1,2-dixloretan

1,2-dixloretan, etilenxlorid, CICH2CH2CI — xloroform iyli, rəngsiz, zəhərli mayedir. —35,9°S-də donur, 83,5–84,0°S-də qaynayır, sıxlığı 1253 kq/m³-dir. Suda pis həll olur (25°S-də 0,81%). Yanğın cəhətdən az təhlükəlidir. Etilenlə xlorun qarşılıqlı təsirindək alınır. Dixloretan qələvilərlə vinilxlorid, ammonyakla etilendiamin əmələ gətirir. Sənayedə həlledici kimi, antidetonasiya qarışıqları hazırlanmasında, polisulfid kauçuku istehsalında və s. işlədilir.

1,2-dixloretan
Ümumi
Sistematik adı1,2-dixloretan
Kimyəvi formuluC2H4Cl2
Molyar kütlə98,96 q/mol
Fiziki xassələri
Aqreqat halı (n.ş.)maye
Sıxlıq1,253 q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi-35 °S
Qaynama nöqtəsi83,5–84,0 °S
Buxarın təzyiqi64 ± 1 mm Hg[1]
Kimyəvi xassələri
Suda həllolma0,87 q/100 ml
Təsnifatı
CAS-da qeyd. nöm.107-06-2
PubChem
SMILESClCCCl
RTECSKI0525000
ChEBI27789
ChemSpider
Toksikologiya
Zəhərliliyizəhərlidir

İstinadlar