Ana səhifə
Hazırda Azərbaycan dilində 200.408 məqalə mövcuddur.
Yaponiya — Şərqi Asiyada yerləşən ada ölkəsi. Yaponiya Sakit okeanda, Yapon dənizinin, Şərqi Çin dənizinin, Çinin, Şimali Koreyanın, Cənubi Koreyanın və Rusiyanın şərqində yerləşir, şimalda Oxot dənizinə, cənubda Şərqi Çin dənizi və Tayvan adasına qədər uzanır. "Yaponiya" adının "günəş" mənası kanci ilə bağlıdır və Yaponiya tez-tez "Gündoğan ölkə" adı ilə çağırılır. Yaponiya 14.125 adadan ibarət stratovulkanik arxipelaqdır. Yaponiyanın ən böyük dörd adası — Honşu, Hokkaydo, Kyuşu və Şikoku adası ölkə ərazisinin təxminən 97 %-ni əhatə edir. Yaponiyanın əhalisi 126 milyon nəfərdir və bu göstəriciyə görə dünyada 10-cu yerdədir. Təxminən 37,8 milyon nəfərin yaşadığı və bir-birinə yaxın olan bir neçə şəhərdən ibarət olan Keihin regionu (həmçinin Tokio–Yokohama aqlomerasiyası kimi tanınır) əhalisinə görə son 60 il ərzində dünyanın ən böyük şəhər aqlomerasiyasıdır. Tokio və ətrafındakı bir neçə prefekturanı əhatə edən Böyük Tokioda 35 milyondan çox insan yaşayır, bu isə buranı dünyada ən böyük mitropolit bölgə və dünyada ən böyük GDP bölgəsi edir. |
Fatimə — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin birinci həyat yoldaşı Xədicədən olan qızı, Məhəmməd peyğəmbərin əmisi oğlu IV Raşidi xəlifə, şiələrin I imamı və xəlifəsi, II məsumu Əli ibn Əbu Talibin həyat yoldaşı, şiələrin II və III imamları Həsən ibn Əli və Hüseyn ibn Əlinin anası. Əhli-beytin 5 üzvündən biri. Fatimə Nəcran nəsranilərilə edilən Mübahilə günündə Məhəmmədin yanında olan yeganə qadındır. O, Əbu Bəkrə beyət etməmiş və ona qarşı çıxmışdır. Fədəkiyyə xütbəsində Fədəyin qəsbi və Əlinin xilafətini müdafiə etməsi məşhurdur. Fatimə Məhəmmədin vəfatından sonra, Cəmadiyəlaxir ayının 3-cü günü hicri-qəməri 11-ci ildə Mədinədə dünyasını dəyişib, gecə, gizlicə dəfn edilib. Fatimə məşhur ərəb qadınlarındandır. İbn Tayfur (ö. 280) Fatiməyə aid xütbələri "Bəlağatun-Nisa" adlı kitabda nəql etmişdir. Fədək haqqındakı ona məxsus xütbəni Əbu Talib sülaləsi öz uşaqlarına öyrədirdilər. İsmaili şiələrinin sülaləsi olan və X–XII əsrlərdə Misirdə və Şimali Afrikada hakimlik edən Fatimilər sülaləsinin adı məhz Fatimə ilə bağlıdır və bu onların Fatimənin nəslindən olduğunu göstərir. |
Zlatan İbrahimoviçin milli komandada vurduğu qolların siyahısı — Zlatan İbrahimoviç 2001-2016-cı illər aralığında beynəlxalq səviyyədə İsveç millisində oynamış peşəkar futbolçu. O, həmçinin Bosniya və Herseqovina və ya Xorvatiya millisinin şərəfini qoruya bilərdi. İsveç millisində debüt matçı 2001-ci ilin 31 yanvar tarixində, 0-0 hesabı ilə başa çatmış Farer adaları yığmasına qarşı oyun olmuşdur və İbrahimoviç ilk beynəlxalq qoluna məhz həmin il Azərbaycan millisinə qarşı keçirdiyi oyunda imza atmışdır. 2009-cu ilin oktyabr ayında İsveç millisi 2010-cu il FİFA Dünya Kuboku turnirindən kənarda qaldıqdan sonra o, millidə çıxışını başa vurduğunu elan etsə də, növbəti ilin avqust ayında millinin kapitanı kimi yenidən komandaya geri qayıtmışdır. Beynəlxalq karyerası dövründə o, meydana çıxdığı 116 matçda ümumilikdə 62 qola imza ataraq İsveç yığmasında ən çox qola imza atan futbolçu olmuşdur ki, 2014-cü ildə Friends Arena stadionunda Estoniya yığması ilə keçirilən yoldaşlıq oyununda 2 qol vuraraq Sven Ryüdellin rekordunu qırdı. |
- AFFA-nın İcraiyyə Komitəsinin onlayn formatda keçirilən iclasında qəbul edilmiş qərara əsasən, Fernandu Santuş (şəkildə) Azərbaycan milli futbol komandasının baş məşqçisi təyin edilib.
- Beynəlxalq Olimpiya Komitəsi (BOK) Əfqanıstanın "Taliban" təşkilatının təsis etdiyi müvəqqəti hökumətin nümayəndələrini Parisdə keçiriləcək 2024 Yay Olimpiya Oyunlarına buraxmamaq barədə yekdil qərar qəbul edib.
- Avropa Parlamentinə keçirilən seçkilərdə sağ mərkəziyyətçi Avropa Xalq Partiyası qələbə çalıb. Bununla belə, Almaniya üçün Alternativ, Milli Cəbhə kimi ifrat sağçı partiyalar da uğur qazanıb.
- Hindistanda keçirilən parlament seçkilərində qalib gələn Milli Demokratik Alyans azaldılmış səs çoxluğu ilə Narendra Modini təkrar baş nazir postuna seçib.
Aktual hadisələr:İsrail–Həmas müharibəsi • Rusiya–Ukrayna müharibəsi • Sudanda müharibə
- Dünyanın ən uzun boylu adamı kimi Ginnesin Rekordlar Kitabına düşən Türkiyəli Sultan Kösenin (şəkildə) boyunun uzunluğu 2,51 metrdir. Eyni vaxtda o, 27,5 sm ilə dünyadakı ən böyük əllərə və 36,5 sm (60 razmer ayaqqabı) ilə ən böyük ayaqlara da malikdir.
- Cimmi Vels və Larri Senger Vikipediyadan öncə ingilis dili də daxil olmaqla 5 dildə mövcud olan "Nupediya" adlı bir layihə yaratmışdır. 2000-ci ilin mart ayından 2003-cü ilin sentyabr ayına qədər fəaliyyət göstərən layihədə 25 tamamlanmış, 74 yoxlama prosesində olan məqalə var idi. Vikipediya bu layihənin əsasında yaradılmışdır.
- "Stokholm sindromu" termininin mənşəyi 1973-cü ildə İsveçrənin paytaxtı Stokholmda baş vermiş bank soyğunundan gəlir. Qarətçilərdən olan Klark Olofsson bankdakı girovlardan olan bir qadına aşiq olmuş və o, bu cinayət hadisəsinə görə 10 il həbs cəzası almış, daha sonra sərbəst buraxılmışdır.
Vikimedia Fondunun digər layihələri
- Vikilüğət Lüğət
- Vikisitat Sitatlar
- Vikikitab Azad dərsliklər və təlimat kitabları
- Vikimənbə Azad əsər kitabxanası
- Vikixəbər Azad xəbər mənbəyi
- Vikiversitet Tədris materialları
- Vikinövlər Bioloji növlərin sistematikası
- Mediaviki Viki proqram təminatının təkmilləşdirilməsi
- Vikiverilənlər Ortaq verilənlər bazası
- Vikianbar Ortaq media anbarı
- Vikisəyahət Azad səyahət təlimatçası
- Meta-Viki Vikimedia koordinasiya mərkəzi