Zodiak

ZodiakGünəşin illik zahiri hərəkəti zamanı göy sferində cızdığı böyük göy dairəsi olan ekliptikanın təxminən 8° Şimal və ya Cənub hissəsini əhatə edən sahə.[1] Ayın və vizual müşahidə olunan planetlərin trayektoriyası da zodiak qurşağındadır.[2]

Qərb astrologiyasında və qədim astronomiyada zodiak hərəsi 30° coğrafi uzunluğu əhatə etməklə qabaca bürclərə uyğunlaşdırılan 12 işarəyə (hissəyə) ayrılmışdı: Qoç, Buğa, Əkizlər, Xərçəng, Şir, Qız, Tərəzi, Əqrəb, Oxatan, Oğlaq, Dolça, Balıqlar.[3]

12 astoloji işarə qalaktik koordinat sistemi və ya daha spesifikolaraq ekliptikanın qalaktik enliyinin əsası və Günəşin ekinoksdakı qalaktik uzunluğunun əsası olaraq mövqeləndirilməsinə şərait yaradan elliptik koordinat sistemi əmələ gətirir.[4]

Adlandırılması

Zodiak Yunanca "heyvan dairəsi" deməkdir. Zodiak bürclərinin yarıdan çoxunun adı heyvan adlarıdır. Zodiak adı da məhz bununla bağlıdır.

Tətbiqi

Zodiak Roma erasında, Xaldey dövrünün(b.e.ə. I minilliyin əvvəllərində) Babil astronomiyasından miras qalan anlayışlara əsasən Helenistik astronomiyada ekliptika boyunca yerləşən ulduzların əvvəldən məlum olan siyahılarından istifadə olunaraq qeyd olunmuşdur .[5] Zodiakın qurulması Ptolemeyin II yüzillikdən qalma ən böyük əsərlərindən biri olan Almagestdə təsvir edilmişdir.[6]

İstinadlar