Aişə

Aişə binti Əbu Bəkr (ərəb. عائشة بنت أبي بكر‎; 614[1][2][…], Məkkətəq. 13 iyul 678[3], Mədinə) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, ilk raşidi xəlifə olan Əbu Bəkr'in qızıdır. Qureyş qəbiləsindəndir. Əhli-sünnəyə görə "Möminlərin[4] Anası" olaraq qəbul edilir[5]. Aişə dövrümüzə qədər gəlib çatan bir çox hədisin mənbəyi olaraq da qəbul edilir.

Aişə
عائشة بنت أبي بكر
Məhəmmədin bütün yoldaşlarına Quranda verilmiş Ümmül-möminin (Möminlərin anası) ifadəsinin ərəbcə yazılışı
Məhəmmədin bütün yoldaşlarına Quranda verilmiş Ümmül-möminin (Möminlərin anası) ifadəsinin ərəbcə yazılışı
Doğum tarixi614[1][2][…]
Doğum yeriMəkkə, Ərəbistan
Vəfat tarixitəq. 13 iyul 678[3]
Vəfat yeriMədinə, Ərəb Xilafəti
Dəfn yeri
Vətəndaşlığı

Rəşidi xilafəti

Əməvilər xilafəti
Həyat yoldaşıMəhəmməd ibn Abdullah
Uşağıyoxdur
AtasıƏbu Bəkr ibn Əbu Quhafə
AnasıFatima bint Zaid
MilliyyətiƏrəb
Fəaliyyətişairə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Haqqında

Aişə binti Əbu Bəkr ibn Əbu Quhafə 605-ci ildə Məkkədə dünyaya gəlmişdir. Qüreyş qəbiləsindəndir və atası məşhur səhabə Əbu Bəkrdir. Aişənin uşaqlıq illəri Məkkədə keçmişdir. 17 yaşında Məhəmməd ibn Abdullahla evlənmişdir. 622-ci ildə Məhəmməd və digər bir qrup müsəlmanlarla birlikdə Mədinəyə köçmüşdür. 632-ci ildə atası Əbu Bəkr xəlifə seçilmişdir. 656-cı ildə üçüncü Raşidi xəlifə Osmanın üsyançılar tərəfindən öldürülməsi və Əli ibn Əbu Talibin (ə) xəlifə seçilməsindən sonra səhabələr Təlhə, Zübeyr və digərləri ilə birləşib Əliyə tabe olmaqdan boyun qaçırmış və ondan Osmanın qatillərinin cəzalandırılmasını tələb edərək ona qarşı çıxmışdır. Hadisələrin sonrakı gedişatı müsəlmanlar arasında bir sıra döyüşlərə səbəb olmuşdur. Tarixdə Cəməl döyüşü olaraq anılan belə döyüşlərin birində Aişə və tərəfdarları məğlub olmuş, Təlhə döyüş zamanı, Zübeyr isə döyüşdən sonra öldürülmüşdür. Əli (ə) qələbədən sonra Aişəni əfv etmiş, onu Mədinəyə yola salmış və ona maaş da kəsmişdir. Aişə ömrünün sonuna qədər Mədinədə yaşamış və burada da vəfat etmişdir.

Haqqında nəql olunan kəlamlar

Əbu Musa rəvayət edir ki, "Biz, peyğəmbərin (s) səhabələri hədislərin mənalarını başa düşməkdə çətinliklərlə qarşılaşdıqda Aişəyə müraciət edərdik ki, ondan elm öyrənək"[6]

Aişə bacısı Əsmadan bir boyunbağı almışdı. Bu boyunbağı səfər zamanı itdi. Rəsulullah (s.ə.s) səhabələrindən bəzilərini, o cümlədən Useyd ibn Hüdeyri də həmin boyunbağını axtarmağa göndərdi. Onlar namazın vaxtı olduğuna və su tapmadıqlarına görə dəstəmazsız namaz qılmalı oldular. Peyğəmbərin (s) yanına gələndə vəziyyəti ona deyərkən təyəmmüm ayəsi (əl-Maidə, 6) nazil oldu. Bu zaman Useyd bin Hudeyr Aişəyə: "Allah səni xeyirlə mükafatlandırsın. Vallahi sənin başına gələcək elə bir iş yoxdur ki, onda Allahdan sənin özün və müsəlmanlar üçün bir xeyir olmasın" dedi".[7]

Urva bin əz-Zubeyr belə demişdir: "İnsanlar hədiyyələri Peyğəmbərə (s.ə.s) Aişənin yanında olarkən verməyə çalışırdılar. Aişə rəvayət edir ki: "Qadın yoldaşlarım bundan qısqandıqda Ummu Sələmənin yanına toplaşdılar və: "Ey Ummu Sələmə, bilirsən ki, adamlar hədiyyələrini Peyğəmbərə Aişənin evində verməyə çalışırlar. Halbuki biz də Aişə kimi xeyir istəyirik. Nə olar, Rəsulullaha de, o insanlara hədiyyələrini hansı arvadının evində olsa orda verməyi tapşırsın" — dedilər. Ummu Sələmə bunu Peyğəmbərə (s.ə.s) xatırlatdı. Ummu Sələmə dedi: "Mən bunu Peyğəmbərə xatırlatdım. O məndən üz çevirdi. Növbəti dəfə də xatırlatdım. O məndən üz çevirdi. Üçüncü dəfə də xatırlatdıqda o, mənə: "Ey Ummu Sələmə, Aişə barədə mənə əziyyət vermə. Bu bir həqiqətdir ki, Aişədən başqa sizdən heç bir qadının yanında olduğum zaman mənə vəhy nazil olmadı" — buyurdu".[8]

Aişə rəvayət edir ki, Peyğəmbər (səllallahu əleyhi və alihi və səlləm) ona buyurdu: "Ya Aişə! Bu Cəbraildi, sənə salam söyləyir". Aişə: "VƏ ALEYHİS SƏLAMU VƏ RAHMƏTULLAHİ – Allahın salamı və rəhməti onun üzərinə olsun" deyə cavab verdim.[9]

Aişə rəvayət edir ki, Peyğəmbər (səllallahu əleyhi və alihi və səlləm) buyurdu: "Ya Aişə! Sən 3 gecə yuxumda mənə göstərildin. Sənin surətini mənə ipəkli bir parçada mələk gətirdi və: "Bu rəsmin sahibi sənin zövcəndir!" dedi. Nəhayət mən sənin üzünü açınca baxdım ki, o surət sənsən".[10]

…Ubeydullah ibn Abdullah ibn Utbə Aişənin belə dediyini izah etdi: "Rəsulullahın xəstəliyi ağırlaşıb ağrısı şiddətlənəndə mənim evimdə baxılmaq üçün arvadlarından icazə istədi, onlar da icazə verdilər. Sonra Rəsulullah iki nəfər arasında, Abbas ibn Əbdülmüttəlib ilə başqa birinin arasında, ayaqları yerdə sürünərək çıxdı…"

(Ravi) Ubeydullah dedi ki: Aişənin söylədiklərini Abdullah (ibn Abbas)-a xəbər verdim, Abdullah ibn Abbas mənə: "Aişənin adını demədiyi digər şəxsin kim olduğunu bilərsənmi? dedi." Mən "Xeyr" dedim. İbni Abbas dedi : "O Əli idi, Aişə onun haqqında xeyirli danışmaq istəməz."[11][12]

İstinadlar

Ədəbiyyat

Həmçinin bax

Xarici keçidlər