Boden gölü

Boden (alm. Bodensee‎) Almaniya, İsveçrəAvstriya sərhədlərində yerləşən üç: Yuxarı (alm. Obersee‎), Aşağı (alm. Untersee‎) və Reyn hövzələrindən ibarət göl. Boden gölünün yatağı dəniz səviyyəsindən 395 m hündürlükdədir və sahəsi 536 km², uzunluğu 63 km, dərinliyi 254 m-dir. sahilləri təpəlik, lakin cənub şərq hissədə qayalıqdır. Gölün sahəsində bir neçə qoruq mövcuddur. bu göl Reyn çayı üçün həm mənsəb həm də mənbə sayılır. Göl yalnız sərt qışda donur. Bu gölün Almaniya sahilində Konstans və Fridrixhafen , Avstriya sahilində Bregens şəhərləri yerləşir.

Boden gölü
alm. Bodensee‎, fr. Lac de Constance
Boden gölü
Boden gölü
Ümumi məlumatlar
Mütləq hündürlüyü395,23 m
Eni14 km
Uzunluğu63 km
Sahil uzunluğu273 km[1]
Sahəsi536 km²
Həcmi48,5 km³
Dərin yeri254 m
Orta dərinliyi90 m
Tökülən çayReyn
Axan çayReyn
Yerləşməsi
47°38′ şm. e. 9°22′ ş. u.
Ölkələr
Boden gölü xəritədə
Boden gölü
Boden gölü
Boden gölü xəritədə
Boden gölü
Boden gölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Boden gölünün hövzəsi sonuncu buzlaşma dövründə Alp yamaclarındakı Reyn buzlağının əsasındsa formalaşmışdır. Onu əriyən buzlağı əriməsindən yarandığı hesab edilir.

Adının tarixçəsi

Yuxarı və Aşağı göl adları hələ Roma imperiyası zamanında verilmişdir. Aşağı göl (lat. Lacus Acronius) adı antik müəlliflər tərəfindən xatırlanır. Yuxarı gölə əvvəlcə (lat. Lacus Brigantinus) sonralar isə (lat. Lacus Venetus) və nəhayət (lat. Lacus Constantinus) adı verilmişdir. Orta əsrlərdə bu göl (lat. Lacus Bodamicus) adı ilə göstərilir. Bir çox Avropa ölkələrində Konstans gölü (fr. Lac de Constance, ing. Lake Constance, it. Lago di Costanza, port. Lago de Constança, isp. Lago de Constanza) kimi tanınır. (lat. Lacus Bodamicus) alman dilli xalqların dilində Bodensee, holland dilində Bodenmeer adlandırılır.

Güman edilir ki, gölün adı yaşayış məskəni olan Bodman sözündən götürülmüşdür. "Bodmanda yerləşən göl" = Bodman-See. Adın mənşəyi Bodanrük (lat. Bodanrück) yarımadası ilə də əlaqələndirilir[2].Antik mənbələrində (tarixçi Taçikusa əsasən) Şvabiya hersoqluğunun mərkəzində yerləşdiyinə görə ona "Şvabiya dənizi" (alm. „Schwäbisches Meer“‎) də adlandırılır. Lakin bu halın qüsurlu oluğu söylənilir. Romalılar adətən Mare Suebicum dedikdə Boden gölünü yox Baltik dənizini nəzərdə tutduqları güman edilir.[3]

Adalar

Göldə olan böyük adaların sayı 10-dur. Yuxarı gölə Maynau və Aşağı gölə isə Lindau adaları aiddirlər.

Göldə olan digər böyük ada isə Rayxenau adlanır və Ümumdünya irsinə aid edilir. Burada VIII əsrə aid Reixnau monastrı və ona aid icma yerləşmişdir. Ada özünün tərəvəzçilik təsərrüfatları ilə məşhurdur. Maynau Bernadotte ailəsinin şəxsi mülki sayılır. Lindau adasında eyniadlı qədim şəhər yerləşir.

Kiçik adalara Yuxarı göldə alm. Dominikanerinsel‎, Hoy, Verde, alm. Liebesinsel‎ və Mettnau yarımadası aiddirlər.

Nr.InselFläche (m²)ƏhaliİcmaGölün hissəsiKoordinatlar
1Qalgenin19. əsrdən yarımada(-)LindauYuxarı göl, Roytiner buxtası47°33′00″ şm. e. 09°42′14″ ş. u.
2Hoy53LindauYuxarı göl, Roytiner buxtası47°32′57″ şm. e. 09°41′48″ ş. u.
3Lindau6800003000LindauYuxarı göl47°32′47″ şm. e. 09°41′00″ ş. u.
4Vasserburq1720-ci ildən yarımada(27)VasserburqYuxarı göl47°34′02″ şm. e. 09°37′46″ ş. u.
5Maynau447584185KonstansYuxarı göl, Überlinger gölü47°42′18″ şm. e. 09°11′46″ ş. u.
6Dominikaner adası1831821KonstansYuxarı göl, Konstanser Trixter47°39′51″ şm. e. 09°10′42″ ş. u.
7Kopf, „Mittler və ya Lanqbohl“31254KonstansAşağı göl, Reyn gölü47°40′18″ şm. e. 09°07′32″ ş. u.
8Lanqenrayn və ya Triboldingerbohl135570KonstansAşağı göl, Reyn gölü47°40′20″ şm. e. 09°07′22″ ş. u.
9Rayxenau43000003200RayxenauAşağı göl47°41′40″ şm. e. 09°03′48″ ş. u.
10Liebes adası2900RadolfçellAşağı göl, Çeller gölü47°43′18″ şm. e. 09°00′19″ ş. u.
11Verd adası158549EşençAşağı göl, Reyn gölü47°39′19″ şm. e. 08°52′00″ ş. u.
12Mərkəzi Verdli4000Reyn üzərində ŞtaynAşağı göl, Reyn gölü47°39′24″ şm. e. 08°51′57″ ş. u.
13Aşağı Verdli6000Reyn üzərində ŞtaynAşağı göl, Reyn gölü47°39′25″ şm. e. 08°51′50″ ş. u.
Boden gölü adaları5637079təxminən 6.4006 icma

Gəmiçilik

Boden gölündə sərnişin daşıyan sərhədyanı dövlətlərə (Almaniya, Avstriya, İsveçrə) və eyni zamanda "Boden gölü ağ donamasına" (alm. Weiße Flotte des Bodensees‎) aid gəmilər fəaliyyət göstərir. Donamanın ən qədim gəmisi 1913-cü ildə tikilmiş çarxlı "SD Hohentwiel"-dir.

İstinadlar