Valeri Bryusov

Valeri Yakovleviç Bryusov (13.12.1873, Moskva – 9.10.1924, Moskva) — rus şairi, nasir, tərcüməçi, ədəbi tənqidçi. Rus ədəbiyyatında simvolizmin görkəmli nümayəndələrindən biridir.[6]

Valeri Bryusov
Брюсов, Валерий Яковлевич
Valeri Bryusov, 1906-cı il
Valeri Bryusov, 1906-cı il
TəxəllüsüВалерий Маслов, Аврелий[1][2], В. Бакулин[3][2], Нелли[4][2], В. А. Маслов[5], Даров[2], 3. Фукс[2], Ptyx[2], К. Веригин
Doğum tarixi
Doğum yeriMoskva, Rusiya imperiyası
Vəfat tarixi (50 yaşında)
Vəfat yeriMoskva, SSRİ
Vəfat səbəbiağciyər iltihabı
Dəfn yeri
VətəndaşlığıRusiya Rusiya
Milliyyətirus
TəhsiliMoskva Universiteti
İxtisasıTarix-filologiya
Fəaliyyətişair, romançı, tərcüməçi, ədəbiyyatşünas, dramaturq, ədəbi tənqidçi, tarixçi
Əsərlərinin dilirus və fransız
İstiqamətSimvolizm
Janrlirik
İmza
Vikimənbənin loqosu Valeri Bryusov Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Tacir ailəsində doğulmuşdur. Moskva Universitetinin tarix-filologiya fakültəsini bitirmişdir (1899). "Rus simvolistləri" (1–3-cü buraxılışlar, 1894–95) toplusunda çap olunmuş, ilk şeirləri Bryusova şöhrət qazandırmışdı. Bilərəkdən əcnəbi dillərdə adlandırdığı ilk şeir topluları ["Chefs d’oeuvre" ("Şedevrlər", 1895); "Me eum esse" ("Bu mənəm", 1897)] və P. Verlendən tərcümələri (1895) bu şöhrəti daha da artırmışdı. A. S. Puşkindən başlamış A. A. Fetə qədər rus poeziyası tarixi ilə məşğul olan B. 1898-ci ildən "Rus arxivi" jurnalında əməkdaşlıq etmişdir. Onun K. D. Balmont, Y. K. Baltruşaytis və S. A. Polyakovla birlikdə yaratdığı (1899) "Skorpion" simvolist nəşriyyatında yeni rus incəsənəti təbliğ olunurdu.[6]

Fəaliyyəti

1903-cü ildə Peterburqda çıxan "Novıput" simvolist jurnalı ilə əməkdaşlıq etmişdir. 1904–08-ci illərdə "Vesı" jurnalının faktiki rəhbəri olmuş, proqram səciyyəli bir sıra məqaləsini ("Sirlərin açarları", 1904 və s.) bu jurnalda dərc etdirmişdir. Bir çox hallarda məhz Bryusovun səyləri sayəsində simvolizm rus incəsənətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdi. 1900-cü illərdə Bryusovun yaradıcılığı ["Şəhərə və dünyaya" (1903); "Στέφανος. Əklil" (1906) şeir topluları; "Odlu mələk" tarixi romanı (1907–1908)] müxtəlif cərəyanlara mənsub tənqidçilərin coşqun rəyləri ilə qarşılandı. Onun bu dövrdə yazdığı ən yaxşı əsərlərində yaradıcılığının səciyyəvi xüsusiyyətləri aydın surətdə aşkara çıxdı, lakin "Bütün nəğmələr" (1909) toplusundan başlayaraq Bryusovun poeziyası daha az orijinallıq kəsb edir, hər yeni kitabı ("Kölgələrin güzgüsü", 1912; "Nellinin şeirləri", 1913; "Göy qurşağının yeddi rəngi", 1916) artıq keçənlərin təkrarı kimi dərk edilirdi. Onun nəsr əsərləri də ["Dünyanın mehvəri" (1907), "Gecələr və gündüzlər" (1913) topluları; "Qələbə mehrabı" (1911–12) romanı; "Daşanın nişanlanması" (1913), "Reya Silviya" (1914) və "Eluli Elulinin oğludur" (1916) povestləri] uğur qazana bilməmişdi. Birinci dünya müharibəsi illərində "Russkiye vedomosti" qəzetinin hərbi müxbiri işləmişdir. Moskva Universitetində və özünün yaratdığı Ali ədəbi-bədii institutda dərs demişdir Aktiv ədəbi-tənqidi fəaliyyət göstərmiş, şeir nəzəriyyəsi ("Şeir haqqında müxtəsər elmi kurs", 1919), puşkinşünaslıq və tərcümə ilə məşğul olmuş dur. Sonrakı şeir kitablarında ["Son arzular", 1920; "Belə günlərdə", 1921; "An", 1922; "Dali", 1922; "Mea" ("Tələs"), 1924] zamanın ruhuna uyğun və avanqardizm nailiyyətlərindən istifadə edən Bryusov yeni poetika yaratmağa təşəbbüs göstərmişdir. 1915–17-ci illərdə Bakıya gəlmişdir. Bakı haqqında şeirləri var. Şərq poeziyası üslubunda onlarca şeir yazmışdır. Bəzi şeirləri Azərbaycan dilinə tərcümə olunmuşdur.[6]

Əsərləri

  • Sobr. soç.: V 7 t. M., 1973–75;
  • Sredistixov 1894–1924: Ölkələrin Manifesti
  • Baxış M., 1990; Rus ədəbiyyatı antologiyası. C.1. B., 2007.[6]

İstinadlar

Xarici keçidlər