Cenevrə gölü

Cenevrə gölü, Leman (alm. Gen fersee‎, fr. Lac de Genéve, Lac Léman) — İsveçrəFransada göl. Alp dağlarındakı göllərin ən böyüyü.[1]

Cenevrə gölü
ing. Lake Geneva
Cenevrə gölü peyk görünüşü
Cenevrə gölü peyk görünüşü
Ümumi məlumatlar
Mütləq hündürlüyü372 m
Eni14 km
Uzunluğu73 km
Sahəsi582 km2 km²
Həcmi89 km3 km³
Dərin yeri309 m, 152,7 m
Orta dərinliyi154,4 m
Yerləşməsi
46°26′ şm. e. 6°33′ ş. u.
Ölkələr
Regionlar
  • Cenevrə
  • Vo
  • Vale
  • Rona
Cenevrə gölü xəritədə
Cenevrə gölü
Cenevrə gölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sahəsi

Sahəsi 582 km2 , uzunluğu 72 km, ən enli yeri 14 km, dərinliyi 310 m-ədəkdir. 372 m yüksəklikdə, Qərbi Alp və Yura dağları arasında qədim buzlaq dərəsində yerləşir.[1]

Yerləşməsi

Sahilləri əsasən hündür və sıldırımlıdır. Rona çayı Cenevrə gölündən keçir; çayın axını göldən çıxdığı yerdə bəndlə tənzimlənir. Cenevrə gölü hövzəsinin çayları qar və buzlaqlardan qidalandığı üçün suyun səviyyəsi yayda qışa nisbətən 1 m-ədək qalxır. Səth suyunun temperaturu yayda 19– 24 °C, qışda 4–5 °C olur. Göl çox mənzərəlidir, iqlimi yumşaq və istidir. Balıqla zəngindir. Gəmiçilik var. Cenevrə, Lozanna, Montrö, Veve (İsveçrə) və Evyanleben (Fransa) kimi şəhəri və kurortlar gölün sahilindədir. Sahilləri boyu avtomobil və dəmiryolları keçir. Turizm inkişaf etmişdir.[1]

Qalereya

Həmçinin bax

İstinadlar

Xarici keçidlər