İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı

hökumətlərarası iqtisadi təşkilat

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (qısa. İƏİT, ing. Organization for Economic Co-operation and Development, OECD, fr. Organisation de coopération et de développement économiques) — demokratiya və bazar münasibətli iqtisadiyyat prinsipini qəbul edən inkişaf etmiş ölkələri birləşdirən beynəlxalq təşkilat. 36 üzv ölkəli iqtisadi təşkilat[3] olan İƏİT 1961-ci ildə iqtisadi inkişafı və dünya ticarətini təşviq etmək üçün qurulmuşdur. Bu platformaya daxil olan ölkələr siyasi təcrübələrini qarşılaşdırır, ümumi problemlərə həll yolu tapır və təşkilata üzv olan digər ölkələrin daxili və beynəlxalq siyasətinin doğru və koordinasiyalı bir şəkildə tətbiq edilməsinə şərait yaradır. İƏİT-ə daxil olan ölkələrin əksəriyyəti çox yüksək İnsan İnkişafı İndeksinə sahib yüksək gəlirli ölkələrdir və inkişaf etmiş ölkələr olaraq qəbul edilirlər. 2017-ci ildə İƏİT-ə üzv ölkələr qlobal nominal ÜDM-nin 62,2%-ni ($49.6 trilyard)[4], alıcılıq qabiliyyəti üzrə qlobal ÜDM-nin 42,8%-ni ($54.2 trilyard)[5] özündə cəmləşdirirdi. Təşkilat rəsmi BMT müşahidəçisidir.[6]

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı
OECD[1], OCDE[1]
Loqonun şəkli
Yaranma tarixi16 aprel 1948, 30 sentyabr 2010
Rəsmi dili
Mərkəzi
oecd.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İƏİT 1948-ci ildə Robert Marcolinin rəhbərliyi altında Marşal planının (hansı ki, bu plan SSRİ və onun peyk dövlətləri tərəfindən rədd edilmişdi) idarə olunmasına kömək etmək üçün Avropa İqtisadi Əməkdaşlıq Təşkilatı[7] (AİƏT) adı ilə təsis edildi.[8] Buna ABŞ-nin göndərdiyi maliyyə dəstəyini paylamaq və İkinci Dünya müharibəsindən sonra Avropada yenidən quruculuq işlərinin aparılması üçün lazımi iqtisadi proqramları tətbiq etməklə nail olunacaqdı. (Bənzər yenidən qurma yardımı müharibədən məğlub olaraq çıxmış Tayvan və müharibə sonrası Cənubi Koreyaya da göndərilmişdi, ancaq bu köməklər Marşal planı adı altında edilməmişdi.)[9]

1961-ci ildə AİƏT İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı haqqında Konvensiya ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı olaraq yenidən quruldu və üzv ola biləcək ölkələrə Avropada olmayan ölkələr də daxil edildi.[10][11] İƏİT-nin qərargahları Fransanın paytaxtı Parisdə, la-Müett şatosunda yerləşir.[12] Təşkilat üzv ölkələrin müxtəlif nisbətdə olan dəstəyiylə maliyələşdirilir və 2017-ci ildə ümumi büdcəsi 374 milyon ABŞ dolları olmuşdur.[13]

Üzv ölkələr

Hal-hazırda qoşulma dəvəti göndərilən Kolumbiya[14] ilə birlikdə təşkilata 36 ölkə üzvdür.[3]

ÖlkəMüraciətDanışıqlarDəvətÜzvlük[3]Coğrafi yeriQeydlər
Avstraliya7 iyun 1971Okeaniya
Avstriya29 sentyabr 1961AvropaAİƏT üzvü.[7]
Belçika13 sentyabr 1961AvropaAİƏT üzvü.[7]
Kanada10 aprel 1961Şimali Amerika
Çilinoyabr 2003[15][16]16 may 2007[17]15 dekabr 2009[18]7 may 2010Cənubi Amerika
Çex Respublikasıyanvar 1994[19]8 iyun 1994[20]24 noyabr 1995[19]21 dekabr 1995Avropa1949-cu ildən 1991-ci ilə qədər Çexoslovakiyanın tərkibində rəqib QİYŞ təşkilatının üzvü idi..
Danimarka30 may 1961AvropaAİƏT üzvü.[7]
Estoniya16 may 2007[17]10 may 2010[21]9 dekabr 2010Avropa
Finlandiya28 yanvar 1969Avropa
Fransa7 avqust 1961AvropaAİƏT üzvü.[7]
Almaniya27 sentyabr 1961AvropaAİƏT-ə 1949-cu ildə (Qərbi Almaniya) olaraq üzv olmuşdur.[22]
Yunanıstan27 sentyabr 1961AvropaAİƏT üzvü.[7]
Macarıstandekabr 1993[23]8 iyun 1994[20]7 may 1996Avropa1949-cu ildən 1991-ci ilə qədər rəqib QİYŞ təşkilatının üzvü idi.
İslandiya5 iyun 1961AvropaAİƏT üzvü.[7]
İrlandiya17 avqust 1961AvropaAİƏT üzvü.[7]
İsrail15 mart 2004[24]16 may 2007[17]10 may 2010[21]7 sentyabr 2010Asiya
İtaliya29 mart 1962AvropaAİƏT üzvü.[7]
Yaponiyanoyabr 1962[25]iyul 1963[25]28 aprel 1964Asiya
Cənubi Koreya29 mart 1995[26]25 oktyabr 1996[27]12 dekabr 1996AsiyaRəsmi olaraq Koreya Respublikası
Latviya29 may 2013[28]11 may 2016[29]1 iyul 2016[30]Avropa
Litva9 aprel 2015[31]31 may 20185 iyul 2018[32]Avropa
Lüksemburq7 dekabr 1961AvropaAİƏT üzvü.[7]
Meksika14 aprel 1994[33]18 may 1994Şimali Amerika
Hollandiya13 noyabr 1961AvropaAİƏT üzvü.[7]
Yeni Zelandiya29 may 1973Okeaniya
Norveç4 iyul 1961AvropaAİƏT üzvü.[7]
Polşa1 fevral 1994[34]8 iyun 1994[20]11 iyul 1996[35]22 noyabr 1996Avropa1949-cu ildən 1991-ci ilə qədər Çexoslovakiyanın tərkibində rəqib QİYŞ təşkilatının üzvü idi.
Portuqaliya4 avqust 1961AvropaAİƏT üzvü.[7]
Slovakiyafevral 1994[36]8 iyun 1994[20]iyul 2000[36]14 dekabr 2000Avropa1949-cu ildən 1991-ci ilə qədər Çexoslovakiyanın tərkibində rəqib QİYŞ təşkilatının üzvü idi.
Sloveniyamart 1996[37]16 may 2007[17]10 may 2010[21]21 iyul 2010Avropa
İspaniya3 avqust 1961Avropa1958-ci ildə AİƏT-ə üzv olmuşdur.[38]
İsveç28 sentyabr 1961AvropaAİƏT üzvü.[7]
İsveçrə28 sentyabr 1961AvropaAİƏT üzvü.[7]
Türkiyə2 avqust 1961Asiya və AvropaAİƏT üzvü.[7]
Birləşmiş Krallıq2 may 1961AvropaAİƏT üzvü.[7]
ABŞ12 aprel 1961Şimali Amerika

Avropa Şurası İƏİT-nin AB üzv ölkələri ilə işində iştirak edir.[39]

İstinadlar

Xarici keçidlər

  • oecd.org — İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının rəsmi saytı