Tupolev Tu-160

Tupolev Tu-160 (NATO kod adı: Blackjack) səsdən sürətli və dəyişkən həndəsi quruluşa malik, Sovet İttifaqında istehsal edilən ən müasir strateji ağır bombardmançı təyyarəsidir. Quruluş olaraq Amerikan istehsalı Rockwell B-1 Lancerə oxşamaqla yanaşı ondan daha böyük, daha artıq daşıma tutumlu və sürətlidir. İstehsal edilmiş ən böyük döyüş təyyarəsidir. Tu-160 pilotları təyyarələrini manevr qabiliyyəti və əks etdirməyən ağ boyası görə "Ağ Qu quşu" adlandırırlar. Sovet İttifaqında 1987-ci ildə xidmətə alınmış və hal-hazırda Rusiya Hərbi Hava Qüvvələrində ən azı 16 ədədi də xidmət göstərir. Rusiya 2016-ci ildə Tu-160 istehsalına yenidən başlamağı düşünür. 14 ədəd əlavə təyyarə istehsal etmək planlaşdırılır.

Tu-160
TipiStrateji bombardmançı təyyarə
HazırlayanTupolev
İstehsalçıSSRİ / Rusiya Tupolev
Baş konstruktorValentin Bliznuk
DizaynerTupolev
İlk uçuş18 dekabr 1981
İstismara verilmə tarixi23 aprel 1987
İstismarçılar Rusiya Hərbi Hava Qüvvələri
Ukrayna Hərbi Hava Qüvvələri
Buraxılış sayı35 (27-si seriyalı istehsal, 8-i prototip)
Vahidinin qiyməti250 milyon USD (1993-cü ildə)[1][2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İstifadəçilər

Rusiya

  • Rusiya Hərbi Hava Qüvvələri: 2008-ci ilin aprel ayına olan məlumata əsasən 16 ədəd (12-si döyüş, 4-ü təlim məqsədilə) Tu-160 istifadə olunurdu.[3] 2015-ci ildə döyüşə hazır vəziyyətdə olan bu bombardmançıların sayı 11 olmuşdur.[4][5] 2017-ci ildə Rusiya Federasiyası Ordu Generalı Yuri Borisovun dediyinə görə hazırda döyüşə hazır vəziyyətdə olan Tu-160 döyüş təyyarələrinin sayı 16 ədəddir və bu təyyarələrin modernizasiya olunması planlaşdırılır.[6]

Keçmiş istifadəçilər

Ukrayna

SSRİ

  • Sovet Hərbi Hava Qüvvələri: 1991-ci ildə RusiyaUkraynaya təhvil verilib.

Xüsusiyyətləri

Tu-160-ın proyeksiyası

Ümumi göstəriciləri

  • Ekipaj: 4 (pilot, co-pilot, bombardmançı, müdafiə sistemi üzrə zabit)
  • Uzunluq: 54.1 metr
  • Yüksəklik: 13.10 metr
  • Qanad açıqlığı: 35.60 metr
  • Boş çəki: 110,000 kq
  • Maksimum qalxma ağırlığı: 275,000 kq
  • Mühərrik: 4 Samara/trud NK-321 turbofan
  • Uçuş məsafəsi: 15,000 km

Uçuş göstəriciləri

  • Maksimum sürət: 2.05 mach (2,200 km/s)
  • Xidmət tavanı: 14,700 metr
  • Döyüş radiusu: 7,300 km
  • Yüksəkliyə qalxma sürəti: 70 m/s
  • Qanad yüklənməsi: 742 kq/m²
  • Çəkmə gücü/çəki: 0.37

Həmçinin bax

İstinadlar

Xarici keçidlər