UEFA Kuboklar Kuboku finallarının siyahısı

UEFA Kuboklar Kuboku qaliblərinin siyahısına kuboku öz muzeyinə götürməyi bacaran klublar daxildir. Kuboklar Kuboku Avropa futboluna rəhbərlik edən UEFA təşkilatı tərəfindən bu təşkilata üzv olan ölkə klubları arasında təşkil edilən futbol turniri idi. Turnirə həm də milli kubok çempionları qatıla bilirdi. 39 illik tarixi boyunca, Kuboklar Kuboku 2 matçlı sistemlə oynadıldı. Yalnız ilk final iki-oyunla keçirildi. Qalan bütün finallar tərəfsiz sahədə oynadıldı. Turnirin ilk qalibi Şotlandiyanın Reyncers komandasını iki oyunlu 1961 finalında ümumi olaraq 4–1 hesabı ilə məğlub edən İtaliyanın Fiorentina klubu olmuşdur. 1999-da sona çatan kubokda son çempion isə Real Malyorkanı məğlub edən Latsio oldu.[1]

Turnir tarixinin ən müvəffəqiyyətli komandası, ümumi olaraq 4 dəfə çempionluq yaşayan Barselona klubudur.[1] Barselona, Atletiko Madrid, Real Madrid (hamısı İspaniya), Anderlext (Belçika), Fiorentina (İtaliya), Reyncers (Şotlandiya), Arsenal (İngiltərə) və Rapid Vyana (Avstriya) komandaları isə hərəsi iki dəfə finalda uduzmaqla ən çox ikinci yerə sahib olan komandalardır. Kuboklar Kubokunda heç bir komanda çempionluğunu qoruya bilməmişdir. Bu uğursuzluq son çempionların təkrar finala yüksəldiyi 8 mövsümdə də qırılmamışdır. Komandaları 8 dəfə çempion olan İngiltərə, bu sevinci ən çox yaşayan ölkə olmuşdur.[2]

Çempionlar

Açar
Oyunun nəticəsi əlavə vaxtda bilindi†
Oyunun nəticəsi əlavə vaxtdan sonrakı penalti ilə məlum oldu*
Oyun yenidən oynanıldı
Qara — İki oyunlu final

İki oyunlu final

İlk Kuboklar Kuboku rəsmi olmayan təşkilat idi. Ona görə də bir çox UEFA'ya üzv ölkələrin klubları yarışmada iştirak etməmişdi. Final oyunları 1961-ci ilin mayında baş tutdu. İlk oyun Şotlandiyalı Reyncersin meydanında, ikinci oyun isə onun İtalyan rəqibi Fiorentinanın meydanında keçirildi. Bu 2 oyunda qalib gələn tərəf Fiorentina ümumi olaraq 4–1 hesabı ilə çempion oldu.

SezonÖlkəEv sahibiNəticəRəqibÖlkəStadionTamaşaçıQeydlər
1960–61 ŞotlandiyaReyncers0–2Fiorentina İtaliyaİbroks stadionu, Qlazqo80.000
İtaliyaFiorentina2–1Reyncers ŞotlandiyaArtemio Françi stadionu, Florensiya50.000
Fiorentina ümumi olaraq 4–1 hesabı ilə qalib gəldi.

Tək oyunlu finallar

MövsümÖlkəÇempion[3]Nəticə[3]İkinci[3]ÖlkəStadion[2]Tamaşaçı[2]Qeyd[2]
1961–62 İspaniyaAtletiko Madrid1–1Fiorentina İtaliyaHampden Park, Qlazqo27.000Atletiko Madrid təkrar oyunda 3–0 hesabı ilə qalib gəldi.[4]
Təkrar İspaniyaAtletiko Madrid3–0Fiorentina İtaliyaNekarştadion, Ştutqart38.000
1962–63 İngiltərəTottenhem Hotspur5–1Atletiko Madrid İspaniyaDe Kuip, Rotterdam49.000
1963–64 PortuqaliyaSportinq Lissabon3–3MTK Budapeşt MacarıstanEyzel, Brüssel3.208Sportinq Lissabon təkrar oyunda 1–0 hesabı ilə qalib gəldi.[5]
Təkrar PortuqaliyaSportinq Lissabon1–0MTK Budapeşt MacarıstanBosuilştadion, Antverpen13.924
1964–65 İngiltərəVest Hem Yunayted2–0Münhen 1960 AlmaniyaUembli stadionu, London97.974
1965–66 AlmaniyaBorussiya Dortmund2–1Liverpul İngiltərəHampden Park, Qlazqo41.000
1966–67 AlmaniyaBayern Münhen1–0Reyncers ŞotlandiyaFrankenstadion, Nürnberq69.480
1967–68 İtaliyaMilan2–0Hamburq AlmaniyaDe Kuip, Rotterdam53.000
1968–69 ÇexoslovakiyaSlovan Bratislava3–2Barselona İspaniyaSt. Jakob stadionu, Bazel19.000
1969–70 İngiltərəMançester Siti2–1Górnik Zabrze PolşaPrater Stadyumu, Vyana7.968
1970–71 İngiltərəÇelsi1–1Real Madrid İspaniyaKaraiskakis stadionu, Pire45.000Təkrar oyunda Çelsi 2–1 qalib gəldi.
Təkrar İngiltərəÇelsi2–1Real Madrid İspaniyaKaraiskakis stadionu, Pire19.917
1971–72 ŞotlandiyaReyncers3–2Dinamo Moskova SSRİKamp Nou, Barselona24.701
1972–73 İtaliyaMilan1–0Lids Yunayted İngiltərəKaftanzoglio stadionu, Saloniki45.000
1973–74 ADRMaqdeburq2–0Milan İtaliyaDe Kuip, Rotterdam4.000
1974–75 SSRİDinamo Kiyev3–0Ferensvaroş MacarıstanSt. Jakob Stadyumu, Bazel13.000
1975–76 BelçikaAnderlext4–2Vest Hem Yunayted İngiltərəHeysel stadionu, Brüssel51.296
1976–77 AlmaniyaHamburq2–0Anderlext BelçikaOlimpiya stadionu, Amsterdam66.000
1977–78 BelçikaAnderlext4–0Austriya Vyana AvstriyaParc des Princes, Paris48.679
1978–79 İspaniyaBarselona4–3Fortuna Düsseldorf AlmaniyaSt. Jakob stadionu, Bazel58.000
1979–80 İspaniyaValensiya0–0*Arsenal İngiltərəHeysel stadionu, Brüssel36.000Valensiya penalti zərbələri ilə 5–4 qalib gəldi.
1980–81 SSRİDinamo Tbilisi2–1Carl Zeiss Jena ADRRheinstadion, Düsseldorf4.750
1981–82 İspaniyaBarselona2–1Standard Lyej BelçikaKamp Nou, Barselona80.000
1982–83 ŞotlandiyaAberdin2–1Real Madrid İspaniyaNya Ullevi, Göteborq17.804
1983–84 İtaliyaYuventus2–1Porto PortuqaliyaSt. Jakob stadionu, Bazel55.000
1984–85 İngiltərəEverton3–1Rapid Vyana AvstriyaDe Kuip, Rotterdam38.500
1985–86 SSRİDinamo Kiyev3–0Atletiko Madrid İspaniyaStade de Gerland, Lyon50.000
1986–87 NiderlandAyaks1–0Lokomotiv Leypsiq ADRSpiros Louis Stadyumu, Afina35.000
1987–88 BelçikaMechelen1–0Ayaks NiderlandStade de la Meinau, Strasburq39.446
1988–89 İspaniyaBarselona2–0Sampdoria İtaliyaWankdorf Stadyumu, Bern45.000
1989–90 İtaliyaSampdoriya2–0Anderlext BelçikaNya Ullevi, Göteborq20.103
1990–91 İngiltərəMançester Yunayted2–1Barselona İspaniyaDe Kuip, Rotterdam43.500
1991–92 AlmaniyaVerder Bremen2–0Monako FransaEstádio da Luz, Lissabon16.000
1992–93 İtaliyaParma3–1Royal Antwerp BelçikaUembli stadionu, London37.393
1993–94 İngiltərəArsenal1–0Parma İtaliyaParken stadionu, Kopenhagen33.765
1994–95 İspaniyaReal Saraqosa2–1Arsenal İngiltərəParc des Princes, Paris42.424
1995–96 FransaPari Sen-Jermen1–0Rapid Vyana AvstriyaKral Baudouin stadionu, Brüssel37.000
1996–97 İspaniyaBarselona1–0Pari Sen-Jermen FransaDe Kuip, Rotterdam52.000
1997–98 İngiltərəÇelsi1–0Ştutqart AlmaniyaRåsunda stadionu, Stokholm30.216
1998–99 İtaliyaLatsio2–1Real Malyorka İspaniyaVilla Park, Birminhem33.021

İstinadlar