İran Xalq Mücahidləri Təşkilatı

İran Xalq Mücahidləri Terror Təşkilatı (fars. سازمان مجاهدين خلق ايران‎, romanlaşdırma: sâzmân-e mojâhedīn-e khalq-e īrân), abreviatur MEK, PMOI və ya MKO — 1965-ci ildə İranda yaradılmış terror təşkilatı.[1][2][3] Əsas məqsədləri İran İslam Respublikasında 1979-cu ildən etibarən hakimiyyətdə olan İslam Respublikasınını ləğv etmək və əvəzində islam sosializmi əsaslı bir dövlət formalaşdırmaqdır.[4][5][6]

İran Xalq Mücahidləri Təşkilatı - terror təşkilatıdır
سازمان مجاهدين خلق
Loqonun şəkli
Fəaliyyətiterrorçuluq
Yaranma tarixi1965, 5 sentyabr
Mərkəzi
SədrMəryəm Rəcəvi
Üzvləri5.000 və ya 13.500
mojahedin.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

MEK 1965-ci ilin 5 sentyabr tarixində ABŞ tərəfindən dəstəklənən və şaha qarşı çıxan İran Azadlıq Hərəkatı ilə əlaqəli solçu iranlı tələbələr tərəfindən təsis edilmişdir.[7] 1979-cu ildə baş vermiş İran İslam İnqilabı dövründə Şahənşah Məhəmməd Rza Pəhləvinin hakimiyyətdən kənarlaşdırılmasında fəal iştirak etmiş və sonradan ölkədə demokratiyanın bərqərar olmasına, xüsusən İranın orta sinif ziyalılarının dəstəyinə yiyələnmişdir.[8][9][10]

Şahın hakimiyyətdən salınmasından sonra MEK, yeni hökumətin konstitusiya referendumunda iştirak etməkdən imtina etmişdir.[11] Referendum qərarının boykot edilməsi Ruhullah Xomeyni ilə olan münasibətlərin kəskinkləşməsi ilə nəticələnmişdir.[12] 1981-ci ildən etibarən İranda İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən sistematik şəkildə təqib olunmağa başlayan İran Xalq Mücahidləri Təşkilatının üzvləri yeraltı fəaliyyətə keçmək və ölkəni tərk etmək məcburiyyətində qalmışdır.[5][13][14]

1981-ci ilin 20 iyun tarixində təşkilat tərəfindən ölkənin Tehran, İsfahan, Ərak, Əhvaz, Şiraz, Bəndər-Abbas kimi şəhərlərində eyni gündə təşkil olunmuşdur və İranın demokratik yolla seçilən ilk prezidenti Əbülhəsən Banisədr dəstəkləyən iştirakçıların bu hərəkəti islamçılar tərəfindən hakimiyyət çevirilişinə cəhd formasında qiymətləndirilmişdir.[15][16] 20 iyun mitinqlərindən sonra MEK tərəfdarlarının islamçılar tərəfindən daha şiddətli təqibi və edam dalğası başlamışdır.[17][18][9] Tərəfdarlarına qarşı olan hücumlara cavab olaraq, Mekçilərdə 1982-ci ildən etibarən qarşı hücumlara start vermişdir.[19]

MEK İran hakimiyyətinə qarşı olan hücumların əsası kimi mitinq və toplantıları pozmaq, qəzetlərin qadağan edilməsi və kitab dükanlarının yandırılması, seçkilərin saxtalaşdırılması və universitetlərin bağlanması; siyasi fəalların oğurlanması, həbs edilməsi və işgəncələrə məruz qalmasını səbəbləri göstərmişdir.[20][21][22][23][24][25] İslam İnqilabı Keşikçiləri Korpusunun 1982-ci ildə keçirdiyi hərbi əməliyyatlarda təşkilatın rəhbəri olan Məsud Rəcavinin birinci həyat yoldaşı Əşrəf Rəbai və təşkilatın ikinci adamı olaraq qəbul edilən Musa Xiyabani öldürülmüşdür. [22]

1983-cü ildə Məsud Rəcavi öz təşkilatı ilə birlikdə maliyyə yardımı qarşılığında İraq tərəfdən İran-İraq müharibəsində iştirak etməyə başlamışdır. Səddam Hüseyn tərəfdən döyüşən mekçilərin bu hərəkəti İranda geniş kütlələr tərəfdən xəyanət olaraq qəbul edildi və beləliklə İran Xalq Mücahidləri Təşkilatına olan kütləvi dəstək azalmağa başladı.[26]

İran-İraq müharibəsi zamanı və sonrakı dövrləri əhatə edən Səddam Hüseynin hakimiyyəti zamanı İraqda yerləşən Əşrəf düşərgəsi təşkilat tərəfdən əsas mərkəz olaraq istifadə edilmişdir. Fransanın paytaxtı Paris şəhərində yerləşən və daha çox təşkilatın səfirliyi kimi fəaliyyət göstərən mərkəzi ofisin qapadılması üçün İran İslam Respublikası tərəfindən Fransa hökumətinə müraciət edilmişdir.[22][27] Rejimin təşkilatın xarici ölkələrdəki özəklərinə qarşı olan fəaliyyətinə görə MEK cavab olaraq, Səddam Hüseyn tərəfdən Mersad əməliyyatında iştirak etmişdir.[28][29] Zaman-zaman İraqın daxili problemlərinin həll olunmasında da fəallıq göstərən təşkilat 1991-ci ildə İraqda başlamış ümumxalq qiyamlarının yatırılmasında Səddam Hüseynə köməklik göstərmişdir.[20][30]

Amerika Birləşmiş Ştatlarının 2003-cü ildə İraqa hərbi müdaxiləsindən sonra MEK-in hərbi düşərgəsi və qərargahı kimi istifadə olunan Əşrəf düşərgəsi boşaldılmıdşır.[31]

Avropa Birliyi, ABŞKanada təşkilatı aktiv fəaliyyətə başladığı dövrdən etibarən terror təşkilatı kimi tanımışdır. Bu qərar ilk dəfə 2009-cu ilin 26 yanvar tarixində Avropa Birliyinin Şurası tərəfindən ləğv edilmişdir.[32][33][34] MEK 2012-ci ilin 21 sentyabr tarixində ABŞ-nin, 2012-ci ilin 20 dekabr tarixində isə Kanadanın terror təşkilatları siyahısından çıxarılmışdır.[35] İran Xalq Mücahidləri Təşkilatının ardıcıl şəkildə terror təşkilatları siyahısından çıxarılmasının əsas səbəbi kimi 2003-cü ildən etibarən silahlı mübarizəni dayandırdığı göstərilmişdir. 2004-cü ilin iyun ayında ABŞ təşkilatın üzvlərini Cenevrə konvensiyalarıının IV bəndini əsas gətirərək, müharibə dövründə mülki şəxslərin müdafiəsinə əsasən qorunan şəxslər elan etmişdir.[36]

İranİraq tərəfindən terror təşkilatı olaraq tanınmaqdadır. Tənqidçilər tərəfindən qapalı dini orderə[37][38][39] bənzədilən təşkilatı bir çoxları İranın hazırkı rejiminə alternativ olaraq görməkdədir.[40] 2018-ci ildən etibarən İran Xalq Mücahidləri Təşkilatının mənzil qərargahı Albaniyanın Adriatik dənizi sahilində yerləşən Durres bölgəsinin Manez şəhərində yerləşməkdədir. Manezdə mekçilərə məxsus üç min nəfərlik xüsusi şəhərçik yaradılıb və şəhərçik Əşrəf düşərgəsinin şərəfinə Əşrəf-3 olaraq adlandırılmışdır. Təşkilata hal-hazırda Məsud Rəcavinin üçüncü həyat yoldaşı Məryəm Rəcavi rəhbərlik edir.

İran Xalq Mücahidləri Təşkilatı İran hakimiyyətinə qarşı əsas müxalif qüvvə və ən mütəşəkkil siyasi təşkilat olaraq xarakterizə edilməkdədir.[41][42][43]

İstinadlar