Hindustan
Hindustan (hind. हिन्दुस्तान Hindustān, urdu ہندوستان Hindostān fars. Hindū — Hind + stan) — Asiyanın cənubunda yerləşən yarımada. Sahəsi 2 milyon km² yaxındır. Şimal sərhəddi Hind çayının deltasından Qanq çayının deltasına qədər uzanır.[1]. Bəzən yarımadanın ərazisinə bütün platonu və dağları aid edirlər.[2]. Yarımada Hindistannın böyük hissəsi, Pakistan və Banqladeşin bir hissəsi özündə birləşdirir.Qərbdən Ərəbistan dənizi, şərqdən Benqal körfəzi, cənubdan isə Lakkadiv dənizi onun sahillərini yuyur. Yarımadadan cənub-şərqində böyük Şri-Lanka adası yerləşir. Yarımada Hindistan yarımqitəsinin və Hindistan tavasının cənubunda yerləşir.
Hindustan yarımadası | |
---|---|
Ümumi məlumatlar | |
Sahəsi | >2,000,000 km² |
Yerləşməsi | |
20°00′00″ şm. e. 80°00′00″ ş. u. | |
Akvatoriya | Ərəbistan dənizi/Benqal körfəzi/Lakkadiv dənizi |
Ölkə | Hindistan |
Yarımadanın cənub nöqtəsi Komorin burnudur.
Geologiyası
Cənub hissələri allyuvial çökəkliklər yerləşir. Malabar və Koromandel sahillərini buna misal çəkmək olar. Əsas çayları: Narbada, Tapti, Mahanadi, Qodavari və Qrişna.[3]
Adlanması
Farslar yarımadanı və bütün bölgəni Hindustan adlandırmışlar, bu səbəbdən avropa dillərinə bu çür keçmişdir. XIX əsrdən avropalılar Himalay dağlarından Vindhya massivinə qədər əraziyə bu adı şamil etmişlər[4]. İngilislər yarımadanı Cənubi Hindistan adlandırırlar. Rusların adladırdığı İndostan termini isə artıq arxaikləşmişdir.