentyabr 1889-cu ildə yaradılmışdır və ilkin dövrlərində əldəqayırma hanafuda kartları istehsal etmişdir. 1963-cü ildə şirkət artıq taksi xidməti, sevgi otelləri kimi bəzi biznes sahələrinə girişmiş, ancaq uğur tapa bilməmişdir. Şirkət 1960-cı illərdə bütün keçmiş ticarət müəssisələrini oyuncaq istehsalına ayırmışdır. "Nintendo" 1970-ci illərdə videooyun şirkətinə çevrilmişdir. 1980-ci illərdən bəri şirkətin əsas diviziyaları olan "Nintendo of America" və "Nintendo of Europe" tərəfindən dəstəklənən "Nintendo" videooyun sənayesindəki ən təsirli şirkətlərdən, eləcə də dəyər baxımdan 2018-ci ildə 37 milyard ABŞ dolları ilə Yaponiyanın ən dəyərli şirkətlərindən birinə çevrilmişdir.[6]

Marketinq

Loqolar

"Nintendo" şirkətinin ən çox tanınan loqosu cıdır yolu formalı olanıdır, hansı ki, 1960-cı illərdən bəri istifadə olunur. Ağ rəngli zəmində yerləşən qırmızı rəngli yazıdan təşkil olunmuş loqo 1985-ci ildən 2006-cı ilə qədər Qərb bazarlarından istifadə edilmişdir. Yaponiyada loqonun rəngsiz, monoxromatik versiyası "Nintendo" korporasiyas;nın "Famicom", "Super Famicom", "Nintendo 64", "GameCube" konsolları, eləcə də marketinq işlərində istifadə olunmuşdur. 2006-cı ildən sonra "Wii" konsolunun satışa çıxarılması ilə "Nintendo" loqosunu boz rəngli, rəngsiz zəminli versiyası ilə dəyişmişdir. "Nintendo" şirkətinin rəsmi loqosu bu variasiyadır.[7] 2015-ci ildən bəri istehlakçı məhsullar və marketinq üçün loqonun qırmızı zəminli ağ variantından istifadə olunur.

Şirkət strukturu

Direktorlar şurası

Səlahiyyətli direktorlar

Direktorlar

  • Şinya Takahaşi. Baş idarəedici administrator, "Nintendo Entertainment Planning & Development" şöbəsinin ümumi meneceri.
  • Ko Şiota. Baş adminstrator, "Nintendo Platform Technology Development" şöbəsinin ümumi meneceri.
  • Satoru Şibata. Baş adminstrator, marketinq və lisenziyalar üzrə ümumi menecer.

Adminstratorlar

  • Duq Bouzer, president and COO of Nintendo of America
  • Yoşiaki Koyzumi, Eyci Aonuma və Hisaşi Noqami. "Nintendo Entertainment Planning & Development" şöbəsinin ümumi menecer müavinləri.[10]
  • Takaşi Tezuka. "Nintendo Entertainment Planning & Development" şöbəsinin baş məmuru.

Qeydlər

Mənbə

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

  Videooyunlar portalı   Yaponiya portalı