İridium

77osmiumiridiumplatin
Rh

Ir

Mt
Ümumi
Ad, İşarə, Nömrəiridium, Ir, 77
Qrup, Dövr, Blok9, 6, d
Xarici görünüşü
Atom kütləsi192.217 q/mol
Elektron formulu4f14 5d7 6s2
Fiziki xassələr
Halı
Sıxlığı(0 °C, 101.325 kPa)
q/L
Ərimə temperaturu2466 °C
(2739 K, 4471 °F)
Qaynama temperaturu4428 °C
(4701 K, 8002 °F)
Elektromənfiliyi
Oksidləşmə dərəcəsi
Spektr =
İonlaşma enerjisikCmol-1

[1]İridium (Ir) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 77-ci element.Elementlərin dövri sisteminin VIII qrupunda, platin qrupu metallarına mənsub, həmçinin qızılgümüşlə birlikdə vacib metallar sirasına daxil olan kimyəvi elementdir. Təbiətdə iki stabil izotopu var: 191İr (38,5%) və 193İr (61,5%).[2]

Tarixi

İridium elementini 1804-ci ildə ingilis kimyaçısı S.Tennant kəşf etmiş və dördvalentli iridiumun üçvalentliyə reduksiya zamanı birləşmələrinin müxtəlif rənglər almasına görə onu “ İridium” adlandırmışdır (yunanca iris (iridos) – göyqurşağı deməkdir). Nadir hallarda, adətən, platinlə birlikdə tapılır. Yer qabığında kütləcə 10-7% - dir.

Fiziki xassələri

İridium çox bərk, çətin əriyən gümüşü-ağ metaldır.

Kimyəvi xassələri

Kimyəvi cəhətdən çox davamlıdır. 12000C temperaturdan yuxarı İrO3 şəklində qismənbuxarlanır. Flüorla iridium 400-5000C, xlor və kükürdlə közərmə temperaturunda reaksiyaya daxil olur.

Tətbiqi

Sənayedə ölçü cıhazları üçün yüksək temperatura davamlı, möhkəm ərintilər hazırlanmasında işlədilir.

Mənbə

  • Химическая энциклопедия - М.: Советская энциклопедия, 1990. - Т. 2. - 671 с.
  • Г. Реми. Курс неорганической химии. Изд. Мир, 1974, Т 2, с.330.

İstinadlar