The Cranberries

The Cranberries (oxunur: "Krenberis" — Quşüzümü) — 1989-cu ildə yaranmış və 1990-cı illərdə dünya şöhrəti qazanmış irland rok qrupudur. Qrupun tərkibi vokalçı Dolores O'Riordan, gitaraçı Noel Hoqan, bass gitaraçı Mayk Hoqan, zərb alətləri ifaçısı Ferqal Laulerdən ibarətdir. Daha çox alternativ rok ifa etsələr də, qrupun musiqisinə həmçinin indi pop, postpank, iriş folk, pop rok da aiddir.

The Cranberries
Əsas məlumatlar
Üslubalternativ rok
folk
pop-rok
kelt rok
soft rok
Fəaliyyət illəri1989 — 2003, 2009 — indiyədək
Dilingilis dili
LeyblXeric Records
Island Records
Universal Music Group
Downtown Records
Cooking Vinyl
HeyətNoel Hoqan
Mayk Hoqan
Ferqal Lauler
Keçmiş üzvlərDolores O'Riordan
Niall Kuinn
http://www.cranberries.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

The Cranberries 1990-cı ildə Birləşmiş Ştatlarda beş milyon surəti satılmış Everybody Else Is Doing It, So Why Can't We? albomu ilə dünyada tanındılar. Qrup 90-cı illərin ən uğurlu qruplarından idi və Birləşmiş Ştatlarda ümumilikdə 15 milyon albom satmışdılar.

The Cranberries altı illik fasilədən sonra yenidən birləşdi və Şimali Amerika turuna çıxdı. Daha sonra 2010-cu ildə Latın AmerikasıAvropa ilə turlarına davam etdilər.

Qrupun altıncı albomu olan "Roses" albomu 2011-ci ilin mayında yazıldı və 2012-ci ilin fevralın 17-də işıq üzü gördü.

Tarix

1989-cu ildə Mayk və Noel Hoqan qardaşları Loulerlə tanış olurlar və Niall Kuinni vokalist kimi götürərək birlikdə "The Cranberry Saw Us" qrupunu yaradırlar. Ancaq 1990-cı ilin martında Niall başqa proyekt səbəbilə qrupu tərk edir öz yerinə Dolores O’Riordanı məsləhət görür.[1] 1991-ci ildə kollektiv qrupun adını "The Cranberries" ilə əvəz edir.

Diskoqrafiya

The Cranberries qrupunun rəsmi diskoqrafiyası 6 studiya albomu, 2 konsert albomu və 7 yığma albomdan ibarətdir. Roses adlı albom 2012-ci ilin 27 fevralında işıq üzü gördükdən 5 il sonra 28 aprel 2017-ci ildə BMG etiketində yeni bir albom olan Something Else buraxıldı.[2]

2018-ci il yanvarın 15-də media qrupun vokalisti Dolores O'Riordanın qəflətən vəfat etməsi barədə məlumat verdi.[3] 6 sentyabr 2018 - ci ildə ölüm səbəbinin spirt intoksikasiyası nəticəsində vannada boğulma olması ilə bağlı təsdiqləmə dərc olundu.[4]

Qrup O'Riordanın ölümündən əvvəl yazdırdığı albomunu tamamlamaq qərarına gəldi.[5] Noel Hoqan 2019-cu ildə çıxacaq növbəti albomun qrup üçün sonuncu olacağını elan etdi: "Bu albomu bitirib nöqtəni qoyacayıq. Davam etməyə ehtiyac yoxdur".[6]

26 aprel 2019-cu ildə qrupun ən son albomu olan In the End buraxıldı.[7]

Studiya albomları

  • 1993 — Everybody Else Is Doing It, So Why Can’t We?
  • 1994 — No Need To Argue
  • 1996 — To The Faithful Departed
  • 1999 — Bury The Hatchet
  • 2001 — Wake Up And Smell The Coffee
  • 2012 — Roses
  • 2017 — Something Else
  • 2019 — In the End

İstinadlar