Yoruba dili

Yoruba dili (brit. /ˈjɒrʊbə/,[1] amer. /ˈjɔːrəbə/,[2] Èdè Yorùbá, Ajami: عِدعِ يوْرُبا) – Qərbi Afrikada, əsasən Cənub-Qərbi və Mərkəzi Nigeriyada danışılan dil.

Yoruba dili
Orijinal adıèdèe Yorùbá
ÖlkələrNigeriya Nigeriya
Toqo Toqo
Benin Benin
Danışanların ümumi sayı19.4 milyon
Təsnifatı
KateqoriyaAfrika dilləri

Niger-konqo dilləri

Atlantik–Konqo dilləri
Volta-Nige dilləri
Yoruboid dilləri
Yazılatın əlifbası
Dil kodları
QOST 7.75–97йор 245
ISO 639-1yo
ISO 639-2yor
ISO 639-3yor
Dilin strukturlarının dünya atlasıyor
Ethnologueyor
ABS ASCL9212
IETFyo
Glottologyoru1245
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Yorubalı ana və yeni evlənmiş qızı

Ümumi məlumat

Yoruba dili (yerli adı èdè Yorùbá, 'Yorùbá dili') Niger-konqolez dillərindən biridir ki, təxminən 20 milyon nəfər tərəfindən Qərbi Afrikada danışılır. Yoruba xalqının çoxu Yoruba dilində danışır. Yoruba dili İgala dili ilə çox bənzərlik göstərir. Bu dillər Yoruboid dili qrupuna aiddir. Forde (1951)və Westermann ilə Bryan (1952) İgala dilini Yoruba dilinə bir ləhcə kimi götürmüşdür. Yoruba dili Erdekir dillərinə aid olsada bir-biri ilə çox yaxın olduğundan İgala ilə bu qədər bənzərlik göstərir. Ancaq ayrı-ayrı dillərdir.[3]

Ləhcələri

Yoruba dilinin 3 əsas ləhcəsi var:

  • Şimalqərbi
  • Orta
  • Cənubşərqi Şimalqərbi Yoruba ləhcəsi daha çox yenilikçi olmaqla, orta və cənubşərqi ləhcələr çox dəyişməmişlərdir. Orta ilə Şimalqərbi ləhcələrin ortaq sözləri daha çoxdur, Cənubşərqi ilə daha çox etnoqrafik sözlər ortaqlıq təşkil edir. Oyo imperiyasında Şimalqərbi Yoruba ləhcəsindən istifadə olunurdu, Benin imperiyasında isə Cənubşərqi Yoruba daha yayğın idi.[4]

Müasir dövrdə

Ədəbi Yoruba dili əsasən radio, televizorlarda spikerlər tərəfindən danışılan və məktəblərdə öyrədilən dil qəbul edilir. Bu dilin əsas iki qaynağı Oyos və Eqbas'ın şimalqərbi Yoruba dilidir. İlk anqlikan yepiskop Crowther öz kitabında xalqı Yoruba adlandırdı və Yoruba dilinin qrammatikasını və yazılışını müəyyənləşdirdi. Bundan başqa digər xristian [[[misyaner]]lərdə Eqbasda olmuş və burada Yoruba dilinə töhfələr vermişlər. Fagborun'da (1994) bize söylədiyinə görə , Adetugbọ (1967) o vaxt Oyo-Yoruba dilinin Abẹokuta ləhcəsinin yaradılmasında, morfologiya və fonetikasında Xristian rahiblər çalışıblar.[5]

İstinadlar