İslandiya milli futbol komandası

İslandiya milli futbol komandasıİslandiyanı beynəlxalq futbol turnirlərində təmsil edən milli futbol komandası.

İslandiya milli futbol komandası
Emblem
KonfederasiyaUEFA (Avropa)
Baş məşqçiİsveç Lars Leqerbek
Bombardirİslandiya Eydur Qudyonsen (24)
FİFA Reytinqi 53 1 (12 avqust 2021)[1]
Ən yüksək nəticə İslandiya 9-0  Farer adaları
Ən aşağı nəticə Danimarka 14-2  İslandiya
FİFA koduISL
Uniforma
Ev
Səfər
İlk matç
 İslandiya 1-0  Farer adaları

Tarixi

İslandiya millisi 1930-cu ildə yoldaşlıq oyunu çərçivəsində Farer adalarını 1–0 hesabı ilə məğlub edib. İlk rəsmi oyunlarında Danimarkaya 3 cavabsız qol vurublar. 1985-ci ildə Farer Adaları ilə oyunda ən böyük qələbələrini qazanıblar 9–0. Rəngləri göy ağ qırmızı.

Ölkə üzrə 5 rəsmi futbol çempionatı keçirilir. Ölkə Kuboku, əsas liqa, 1–2 və üçüncü dizionlar. Əsas liqa daxil olmaqla 1-ci 2-ci divizionda 12, 3-cü divizionda isə 10 klub çıxış edir. Ölkədə 73 futbol klubu var. İslandiyanın futbol üzrə milli komandası 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatına gedəcəkdi, amma qapııdan geri döndü. Pley-off mərhələsinə yüksəlsələr də güclü Xorvatiya millisi ilə qarşılaşmada məğlub oldu və çempionatdan kənar qaldı. İslandiya millisi Azərbaycan milli komandası ilə 1 oyun keçirib və bərabərə qalıb 1–1. Milli komandanın oyunçuları İtaliya, Rusiya, Isveç, BelÇika, Danimarka, İngiltərə, Uels, Fransa, Almaniya kimi ölkələrin klublarında oyayır. Hal-hazırda da davam edən Avro2016-nın seçmə mərhələsində A qrupunda Çexiya, Türkiyə, Hollandiya, Qazaxıstan və Latvia ilə birlikdə mübarizə aparırdı. Qrupu 20 xal ilə ikinci pillədə başa vurub final mərhələsinə yüksəldi. Final mərhələsində Macarıstan, Avstrya və Portuqaliya ilə eyni qrupda qərarlaşan İslandiya millisi 1 qələbə 2 heçheçə ilə səkkizdəbir finala vəsiqə qazandı. Bu mərhələdə İngiltərə millisi ilə qarşılaşacaq. Ölkə çempionatının dəyəri 44.7 milyon dollardır.

Avro 2016

İslandiya milli komandası Fransada keçirilən final mərhələsinə təsnifat mərhələsi qrupunda ikinci yeri tutmaqla oynamaq haqqı qazandı. Bəziləri üçün islandların Hollandiya, Türkiyə, Çexiya kimi komandaların olduğu qrupdan çıxacağı o qədər də real görünmürdü, lakin İslandlar Türkiyə və Hollandiyanı qabaqlayaraq Çexiyadan sonra ikinci pilləni tutub Fransaya vəsiqə qazandı. Qrup mərhələsində Macarıstan, Portuqaliya və Avstrya ilə qərarlaşan İslandlar daha bir sensasiyaya imza atdılar. İlk oyunda Portuqaliya ilə 1–1 hesablı bərabərə qaldılar. İkinci görüşdə Macarıstanla qolsuz bərabərliyə qalan (1–1) milli, son görüşdə Avstryanı 2–1 hesabı ilə məğlub edərək 1/8 (səkkizdəbir) finalda iştirak hüququ qazandı. İslandlar yenə də real olmayanı bacardılar. səkkizdəbir finalda güclü İngiltərə millisini 2–1 hesabı ilə qarşılaşan İslandiya güclü-zəif sözlərinə əks gələrək İngiltərəni Fransadan geri qaytardı, lakin 1/4 finalda ev sahibi Fransa millisinə 5:4 hesabla uduzaraq çempionatı tərk etdi.

Beynəlxalq yarışlarda çıxışların statistikası

Dünya çempionatı

Final yarışlarıSeçmə oyunlar
İlNəticəYerOQHMVqBqHeyətYerOQHMVqBq
1930İştirak etmirdiİştirak etmirdi
1934
1938
1950
1954İştirakı FİFA tərəfindən qəbul edilməyibİştirakı FİFA tərəfindən qəbul edilməyib
1958Təsnifat mərhələsini keçməmişdir3/34004626
1962İştirak etmirdiİştirak etmirdi
1966
1970
1974Təsnifat mərhələsini keçməmişdir4/46006229
19784/46105212
19824/582241021
19864/46105410
19905/58143611
19943/5832376
19985/6102351116
20024/6104151420
20065/6101181427
20105/58125713
20142/6*125341717
2018Qrup mərəhələsi4/4321063
2022MüəyyənləşməmişdirMüəyyənləşməmişdir
CəmiCəmi99231957106211
  • * — pley-off oyunlarında məğlub olmuşdur.
Avro 2016 oyunlar
MərhələOyunTarix
Qrup m. 1 Portuqaliya 1–1 İslandiya 14 iyun
Qrup m. 2 İslandiya 1–1 Macarıstan 18 iyun
Qrup m. 3 İslandiya 2–1 Avstrya 22 iyun
1/8 final İngiltərə 1–2 İslandiya 27 iyun
1/4 final Fransa 5–4 İslandiya 3 iyul
OyunAvro 2016-da vurulan qolların müəllifləri
1–1 Quli Siqrdson1
1–2 Kolbeyn Siqurdsson1
1–1 Birkir Biarnson1
2–1 Con Dadi Bödvarsson1
1–2 Raynar Siqurdson1
2–1 Arnor İnqvi Traustason1

İstinadlar