Atlantik səddi

Atlantik səddi[1] və ya Atlantik divarı[2] (alm. Atlantikwall‎) — Nasist Almaniyasının 1942–1944-cü illərdə Qərbi Avropanın Atlantik sahilləri boyunca, Danimarkadan İspaniyaya qədər yaratdığı daimi istehkamlar sistemi. Sistemin tikinti tamamlanmamışdır. 1944-cü ilin iyununda Normandiya əməliyyatı bu istehkamlar sistemi ABŞ, Birləşmiş Krallıq və onların müttəfiqlərinin qoşunları tərəfindən yarılmışdır.[3]

Atlantik səddinin xəritəsi.

Zəmin

İkinci Dünya müharibəsi Avropada 1 sentyabr 1939-cu ildə Nasist Almaniyasının Polşaya hücumu ilə başlamışdır. İki gün sonra Birləşmiş KrallıqFransa Almaniyaya müharibə elan etmişdir. Polşanın coğrafi mövqeyi Antihitler koalisiyasının birbaşa müdaxiləsinə mane olmuşdur. Hücumdan dörd həftə sonra Almaniya qüvvələri Polşanı işğal etmişdir. Bu qələbədən bir ay keçməmiş Adolf Hitler Almaniyanın Fransa və Benilüks ölkələri üzərindən hücuma hazır olması barədə göstəriş vermişdir. Bununla belə, Almaniya Ali Komandanlığı hazırlıqların ən azı növbəti ilə qədər davam edəcəyinə əmin idi. Şiddətli mübahisələrdən sonra Hitler gözləməyə razı olmuşdur. 1940-cı ilin mayında üç böyük Almaniya ordusu qrupu altı həftədən bir qədər çox müddət ərzində Fransa və Benilüks ölkələrini ələ keçirmişdir.[4]

İstinadlar

Əlavə ədəbiyyat

Nəşr

Onlayn

Media

  • Lightning War (television documentary). United States: World Media Rights. 2009. 2 April 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 March 2015.
  • The Great Landings (television documentary). France: France 2. 2009. İstifadə tarixi: 22 March 2015.
  • Overlord (television documentary). United States: World Media Rights. 2009. 2 April 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 March 2015.

Xarici keçidlər