Barux Semyuel Blamberq

Barux Semyuel Blamberq (ing. Baruch Samuel Blumberg) (d.28.7.1925, Nyu-York) — Amerika həkimi, genetik, Nobel mükafatı laureatı (1976, D. K. Qayduzek ilə birlikdə).[1]

Barux Semyuel Blamberq
ing. Baruch Samuel Blumberg
Barux Semyuel Blamberq 1999-cuildə.
Barux Semyuel Blamberq 1999-cuildə.
Doğum tarixi
Doğum yeriBruklin, Nyu-York, ABŞ
Vəfat tarixi (85 yaşında)
Vəfat yeriMauntin Vyu (Kaliforniya), Kaliforniya, ABŞ
Vəfat səbəbiürək tutması
Milliyyətiamerikan
Elm sahələriBiokimya,Fiziologiya
Elmi dərəcəsi
İş yerləri
Alma-materYunion kolleci
Təhsili
Üzvlüyü
MükafatlarıFiziologiya və tibb üzrə Nobel mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fəaliyyəti

Kolumbiya Universitetinin Tibb Kollecini bitirmiş (1951), 1955–57-ci illərdə Oksford Universitetində biokimya üzrə ixtisaslaşmışdır. 1957–64-cü illərdə Betesdə (Merilend ştatı) Milli Səhiyyə İnstitutunun tibbi coğrafiya şöbəsinə və genetika seksiyasına, 1964-cü ildən Filadelfiya da xərçəng üzrə Elmi Tədqiqat İnstitutunda klinik təd qiqatlara rəh bər lik etmişdir. 1970-ci ildən Pensilvaniya Universitetinin tibb və tibbi genetika professorudur. 1964-cü ildə insan qanı serumunda Avstraliya antigenini (serum hepatitinin antigeni) kəşf etmiş və onun donorun qanında olmasını təyin edən laboratoriya-nəzarət üsulunu işləyib hazırlamışdır.[1] 

Həmçinin bax

İstinadlar

Xarici keçidlər