Saloniki

Yunanıstanda şəhər


Saloniki (yun. Θεσσαλονίκη, translit. Tessaloníki , translit. Saloniki) ya da Səlanik[3][4][5] (osman. سلانیك, türk. Selanik) — Yunanıstanın ikinci böyük şəhəri. Əhalisi 363.987 nəfərdir.

Saloniki
Θεσσαλονίκη
40°38′25″ şm. e. 22°56′08″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulube.ə. 315
İlk məlumat IV əsr
Sahəsi
  • 19,307 km²
Mərkəzin hündürlüyü20 m
Əhalisi
Əhalisi
  • 309.617 nəf. (2021)[2]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu+30 231
Poçt indeksi530–539, 54015–54655, 56404
Nəqliyyat koduMM, NA, NB, NE, NH, NI, NK, NM, NN, NO, NP, NT, NY, NX, NZ
Digər
thessaloniki.gr
Xəritəni göstər/gizlə
Saloniki xəritədə
Saloniki
Saloniki
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Şəhərin əsası e.ə. 315-ci ildə Makedoniya hökmdarı Kassandr tərəfindən qoyulmuşdur. O, Term körfəzi sahilində yerləşən 26 kiçik yaşayış məntəqəsini birləşdirərək yeni şəhərə öz həyat yoldaşı, Makedoniyalı İsgəndərin ögey bacısı Fessalonikanın adını vermişdir.

Osmanlı dövrü

Saloniki 1430-cu ildə sultan II Murad tərəfindən fəth edildi. XV əsrdə şəhərə Anadoludan gətirilən çox sayda türk məskunlaşdırıldı. 1492-ci ildə Osmanlılar İspaniyadan qovulan Sefard yəhudilərini qəbul etmək barədə qərar verir və Saloniki yəhudilərin yaşamaq üçün seçdikləri əsas şəhər olur. Saloniki 500 ilə yaxın müddət ərzində Osmanlı şəhəri olaraq qalır və xristian, yəhudi, müsəlman icmaların birlikdə uyğunlaşma içində yaşadığı əhəmiyyətli bir mədəni və iqtisadi mərkəzi halına gəlir.

XVII əsrdə Sabetay Sevi tərəfindən başlayan Sabetayizm hərəkatı Salonikidəki yəhudilər arasında böyük rəğbət qazandı. Sabetay Sevinin ardınca İslamı qəbul edən yəhudilər Salonikidə Osmanlı Dövlətinin yeniləşmə səylərinə böyük xidmət göstərdilər.

Gənc türklər hərəkatı da əsasən Salonikidə təşəkkül tapmışdı. Osmanlı sultanı II Əbdülhəmid taxtdan salındıqdan sonra 1909-cu ildə Salonikiyə sürgünə göndərildi. Lakin 3 il sonra şəhər yunanların əlinə keçdikdə İstanbula geri qaytarılmaq məcburiyyətində qaldı.

XIX əsrin sonları və XX əsrin əvvəllərində Saloniki şəhərinin etnik tərkibi:

ilCəmi əhaliYəhudilərTürklərYunanlarBolqarlarRomanlarDigər qruplar
1890[6]118.00055.00026.00016.00010.0002.5008.500
1913[7]157.88961.43945.88939.9566.2632.7211.621

Yunanıstan dövrü

1912-ci ildə Balkan müharibələrindən sonra şəhər Yunanıstanın nəzarətinə keçdi. Osmanlı orduları şəhəri yunanlara döyüşsüz, lakin şəhərdəki türklərin təhlükəsizliyinin təmin edilməsi şərti ilə təhvil verdilər. Osmanlı ordusunun Salonikidə olan qüvvələri də silahlarını yunan birliklərinə təslim etdilər. Ancaq yunan əsgərləri şəhəri ələ keçirdikləri günün gecəsi şəhərdə yaşayan xeyli sayda türkü, aralarında Osmanlı əsgərləri də olmaqla qətl etdilər. Şəhərin simvolu olan Osmanlıların tikdiyi Ağ qüllə simvolik xristianlaşdırma əməliyyatından keçərək ağ rəngdə boyandı. O gündən bəri Ağ qüllə adıyla xatırlanan bu tikilinin ağ boyası zamanla aşınaraq yenidən əvvəlki rəngini qaytardı.

1917-ci ildə baş verən yanğın şəhərin türk bölgəsini demək olar ki, tamamilə məhv etdi. 1924-cü il əhali mübadiləsi nəticəsində şəhərdə qalan bütün türklər Türkiyəyə köç etmək məcburiyyətində qaldılar və Anadoludan gələn yunan immiqrantlar gedən türklərin yerini tutdular. Qısa müddət ərzində şəhərin əhali tərkibi tamamilə dəyişdi. Yunanlar Salonikidə azlıqdaykən qısa bir müddətdə əzici bir əksəriyyət halına gəldilər. Beləcə Salonikinin osmanlı-türk mədəniyyətində oynadığı rol başa çatmış oldu. Atatürk 10-cu il nitqində "Kaş ki, Salonikini də milli sərhədlərimiz içərisinə ala bilsəydik" deyərək şəhərin türklər üçün əhəmiyyətini vurğulamışdır.

Thermaic – Saloniki

Qısa bir müddət ərzində məscidlərin minarələri yıxıldı. Bəzi məscid və sinaqoqlar kilsəyə çevrildi. Köhnə Osmanlı evləri baxımsızlıqdan yox oldu. Şəhərin keçmişiylə əlaqəsi kəsilərək, Avropa şəhəri halına gətirildi.

İkinci dünya müharibəsində bütün Sefarad yəhudi icması (50 000 nəfər) alman işğalçıları tərəfindən toplama düşərgələrinə göndərilib öldürüldü. Beləcə, Osmanlıdan qalma son köklü icma da yox edilmiş oldu.

Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Qardaşlaşmış şəhərlər

İskəndəriyyə (Misir), 1993
Bolonya (İtaliya), 1984
Bratislava (Slovakiya), 1986
Köln (Almaniya), 1988

Nitsa (Fransa), 1992 Təl-Əviv (İsrail), 1994

Şəhərin görünüşü

Mustafa Kamal Atatürkün doğulduğu ev, Aya Dmitria məh., Apostol Pavel pr. 75
Ano Poli bölgəsinin şərqdən görünüşü.
Salonikinin mərkəzi və şərq hissələrinə Bizans qalasından baxış.

Həmçinin bax

İstinadlar