Ülgüc üzərində qaçan 2049

Denis Vilnoevin 2017-ci ildə çəkdiyi film

Ülgüc üzərində qaçan 2049 (ing. Blade Runner 2049) — Denis Vilnoevin rejissorluğu ilə 2017-ci ildə şəkilmiş epik, neo-noir, elmi fantastika filmi. Filmin senari müəllifəri Hempton Fençer və Maykl Qrindir.[9] Bu 1982-ci ildə ekranlaşdırılmış “Ülgüc üzərində qaçan” filminin sikvelidir. Baş rollarda Rayan Qoslinq, Harrison Ford, Ana de Armas və başqaları çəkilib. Filmdə Rayan Qoslinq "blade runner" kimi çalışan K adlı personajı canlandırır. Onun vəzifəsi replikant kimi tanınan yaramaz androidləri ovlamaqdan ibarətdir. Missiyalarından biri zamanı K cəmiyyət və sivilizasiyanın gələcəyi üçün potensial olaraq geniş nəticələrə səbəb ola biləcək bir sirri açır.

Ülgüc üzərində qaçan 2049
ing. Blade Runner 2049[1]
Janrelmi-fantastika filmi[2], müəmma filmi[2], kiberpank, antiutopiya filmi[d], triller filmi[2], dram filmi[2], döyüş filmi
Rejissor
Baş rollarda
Operator
  • Rocer Dikins[d]
Bəstəkarlar
İstehsalçılarWarner Bros., Columbia Pictures
DistribütorWarner Bros., Sony Pictures Releasing[d], InterCom[d][4], Netflix
İlk baxış tarixi4 oktyabr 2017[5], 5 oktyabr 2017[4], 6 oktyabr 2017, 27 oktyabr 2017[6]
Müddət164 dəq.[7]
Büdcə150.000.000 $
Gəlir259.239.658 $[8]
Ölkələr
Dilingilis dili
Əvvəlki filmÜlgüc üzərində qaçan
Rəngrəngli
IMDbID1856101
MükafatlarıƏn yaxşı operator işinə görə "Oskar" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

“Ülgüc üzərində qaçan” filminin davamının çəkilməsi ilə bağlı danışıqlar 1990-cı illərdə başlamışdır, lakin müxtəlif lisenziyalaşdırma problemləri hər hansı bir irəliləyişin əldə olunmasına mane oldu. Endryu Kosove və Broderik Conson film hüquqlarını prodüser Bud Yorkindən satın alırlar. Riddli Skott əvvəlcə filmin rejissoru təyin edilir, lakin sonra o, icraçı prodüser olur və rejissorluq Denis Vilnoevə həvalə edilir. “Ülgüc üzərində qaçan 2049” filminin çəkilişi üçün lazım olan büdcə Alcon Entertainment və Sony Pictures tərəfindən təmin edilmişdir. Məbləğin bir hissəsi Macarıstan hökumətinin vergi güzəştindən əldə olunub. Warner Bros., filmi ABŞ və Kanadada, Sony isə digər ölkələrdə nümayiş etdirib. Filmin çəkilişləri əsasən Budapeştdə 2016-cı ilin iyulundan noyabrınadək dörd ay ərzində iki çəkiliş meydançasında aparılıb.

“Ülgüc üzərində qaçan 2049” filminin premyerası 3 oktyabr 2017-ci ildə Los-Ancelesdəki Dolbi teatrında baş tutub, film bunun ardınca oktyabrın 6-da ABŞ-də nümayiş olunmuşdur.

İstinadlar