1 may : İlk kriket matçı, Londonda böyük sərgi
Kraliça Viktoriya 1751 — Tarixdə ilk kriket matçı Amerikada oynanmışdır.1851 — Kraliça Viktoriya Londonda böyük sərgi təşkil etdirmişdir. 1865 — Braziliya imperiyası, Uruqvay və Argentina üçlü ittifaqa imza atmışlar.1884 — Moses Flitvud Uolker ABŞ -da professional beysbol oynayan ilk qara dərili oyunçu idi.1930 — Cırtdan planet Pluton rəsmi olaraq adlandırılmışdır. 1948 — Koreya Xalq Demokratik Respublikasının əsası qoyulur. 1977 — İstanbulda Taksim meydanında Əmək Günü qeyd edilən zaman 36 nəfər qətlə yetirilib. Digər günlər: 30 aprel – 1 may – 2 may
bax – müzakirə – redaktə – tarixçə
2 may : İranda müəllimlər günü, İsrail televiziyasının ilk yayımı
F-16 təyyarəsi 1892 — Rusiya imperiyasında , Kiyevdə ilk dəfə elektrikli tramvay işə düşmüşdür. 1935 — Sovet Sosialist Respublikaları İttifaqı və Fransa arasında qarşılıqlı yardım müqaviləsi imzalanmışdır. 1968 — İsrail televiziyasının ilk yayımı baş tutmuşdur. 1982 — Folklend adaları uğrunda İngiltərə və Argentina arasında müharibə başlamışdır. 1984 — F-16 təyyarələrinin Türkiyədə istehsalına razılıq əldə edilmişdir. 1997 — Toni Bleyr Böyük Britaniyanın baş naziri seçilmişdir. 2004 — Panamada parlament seçkiləri keçirilmişdir. Digər günlər: 1 may – 2 may – 3 may
bax – müzakirə – redaktə – tarixçə
3 may : Kolumb Yamaykada , Britaniya festivalının açılışı
VI Georq 1494 — Xristofor Kolumb Yamaykaya çatır.1837 — Afina Universitetinin əsası qoyulmuşdur. 1841 — Yeni Zelandiya Britaniya koloniyası elan edilir. 1902 — ABŞ -da Pepsi-Kola kompaniyasının əsası qoyulur. 1922 — Kanadada yerləşən prins Eduardın adasında qadınlara seçki hüququ verildi. 1951 — Britaniya kralı VI Georq Britaniya festivalının açılışını edir. 1993 — Ümumdünya Mətbuat Azadlığı Günü 2001 — Corc Buşun həyat yoldaşı 50 ən gözəl amerikalı qadın siyahısına daxil olur. Digər günlər: 2 may – 3 may – 4 may
bax – müzakirə – redaktə – tarixçə
4 may : Napoleon Elba adasında, Avropa Birliyində yeni ölkələr
Avropa Birliyi bayrağı 1814 — Napoleonun Elba adasında sürgün həyatı başlayıb.1904 — Panama kanalının yarımçıq qalan tikintisi yenidən başlanıb.1910 — Kanadada hərbi dəniz donanması təşkil edilib.1920 — XI qırmızı ordu hissələri Astaraya daxil olub.1922 — II Ümumazərbaycan sovetlər qurultayında ərzaq vergisi haqqında dekret qəbul edilib.1966 — İtaliyanın Torino şəhərində SSRİ və İtaliya arasında avtomobil zavodu tikmək barədə saziş imzalanıb.1994 — Avropa Parlamenti Finlandiya , Norveç və Avstriyanın 1 yanvar 1995 -dən etibarən Avropa Birliyinə qəbul edilməsinə səs verib. Digər günlər: 3 may – 4 may – 5 may
bax – müzakirə – redaktə – tarixçə
5 may : Beynəlxalq əlillərin hüquqlarının müdafiəsi günü, Sankt-Peterburq müqaviləsi
Qubilay xan 1260 — Xubilay xan Monqol İmperiyasının idarəçisi olur. 1762 — Rusiya və Prussiya Sankt-Peterburq müqaviləsini imzalayırlar. 1764 — Rusiyada ilk dəfə olaraq qızlar üçün təlim-tərbiyə müəssəsi yaradıldı.1920 — Azərbaycan İnqilab Komitəsi bəy-xan torpaqlarının kəndlilərə verilməsi barədə qərar qəbul etdi.1921 — Fransada "Şanel" ətrinin ilk təqdimetmə mərasimi keçirildi.1936 — İtaliya qüvvələri Efiopyanın paytaxtı Əddis-Əbəbə şəhərini ələ keçirir. 1964 — Avropa şurası 5 mayı Avropa günü elan edir. Digər günlər: 4 may – 5 may – 6 may
bax – müzakirə – redaktə – tarixçə
6 may : ABŞ-da 9-cu ştat, Firulidə zəlzələ
V Georq 1861 — Amerika Vətəndaş Müharibəsi: Arkanzas ittifaqdan ayrılaraq ABŞ-nin 9-cu ştatı olur. 1910 — V Georq atasının ölümündən sonra İngiltərə kralı olur. 1921 — Rusiya Sovet Federativ Sosialist Respublikası və Almaniya arasında ticarət razılaşması imzalandı.1940 — Con Steynbek Pulitzer mükafatı alır. 1954 — Rocer Bannister bir mili 4 dəqiqədən az vaxta qaçan ilk insan olur. 1971 — Yunanıstan və Albaniya arasında diplomatik əlaqələr quruldu. 1976 — İtaliya şəhəri Firulidə baş verən zəlzələ 989 insanın həyatına son qoydu. Digər günlər: 5 may – 6 may – 7 may
bax – müzakirə – redaktə – tarixçə
7 may :
Vladimir Putin andiçmə mərasimində 1610 — Qalileo Qaliley Yupiterin ilk üç peykini kəşf etdi.1847 — Filadelfiyada Amerika Tibb Assosiasiyasının əsası qoyuldu.1895 — Rus fiziki və elektrotexniki Aleksandr Popov Rusiya Fizika və Kimya Cəmiyyətinə radionun ilk nümunəsini təqdim etdi.1915 — Britaniyaya məxsus "Lusitania" sərnişin laynerinin alman sualtı qayığı tərəfindən batırılması nəticəsində 1198 nəfər həlak oldu.1954 — ABŞ , Fransa və İngiltərə SSRİ -nin NATO -ya üzv olmaq barədə müraciətinə rəsmi etiraz etdilər.1974 — Qərbi Almaniya kansleri Villi Brandt istefa verir. 2000 — Vladimir Putin Rusiya prezidenti kimi vəzifələrinin icrasına başladı. Digər günlər: 6 may – 7 may – 8 may
bax – müzakirə – redaktə – tarixçə
8 may : Şuşanın işğalı, Temza bəndinin açılışı
Londonda Temza üzərində Temza bəndi 1883 — Bakı-Tiflis dəmiryolu xətti açıldı.1902 — Martinikada Mon-Pele vulkanının püskürməsi nəticəsində 20 min insan həlak oldu.1919 — Məşhur Azərbaycan bəstəkarı, SSRİ xalq artisti Soltan Hacıbəyov Şuşa şəhərində anadan olub.1945 — nasist Almaniyasının qeyd-şərtsiz təslim olması ilə Avropa ərazisində İkinci dünya müharibəsi başa çatdı.1945 — Fransa əsgərləri tərəfindən törədilən Setif və Gelma qətliamı nəticəsində yüzlərlə mülki əlcəzairli qətlə yetirildi.1984 — Londonu su daşqınlarından qorumaq üçün Temza çayı üzərində tikilən bənd istifadəyə verildi.1992 — Şuşa şəhəri erməni silahlı dəstələri tərəfindən işğal olundu.1992 — Azərbaycan Respublikası ilə İtaliya və İsveç arasında diplomatik əlaqələr quruldu. Digər günlər: 7 may – 8 may – 9 may
bax – müzakirə – redaktə – tarixçə
9 may : Kolumbun son səyahəti, Qələbə günü
Bencamin Franklin 1502 — Xristofor Kolumb Yeni Dünyaya 4-cü və son səyahəti üçün İspaniyadan yola düşdü. 1754 — Bencamin Franklin ilk Amerika karikaturasını nəşr etdirdi. 1901 — Avstraliyanın ilk parlamenti Melburnda açıldı. 1915 — Birinci dünya müharibəsi : Fransa və Almaniya orduları arasında İkinci Artua döyüşü baş verdi. 1945 — Aleksey Semenkov Li-2 təyyarəsində Nasist Almaniyasının kapitulyasıya aktının nüsxəsini Berlindən Moskvaya çatdırdı.1955 — Soyuq Müharibə : Qərbi Almaniya NATO -ya qəbul edildi.2003 — Azərbaycan Respublikası Haiti ilə diplomatik əlaqələr qurdu. Digər günlər: 8 may – 9 may – 10 may
bax – müzakirə – redaktə – tarixçə
10 may : Milli Qalereyanın açılışı, Almaniyada kitab günü
Nelson Mandela 1497 — Ameriqo Vespuççi "Yeni Dünya"ya doğru ilk səyahətinə çıxdı. 1824 — Londonda Milli Qalereya ictimaiyyətə açıldı. 1940 — İkinci dünya müharibəsi : Vermaxt Belçika , Niderland və Lüksemburqa soxuldu.1940 — Uinston Çörçill Böyük Britaniyanın baş naziri təyin edildi.1981 — Fransua Mitteran Fransanın ilk sosialist prezidenti oldu.1994 — Nelson Mandela Cənubi Afrika Respublikasının ilk qaradərili prezidenti seçildi.2005 — Corc U. Buşun Tbilisidəki çıxışı zamanı erməni əsilli şəxs tərəfindən ona qumbara atıldı. Digər günlər: 9 may – 10 may – 11 may
bax – müzakirə – redaktə – tarixçə
Konça Buyka 11 may :
330 — Konstantinopolun əsası qoyuldu.1858 — Minnesota ABŞ -ın 32-ci ştatı oldu.1906 — "Bakinski raboçi" qəzeti nəşrə başladı.1911 — Nəriman Nərimanovun "Nadir şah" pyesi Naxçıvanda general Hüseyn xan Naxçıvanskinin evində tamaşaya qoyuldu.1916 — Malazgirddə ermənilər iyirmi min dinc sakini qətlə yetirdilər.1949 — İsrail BMT -yə üzv oldu.1996 — Mayami -Atlanta reysi üzrə uçan DC-9 sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 110 nəfər həlak oldu. Digər günlər: 10 may – 11 may – 12 may
bax – müzakirə – redaktə – tarixçə
İsveç kralı II Oskar 12 may :
1364 — Krakovda Yagellon Universitetinin yaradılması haqda qərar verildi.1830 — Ekvador respublikası yaradıldı.1873 — II Oskar (şəkildə) İsveç kralı oldu.1920 — XI Qızıl Ordu hissələri Şuşaya daxil oldular.1949 — SSRİ Qərbi Berlinin blokadasını dayandırdı.1961 — İngiltərədə seçki hüququ üçün yaş senzi 21-dən 19-a endirildi.2008 — Çinin Sıçuan əyalətində baş verən zəlzələdə rəsmi məlumata görə, 87 587 nəfər həlak oldu, 18 392 nəfər itkin düşdü, 374 643 nəfər xəsarət aldı. Digər günlər: 11 may – 12 may – 13 may
bax – müzakirə – redaktə – tarixçə
13 may :
Tasmaniya canavarı 1830 — Ekvador müstəqilliyini elan etdi.1846 — ABŞ Meksikaya müharibə elan etdi. 1930 — Sonuncu vəhşi Tasmaniya canavarı öldürüldü.1966 — Rolling Stones qrupunun "Paint it Black" albomu işıq üzü gördü.1967 — Zakir Hüseyn Hindistanın üçüncü prezidenti seçildi.1981 — Terrorçu Mehmet Əli Ağca Roma Papası II İoann Pavelə qarşı uğursuz sui-qəsd cəhdi etdi.2005 — Özbəkistanın Əndican şəhərində əsgərlərin etirazçılara atəş açması nəticəində yüzlərlə insan öldürüldü. Digər günlər: 12 may – 13 may – 14 may
bax – müzakirə – redaktə – tarixçə
14 may : Niderlandın təslim olması, Rotterdamın bombalanması
Varşava Müqaviləsi Təşkilatının loqotipi 1643 — 4 yaşlı XIV Lüdovik , atası XIII Lüdovikin ölümündən sonra Fransa kralı oldu. 1811 — Paraqvay İspaniyadan müstəqillik əldə etdi.1863 — Amerika vətəndaş müharibəsi : Cekson müharibəsi baş verdi.1940 — İkinci dünya müharibəsində Rotterdam Almaniya Hərbi Hava Qüvvələri tərəfindən bombalandı və həmin gün Niderland Almaniyaya təslim oldu.1955 — Kommunist blokuna daxil olan 8 ölkəni birləşdirən hərbi ittifaq — Varşava Müqaviləsi Təşkilatı yarandı.1970 — Almaniya Federativ Respublikasında "Qırmızı Ordu Fraksiyası " terror təşkilatı yaradıldı. Digər günlər: 13 may – 14 may – 15 may
bax – müzakirə – redaktə – tarixçə
15 may : İlk McDonald's restoranı, Klivlenddə yanğın
III Georq 1701 — İspaniya mirası uğrunda müharibə başlamışdır. 1800 — III Georq bir gündə ona qarşı təşkil edilən iki sui-qəsddən canını qurtara bilir. 1858 — Londonda indiki Kral Opera Evi açılmışdır. 1929 — Klivlenddə , Klivlend klinikasında baş verən yanğında 123 nəfər həyatını itirir. 1935 — Moskva Metropoliteni istifadəyə verilmişdir. 1940 — Kaliforniyada ilk McDonald's restoranı açılmışdır. 2011 — Azərbaycanı təmsil edən Eldar Qasımov və Nigar Camal dueti 56-cı Avroviziya Mahnı Müsabiqəsinin qalibi oldu. Digər günlər: 14 may – 15 may – 16 may
bax – müzakirə – redaktə – tarixçə
16 may : "Oskar" mükafatının ilk təqdimat mərasimi, Kasablankada terror aktları
Endrü Conson 922 — Bulqar xanlığı İslam dinini dövlət dini kimi qəbul etdi.1812 — 1806-1812-ci illər türk-rus müharibəsinə son qoyan Buxarest sülhü imzalandı.1868 — ABŞ prezidenti Endrü Consona (şəkildə ) qarşı impiçment proseduru onun lehinə başa çatdı.1929 — Hollivudda ilk Oskar mükafatlarının təqdimat mərasimi keçirildi.1943 — Varşava gettosundakı antifaşist üsyanı yatırıldı.1966 — Çin Kommunist Partiyası ölkədə "Mədəni İnqilab"ın əsasını qoyan "16 may bildirişi"ni yayımlandı.2003 — Mərakeşin Kasablanka şəhərindəki terror aktları nəticəsində 33 mülki şəxs və 14 terrorçudan 12-si həlak oldu. Digər günlər: 15 may – 16 may – 17 may
bax – müzakirə – redaktə – tarixçə
17 may
Da Qama Hindistan sahillərində 1497 — Vasko da Qama dəniz yolu ilə Hindistan sahillərinə çatıb. 1590 — Danimarkalı Anna Şotlandiya kraliçası olub. 1814 — Norveçdə ilk konstitusiya qəbul edilib. 1877 — Avstraliyanın Viktorian futbol liqası yaradıldı. 1932 — ABŞ Konqresi Porto-Rikonun adını Puerto-Riko olaraq dəyişib. 1940 — İkinci Dünya müharibəsi : Almaniya Belçikanın paytaxtı Brüsseli işğal edib. 1995 — Jak Şirak Fransanın prezidenti seçilib. Digər günlər: 16 may – 17 may – 18 may
bax – müzakirə – redaktə – tarixçə
18 may :
Da Qamanın ilk səfəri (1497-1499) 1498 — Vasko da Qama Hindistanın Kalikut limanına çatdı. 1724 — Rusiya imperatriçası I Yekaterinanın tacqoyma mərasimi keçirildi. 1763 — Monreal şəhərinin çox hissəsi yanğın nəticəsində tamamilə dağıldı. 1897 — İrlandiyalı yazıçı Brem Stokerin Drakula novellası nəşr edildi. 1944 — Krım tatarlarının SSRİ -nin başqa bölgələrinə deportasiyası başlandı.1992 — Ermənistan silahlı qüvvələri Laçını işğal etdi. 1992 — Azərbaycan Respublikası Moldova ilə diplomatik əlaqələr qurdu. Digər günlər: 17 may – 18 may – 19 may
bax – müzakirə – redaktə – tarixçə
19 may : Sumqayıtda partlayış, Oskar mükafatının təsisi
Oskar mükafatının görüntüsü 1907 — Bakıda "Bəhlul" jurnalı nəşrə başlayıb.1919 — Versalda ermənilər Azərbaycan və gürcü nümayəndə heyətinin konfederasiya yaratmaq təklifinə qarşı çıxıb.1919 — BDU -nun təsis komissiyası yaradılıb.1925 — Amerikalı siyasi xadim və qaraların hüquqlarının müdafiəçisi Malkolm X anadan olub.1929 — ABŞ -da "Oskar" mükafatı təsis olunub.1997 — Azərbaycan Avropada adi silahlar haqqında konvensiyaya qoşulub.1998 — Azərbaycanda "Uşaq hüquqları haqqında" qanun qəbul edilib.1999 — Sumqayıt şəhər 8 saylı orta məktəbin hərbi dərsində RQD-5 əl qumbarası partlayaraq 6 nəfər ölmüşdür, 18 nəfər yaralanmışdır.2015 — Binəqədi rayonunda bir binada yanğın baş vermişdir. Hadisə nəticəsində 15 nəfər həlak olmuş 64 nəfər yaralanmışdır. Digər günlər: 18 may – 19 may – 20 may
bax – müzakirə – redaktə – tarixçə
20 may : Kambocada ölüm günü, Kubada müstəqillik günü
Domodedovo hava limanının yerləşdiyi yer 526 — Suriyada 300 min adam zəlzələ nəticəsində həlak oldu. 1851 — Kanadada ilk poçt markası işıq üzü görmüşdür. 1900 — Fransada 1900-ci il Yay Olimpiya Oyunları start götürdü.1902 — Kuba İspaniyadan müstəqillik əldə edir. 1921 — Almaniya və Çin diplomatik əlaqələr qurdu. 1965 — Domodedovo Hava Limanının açılışı baş tutmuşdur. 1992 — "RUH" Azərbaycan Jurnalistlərinin Müdafiəsi Komitəsi yaranıb. Digər günlər: 19 may – 20 may – 21 may
bax – müzakirə – redaktə – tarixçə
21 may : Çernoqoriyada müstəqillik günü; Hindistanda terrorizmə qarşı mübarizə günü; Çərkəslərin sürgün günü.
FİFA-ya üzv konfederasiyalar 1840 — Yeni Zelandiya İngiltərə koloniyası olur. 1851 — Avstraliyada qızıl aşkar edilmişdir. 1904 — Parisdə FİFA təsis edilmişdir. 1917 — Böyük Atlanta yanğını baş vermişdir. 1930 — Moskvada Yuqoslaviya komunnist partiyası liderləri həbs olunmuşdur. 1996 — Azərbaycan Respublikası Şri-Lanka ilə diplomatik əlaqələr qurmuşdur.2003 — Əlcəzairdə zəlzələ 2000 çox insanın həyatına son qoymuşdur. Digər günlər: 20 may – 21 may – 22 may
bax – müzakirə – redaktə – tarixçə
22 may : İstanbulda zəlzələ, Yəmən Respublikasının yaradılması
1524 — Şah İsmayıl Xətai vəfat etmişdir. 1762 — İsveç və Prussiya Hamburq müqaviləsini imzaladılar.1766 — İstanbulda dağıdıcı zəlzələ baş vermişdir.1987 — Dünyanın ən güclü tennisçilərindən biri Novak Cokoviç dünyaya gəlib. 1990 — Cənubi və Şimali Yəmən birləşərək vahid Yəmən Respublikası yaratmışdır. 1992 — Bosniya və Hersoqovina, Xorvatiya və Sloveniya BMT-yə üzv olmuşdur. 1996 — Azərbaycan Respublikası Liberiya ilə diplomatik əlaqələr qurmuşdur.2006 — Cənubi Azərbaycannın böyük şəhərlərində İran qəzetlərindən birində azərbaycanlıları təhqir edən karikaturanın dərcinə etiraz olaraq nümayişlər keçirilib. Digər günlər: 21 may – 22 may – 23 may
bax – müzakirə – redaktə – tarixçə
Mişel Platini 23 may
1040 — Səlcuqlular və Qəznəlilər arasında Dəndənəkan döyüşü baş verdi.1568 — Niderland İspaniyadan müstəqilliyini elan etdi. 1846 — Meksika-ABŞ müharibəsi : Meksika prezidenti Amerikaya müharibə elan etdi.1949 — Almaniya Federativ Respublikası quruldu.1960 — İsrail Xolokostun əsas təşkilatçılarından saydığı Adolf Eyxmanın Argentinadan oğurlanaraq ölkəyə gətirildiyini elan etdi. 1988 — Mişel Platini futbol karyerasını başa vurdu. 1992 — Java proqramlaşdırma dilinin ilk versiyası buraxıldı.2006 — Egey dənizi üzərində Türkiyə və Yunanıstanın F-16 təyyarələrinin toqquşması nəticəsində yunan pilot həlak oldu. Digər günlər: 22 may – 23 may – 24 may
bax – müzakirə – redaktə – tarixçə
24 may : Eritreyada müstəqillik günü, ilk Avroviziya mahnı müsabiqəsi
Ekvadorun bayrağı 1822 — Ekvador İspaniyadan müstəqillik əldə edib. 1956 — İsveçrənin Luqano şəhərində ilk dəfə Avroviziya mahnı müsabiqəsi keçirilib.1961 — Kipr Respublikası Avropa Şurasına daxil olub. 1991 — Eritreya Efiopiyadan müstəqillik əldə edir. 1992 — Azərbaycan Respublikası Vatikan ilə diplomatik əlaqələr qurmuşdur. 2002 — Rusiya və ABŞ Moskva müqaviləsinə imza atır. Digər günlər: 23 may – 24 may – 25 may
bax – müzakirə – redaktə – tarixçə
25 may : Afrika Birliyi Təşkilatının qurulması, Osmanlı əleyhinə ittifaq
Mixail Qorbaçov 1571 — İspaniya kralı Benedikt və Papa Osmanlı dövləti əleyhinə ittifaq yaratmışlar.1954 — Tokioda keçirilən sərbəst güləş üzrə dünya çempionatında Türkiyə Milli komandası birinci yeri tutmuşdur.1963 — 30 Afrika ölkəsi bir araya gələrək Afrika Birliyi Təşkilatını (ABT) qurmuşlar.1988 — İraq Bəsrəni İrandan geri almışdır.1989 — Mixail Qorbaçov SSRİ-nin prezidenti olmuşdur.2003 — Nuri Bilgə Ceylanın "Uzaq" filmi "Elephant" filmi ilə birlikdə 56-cı Kann kinofestivalının ən yaxşı film mükafatını almışdır.2005 — Azərbaycan neftini Türkiyə üzərindən dünya bazarına çıxarmaq məqsədi ilə çəkilən Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinə ilkin neft vurulmuşdur. Digər günlər: 24 may – 25 may – 26 may
bax – müzakirə – redaktə – tarixçə
26 may : Orta Şərqdə ilk neft yatağı, Eyfel qülləsində lift
Edred 451 — Sasanilərlə Qafqaz xalqlarının birləşmiş ordusu arasında Xalxal döyüşü baş verib. 946 — Edred İngiltərənin şahı elan olunur1889 — Eyfel qülləsində ilk lift istifadəyə verilmişdir. 1896 — Rusiyanın son çarı II Nikolay taxta çıxıb.1908 — İranın Məscid Süleyman (مسجد سليمان) şəhərində Orta Şərqdə ilk neft yatağı aşkar edilib.1918 — Gürcüstan Demokratik Respublikası qurulub.1993 — Azərbaycan Respublikası Madaqaskar ilə diplomatik əlaqələr qurmuşdur.2006 — İndoneziyada zəlzələ nəticəsində 5700 nəfər ölmüş, 200 min nəfər isə öz evlərindən ayrı düşmüşlər. Digər günlər: 25 may – 26 may – 27 may
bax – müzakirə – redaktə – tarixçə
27 may : Tsusima döyüşünün başlaması, Türkiyədə dövlət çevrilişi
Torpqasız İoann ov zamanı 1199 — Torpaqsız İoann İngiltərə kralı oldu. 1703 — Rus çarı I Pyotr Sankt-Peterburq şəhərinin əsasını qoydu.1941 — II DM : Almaniyaya məxsus "Bismark" linkorunun özünün ilk dəniz səfərində ingilislər tərəfindən batırılması nəticəsində 2106 dənizçi həlak oldu. 1905 — Rus-yapon müharibəsi : Tsusima döyüşü başladı.1927 — "Ford Motor Company " "Model T"-nin istehsalını dayandırdı.1960 — Türkiyədə hərbi çevriliş: prezident Cəlal Bayar və Adnan Menderes hökuməti vəzifələrindən kənarlaşdırıldılar.1996 — Birinci çeçen müharibəsi: Boris Yeltsin Kremldə çeçen mücahidlərinin rəhbəri Zəlimxan Yandarbiyevlə atəşkəs müqaviləsi imzaladı. Digər günlər: 26 may – 27 may – 28 may
bax – müzakirə – redaktə – tarixçə
28 may : Azərbaycanda respublika günü, Belçikanın təslim olması
Maksim Qorki e.ə. 585 - ci ildə Midiya və Lidiya qoşunları arasında Halis döyüşü baş verdi. 1918 — Azərbaycan Demokratik Respublikası , Şərqdə ilk demokratik cumhuriyyət, elan edilmişdi.1918 — Ermənistan müstəqillik əldə etmişdir. 1928 — Maksim Qorki İtaliyadan Moskvaya qayıtmışdır. 1940 — İkinci Dünya Müharibəsi ərəfəsində Belçika Almaniyaya təslim oldu. 1952 — Yunanıstanda qadınlara səsvermə hüququ verildi. 1993 — Eritreya və Monako BMT-yə üzv oldu.2004 — Azərbaycan Respublikası Keniya ilə diplomatik əlaqələr qurmuşdur. Digər günlər: 27 may – 28 may – 29 may
bax – müzakirə – redaktə – tarixçə
29 may : Sasani ordusunun məğlubiyyəti, Bizansın süqutu
II Mehmed 363 — Roma imperatoru Yulian (Julian ) Sasani ordusuna qalib gəlmişdir.1453 — Sultan II Mehmedin başçılığı altındakı Osmanlı ordusu İstanbulu fəth edərək Bizans dövlətinə son qoymuşdur.1727 — II Pyotr Rusiya çarı olur. 1848 — Viskonsin ABŞ ştatı olur. 1918 — Azərbaycan parlamenti (Milli Şura) Antanta dövlətlərinin davamlı təzyiqlərindən sonra Azərbaycan şəhəri İrəvanın Ermənistana verilməsi haqda qərar qəbul edir.1924 — İspaniyada Rayo Vallekano (Madrid) klubunun əsası qoyulub. 1992 — Azərbaycan Respublikası Tacikistan ilə diplomatik əlaqələr qurmuşdur. Digər günlər: 28 may – 29 may – 30 may
bax – müzakirə – redaktə – tarixçə
30 may : Janna Darkın ölümü, Xorvatiyada müstəqillik günü
III Henri 1431 — Fransanın gənc qadın qəhrəmanı Janna Dark 19 yaşında yandırılıb. 1574 — III Henri Fransa kralı olur.1631 — İlk fransız dilli qəzet La Gazette nəşr edilmişdir.1859 — Londonda Big Ben saatının zəngi ilk dəfə çaldı.1917 — I Aleksandr Yunanıstan kralı olur. 1941 — İkinci Dünya Müharibəsi ərəfəsində Almaniya Kriti işğal etdi.1942 — İkinci Dünya Müharibəsi ərəfəsində İngiltərə bombardmançılar Kölnü darmadağın edir. Digər günlər: 29 may – 30 may – 31 may
bax – müzakirə – redaktə – tarixçə
Titanik 526 — Antioxiyada baş vermiş zəlzələ nəticəsində 250 min insan həyatını itirdi.1223 — Kalka döyüşündə monqol ordusu rus və kumanların birləşmiş ordusunu məğlub etdi.1910 — Cənubi Afrika Birliyi quruldu.1911 — Titanik gəmisi suya endirildi.1935 — Britaniya Hindistanının Kvetta şəhərində baş verən 7,7 ballıq zəlzələ 40 min insanın həyatını itirməsinə səbəb oldu.1970 — Peruda baş vermiş 7,9 ballıq zəlzələ nəticəsində 70 min insan həyatını itirdi.1985 — ABŞ -ın Ohayo , Pensilvaniya və Nyu-York ştatlarını və Kanadanın Ontario əyalətini vuran 41 tornado 76 insanın ölümü ilə nəticələndi.2010 — İsrail əsgərlərinin Qəzza bölgəsinə humanitar yardım aparan gəmilərə hücumu nəticəsində 9 mülki şəxs həlak oldu. Digər günlər: 30 may – 31 may – 1 iyun
bax – müzakirə – redaktə – tarixçə