Cəfəri (bitki)

Cəfəri (lat. Petroselinum) və ya Bağdanus[1]bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.

Cəfəri
Elmi təsnifat
Aləm:
Klad:
Streptophyta
Klad:
Embryophytes
Klad:
Polysporangiophytes
Klad:
Tracheophytes
Klad:
Eudicots
Klad:
Core eudicots
Klad:
Superasterids
Klad:
Campanulids
Yarımfəsilə:
Apioideae
Triba:
Apieae
Cins:
Çəfəri
Beynəlxalq elmi adı

Cəfəri xalq arasında rus dilindəki qarşılığı olan petruşka kimi də bilinən, Azərbaycan mətbəxində geniş istifadə olunan göyərtidir.

Cəfəri kök və yarpaq növlərinə ayrılır. Yarpaq cəfəri kök əmələ gətirmir. Onun iri yarpaqları xörəklərin hazırlanmasında istifadə olunur.Kök cəfərinin tərkibində 15% quru maddə, o cümlədən 10,7% karbohidrat, 1,5% zülal, 0,8% mineral maddə, 35 mq% C vitaminivardır.

Cəfərinin yarpağında quru maddənin miqdarı kökündə olduğu kimidir. Lakin zülalsellüloza 2 dəfə çox, mineral maddələr isə 2 dəfə azdır. Cəfərinin yarpağında 190 mq% C vitamini, 10 mq% karotin, həmçinin B1 və B2 vitaminləri vardır. Cəfəri toxumunda 2,7%, kökündə 0,05%, yarpağında isə 0,3% efir yağı vardır. Azərbaycanda "məhsuldar" cəfəri sortu yetişdirilir.

İstinadlar

Həmçinin bax