Ana səhifə
Hazırda Azərbaycan dilində 200.179 məqalə mövcuddur.
İranda Azərbaycana dəstək aksiyaları (2020) — 2020-ci ildə baş vermiş Tovuz döyüşləri və İkinci Qarabağ müharibəsindən sonra cənubi azərbaycanlılar tərəfindən Azərbaycana dəstək, İrana və Ermənistana qarşı olan aksiyalar və tədbirlər. Bir neçə şəhərdə aksiyaların keçirilməsinin qarşısı alınıb. Ondan artıq şəhərdə baş vermiş aksiyalara isə təhlükəsizlik qüvvələri müdaxilə edib, aksiyanı dağıdıb iştirakçılarını həbs ediblər. Aksiya iştirakçıları Azərbaycan Silahlı Qüvvələrinə dəstək nümayiş etdirərək, Ermənistana və İrana qarşı şüarlar səsləndiriblər. Saxlanılmış yüzlərlə vətəndaşın arasında qadınlar, qocalar və uşaqlar da olub. Onların bir çoxu həbs olunarkən zorakılıqla üzləşiblər. Bəziləri aksiyalar dağıdılan zaman bəziləri isə həbsxanada işgəncələrə və döyülmələrə məruz qalıblar. Gözdən əlil olan Səccad Colani həbs olunarkən döyülüb və burnu qırılıb. Təbrizdə saxlanılmış Fatma İbrahimzadə 13 yaşlı qızı Kövsər Nemətinin gözləri qarşısında dindirilib və işgəncəyə məruz qalıb. Ərdəbildə həbs olunmuş 74 yaşlı Pərviz Siyabi həbsxanada döyülüb. Aksiya iştirakçılarının çoxuna şallaq cəzası da verilib. Hüquq müdafiəçiləri Jalə Təbrizli və Şahin Xiyavlıya görə məhkəmələrin bu cəzanı verməkdə məqsədləri milli fəalların şərəfini alçaltmaq olub. |
Qafqaz Albaniyasının incəsənəti — Qədim Şərqin tarixi və regional incəsənəti olmaqla Azərbaycan incəsənətinin ən qədim mərhələlərindən birini təşkil edir. Arxeoloji materialların öyrənilməsi, tədqiqatçılara Qafqaz Albaniyası incəsənətinin inkişaf mərhələləri haqqında fikir söyləməyə imkan vermişdir. Orta əsrlər alban incəsənəti qədim dövrdə Qafqaz Albaniyası sənətkarlarının yaratdıqları özüllər üzərində inkişaf etmişdi. Qafqaz Albaniyası incəsənəti erkən dövrdə təbiəti və xarakteri baxımından dini ideyalara əsaslansa da, birinci əsrdən yeni dövrün başlanması ilə dinin təsiri bir qədər zəifləyir və feodalizmin mənşəyi və inkişafı ilə bağlı yenilikçi ideyalar yayılır. Yüksək səviyyədə mənimsənilmiş humanist ideyaların istiqamət verdiyi ikinci mərhələ dini və məzhəbi tendensiyaların üstünlük təşkil etdiyi əvvəlki mərhələnin özülləri üzərində inkişaf etməkdə idi. |
Böyük Moğol İmperiyası hökmdarlarının siyahısı — Böyük Moğol İmperiyasını idarə etmiş hökmdarların ümumi siyahısı. Böyük Moğol İmperiyasının əsası 1526-cı ildə qoyulmuşdur. Dövlətin ilk hökmdarı Babur şahıdır. Sonuncu hökmdar isə II Bahadır Şah olmuşdur. Böyük Moğol İmperiyası mövcud olduğu 332 il ərzində 19 hökmdar tərəfindən idarə edilmişdir. Böyük Moğol İmperiyasının əsası Zahirəddin Məhəmməd Babur (fars. ﻇﻬﻴﺮﺍﻟﺪﻳﻦ محمد ; al-ṣultānu 'l-ʿazam wa 'l-ḫāqān al-mukkarram bādshāh-e ġāzī) tərəfindən qoyulmuşdur. Babur ata tərəfdən Teymurilər sülaləsindən, ana tərəfdən isə Çingizlilər sülaləsindəndir. Baburun atası Əmir Teymurun nəvəsi olan Ömər Şeyx Mirzə Barlas idi. Baburun anası isə Çingizlilər nəslindən olan Yunus xanın qızı Qutluq Nigar xanım idi. |
- Qitanas Nauseda (şəkildə) prezident seçkilərinin 2-ci turunda qələbə qazanaraq növbəti 5 il üçün yenidən Litvanın prezidenti seçildi.
- Minifutbol üzrə Dünya Çempionatı 2025-ci ildə Bakıda keçiriləcək.
- Hidayət Heydərov Əbu-Dabidə keçirilən cüdo üzrə dünya çempionatında qızıl medal qazanıb.
- İspaniya, İrlandiya və Norveç Fələstini rəsmən dövlət kimi tanıyıb və bununla, Fələstini tanıyan BMT üzvlərinin sayı 145-ə yüksəlib.
- Avropa İttifaqı süni intellekt istifadəsi ilə bağlı tənzimləyici və qoruyucu hüquq normalarını yerinə yetirmək məqsədilə akt qəbul edib.
Aktual hadisələr:İsrail–Həmas müharibəsi • Rusiya–Ukrayna müharibəsi • Sudanda müharibə
- Efiopiyanın Tiqray bölgəsinin Havzen şəhərində yerləşən Abuna Yemata Quh kilsəsi 2,580 metr yüksəklikdə yerləşir və kilsənin içərisinə daxil olmaq üçün piyada dırmaşmaq lazımdır.
- Hindistanın Uttarakhand əyalətinin Trisul massivində, yüksək hündürlükdə yerləşən (5020 m.) Roopkund gölü kənarında tapılan yüzlərlə insan skeleti ilə məşhurdur.
- Avropada Tunc dövrünün ən böyük qızıl xəzinə tapıntılarından olan Vilyena xəzinəsində (şəkildə) metal əşyaların bəziləri meteorik dəmirdən hazırlanmışdır.
Vikimedia Fondunun digər layihələri
- Vikilüğət Lüğət
- Vikisitat Sitatlar
- Vikikitab Azad dərsliklər və təlimat kitabları
- Vikimənbə Azad əsər kitabxanası
- Vikixəbər Azad xəbər mənbəyi
- Vikiversitet Tədris materialları
- Vikinövlər Bioloji növlərin sistematikası
- Mediaviki Viki proqram təminatının təkmilləşdirilməsi
- Vikiverilənlər Ortaq verilənlər bazası
- Vikianbar Ortaq media anbarı
- Vikisəyahət Azad səyahət təlimatçası
- Meta-Viki Vikimedia koordinasiya mərkəzi