Bobbi Çarlton

Bobbi Çarlton (11 oktyabr 1937[1][2][…], Aşinqton[d], Nortamberlend qraflığı[d]21 oktyabr 2023[3][4]) — ingilis keçmiş futbolçu, 1966-cı ildə İngiltərə milli futbol komandasının tərkibində dünya çempionu və "Qızıl top" laureatı olmuşdur.

Bobbi Çarlton
brit. ing. Bobby Charlton
Ümumi məlumatlar
Doğum tarixi11 oktyabr 1937(1937-10-11)[1][2][…]
Doğum yeri
Vəfat tarixi21 oktyabr 2023(2023-10-21)[3][4] (86 yaşında)
Vətəndaşlığı
Boyu173 sm
Mövqeyiyarımmüdafiəçi, hücumçu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Bobbi Çarlton 1937-ci ildə İngiltərənin Aşinqton vilayətində anadan olub.

Karyerası

Ser Bobbi Çarlton 1953-cü ildə "Mançester Yunayted"in akademiyasına daxil olub. 1956-cı ildə "qırmızı şeytanlar"ın heyətində debüt edib. Komandanın heyətində 758 oyun keçirib və komanda üçün rekord sayda 249 qol vurub.[5]

Son zamanlara qədər Çarlton həmçinin İngiltərə yığmasında qol rekordunu əlində saxlayırdı. O, 49 qol vurmuşdu. Onun rekordunu İsveçrə ilə oyunda Ueyn Runi qırdı. Qeyd edək ki, Runi Ser Bobbinin klub rekordunu da qırmağa ən yaxın namizəddir.[6][7]

İstinadlar

Xarici keçidlər