Tina Törner

Tina Törner (ing. Tina Turner; 26 noyabr 1939[1][2][…], Braunsvill[d], Tennessi[6][7][…]24 may 2023[3][4], Küsnaxt[d][8][9]) — amerikalı müğənni, rəqqas, aktrisa və yazıçı. "Rok-n-Roll kraliçası" kimi tanınan Törner solo ifaçı kimi uğurlu karyerasına başlamazdan əvvəl Ike & Tina Turner Revue qrupunun aparıcı müğənnisi kimi tanınıb. Tina Törner eyni zamanda moda ikonu olaraq da məşhurlaşmışdır.

Tina Törner
ing. Tina Turner
Ümumi məlumatlar
Doğum adıAnna Mae Bullock
LəqəbiTina Turner
Doğum tarixi26 noyabr 1939(1939-11-26)[1][2][…]
Doğum yeri
Vəfat tarixi24 may 2023(2023-05-24)[3][4] (83 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Uşaqları4[5]
Musiqiçi məlumatları
Fəaliyyətimüğənni, rəqqasə, avtobioqraf[d], mahnı yazarı[d], səsyazma sənətçisi[d], aktrisa, xoreoqraf, musiqiçi
Fəaliyyət illəri1960–2020
Janrlarrok, soul, pop musiqisi, kantri, rok-n-roll, R&B, fank[d]
Səs tembrikontralto
Albom şirkətləriCapitol Records[d], Parlophone
Mükafatları"İncəsənət və ədəbiyyat" ordeni kavaleri Kennedi Mərkəzinin fəxri mükafatı
İmzanın şəkli
tinaturnerofficial.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Əsil adı Anna Mae Bulok olan Tina Törner, 1939-cu ilin 26 noyabr tarixində ABŞ-nin Tennessi ştatında yerləşən kiçik Natbuş şəhərində anadan olmuşdur. Sent-Luis şəhərində yerləşən gecə klublarında səhnəyə çıxmağa başlayan Tina Törner sonralar evlənəcəyi gitarist İka Turner tərəfindən kəşf edilmişdir. 1956-cı ildə İka Turnerin yaratdığı qrupa vokalist olaraq qoşulması çütlüyün arasında olan münasibəti evliliyə qədər aparmışdır.

İka Turnerin irrasional hərəkətləri səbəbindən çütlük 1975-ci ildə ayrılır. 1975–1983-cü illər aralığında fəaliyyəti istədiyi kimi alınmayan Törner, 1983-cü ildə Capitol adlı albom şirkəti ilə müqavilə imzalayır. Al Qreen tərəfindən məşhurlaşdırılan Let's Stay Together mahnısını ifa etməsi Törnerin məşhurluğunun artmasına səbəb olur və İngiltərə Top 10 sinql arasına girməyi bacarır. What's Love Got to With It sinqli İngiltərə musiqi siyahılarında III yeri tutsa da ABŞ-də liderlik əldə edir.

Bu mahnında yer aldığı albom Ən yaxşı albom və Ən yaxşı qadın pop vokalist nominasiyalarında sahibinə 2 Qremmi mükafatı qazandırır. 1984-cü ildə Tina Törner Mad Max Beyond The Thunderdome adlı filmdə rol almağı qəbul edir. Törnerin növbəti hiti We Don't Need Another Hero adlı sinql olur və mahnı Mad Max Beyond The Thunderdome adlı filmdə istifadə edilir. Növbəti il keçirilən yardım kompaniyasına dəstək məqsədi ilə Mik Ceker ilə duet oxuyan Tina Törnerin məşhurluğu dünya səviyyəsinə çatır.

Çətin bir uşaqlıq və gənclik dövrü keçirdiyini verdiyi mübahisələrində və görüşlərində tez-tez xatırladan müğənni 1985-ci ildə özünün avtobioqrafiyasını yazır və 1993-cü ildə ona dünyü miqyasında məşhurluq gətirən What's Love Got to Do With It sinqlı üçün film çəkilir. 2013-cü ildə Ervin Bax ilə evlənən Tina Törner İsveçrə vətəndaşlığını qəbul edir və bu ölkəyə yerləşir. Törner ömrünün sonuna qədər Sürix yaxınlığında yerləşən kiçik Küsnaxt qəsəbəsində yaşayıb.

Albomlar

Studio albomları

  • Tina Turns the Country On! (1974)
  • Acid Queen (1975)
  • Rough (1978)
  • Love Explosion (1979)
  • Private Dancer (1984)
  • Break Every Rule (1986)
  • Foreign Affair (1989)
  • Wildest Dreams (1996)
  • Twenty Four Seven (1999)
  • Beyond (2009)
  • Beyond Children (2011)
  • Beyond Love Within (2014)

Konsert albomları

  • Tina Live in Europe (1988)
  • VH1 Divas 1999 (2000)

Filmlər

Tina Törnerin doğum yeri olan Tennessi ştatının Natbuş şəhərində asılmış bir elan: Tina Törnerin doğuldu şəhərə xoş gəlmisiniz.
Film
İlFilmRolQeyd
1970Gimme ShelterÖzüSənədli film
1971Taking OffÖzü
1975TommyAsid Kraliçası
1976All This and World War IIÖzüSənədli film
1978Sgt. Pepper's Lonely Hearts Club BandBizim qonlaqlar
1979John Denver and the LadiesÖzü
1985Mad Max Beyond ThunderdomeEnti xala
1993What's Love Got to Do with ItÖzü
1993Last Action Herobələdiyyə başçısı
TV
İlFilmRolQeyd
1966The Big T. N. T. ShowÖzüSənədli film
1970It's Your ThingÖzüSənədli film
1971Soul to SoulÖzüSənədli film
2000Ally McBealÖzü

Həmçinin bax

İstinadlar

Xarici keçidlər