Şərqi Avropa düzənliyi

Şərqi Avropa düzənliyi və ya Rus düzənliyiŞərqi Avropada geniş düzənlik, Avropa düzənliyinin bir hissəsi.

Şərqi Avropa düzənliyi
Koordinatlar57°30′ şm. e. 40°00′ ş. u.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Düzənlik Baltik dənizi sahillərindən Ural dağlarına, Barens dənizlərdən Qara, AzovXəzər dənizlərinə qədər uzanır. Şimal-qərbdə Skandinaviya dağları, cənub-qərbdə SudetMərkəzi Avropanın digər dağları, cənub-şərqdə Qafqaz, qərbdə isə Visla çayı düzənliyin şərti sərhəddi rolunu daşıyır.[1]

Dünyanın ən böyük düzənliklərindən biridir. Şimaldan cənuba düzənliyin ümumi uzunluğu 2,5 min kilometrdən çox, qərbdən şərqə isə 1 min kilometrdir.[2]

Belarus, Latviya, Litva, EstoniyaMoldova tamamilə, Rusiya, Qazaxıstan, Ukrayna, Finlandiya, PolşaRumıniya isə qismən düzənlik ərazisində yerləşir.

Xüsusiyyətləri

Şərqi Avropa düzənliyi platforma bünövrəsi üzərində qədim düzənlikdir. Şimal-qərbində qədim buzlaşma izləri qalmışdır. Şimalda tundra, cənub-şərqində səhrayarımsəhra var. Meşə və çöl landşaftı üstündür.[3]

İstinadlar

Əlavə ədəbiyyat