Cet Li

Cet Li (ing. Jet Li, tam adı: Li Lyance (çin. 李連杰, 李连杰, Li Lianjie, doğum günü: 26 aprel 1963, Pekin, Çin) — Döyüş sənətləri ustası, aktyor, Uşu çempionu və Beynəlxalq film ulduzudur. Tsui Harkın rəhbərlik etdiyi "Bir dəfə Çində" filmində həqiqi xalq qəhrəmanı və ən böyük Kunq Fu ustası "Vong Fei Hanq"-ın rolunu oynamaqla məşhurlaşdı.

Cet Li
Li Lyance
Digər adlarıÇincə-李連杰 (ənənəvi),李连杰 (sadələşdirilmiş)
Doğum tarixi (60 yaş)
Doğum yeriPekin, Çin
VətəndaşlığıÇin Çin
Sinqapur Sinqapur
Həyat yoldaşıHuang Qiuyan (1987–1990)
Nina Li Chi (1999– hal-hazırda)
Fəaliyyətiaktyor, Döyüş sənətləri ustası
Fəaliyyət illəri1982 – hal-hazırda
IMDbID0001231
jetli.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Li Lian-jie Pekində Çin Xalq Respublikasında anadan oldu. Onun bir qardaşı və iki bacısı var idi. Onun iki yaşı olanda atası vəfat etdi və ailəsi buranı tərk etdi. Onun Uşu istedadı 8 yaşında məktəbin yay kursunda idman dərsinin qaçışlarında məlum oldu. Cet Li Pekin Uşu Akademiyasına yazıldı. Ona məşhur uşunu Li Cufen və Vu Bin kömək edirdi. Vu Bin hətta Linin ailəsinə maddi kömək edirdi. Çünki Cet Li uşu çempionatlarında 15 qızıl medal və 1 gümüş medal qazanmışdı, onun müəllimlərindən biri kimi Vu Binin adı hallanırdı. Çempionatlardan sonra o ABŞ-yə, Prezident Riçard Niksonun yanına getdi. Bir dəfə Nikson ona onun cangüdəni olmağı təklif etdi. Li cavab verdi ki, "Mən istənilən adamı qorumaq istəmirəm. Mən böyüyəndə, mənim kimi milyard çinli həmvətənimi qorumaq istəyirəm!". Bu sözlər onu məşhur etdi və ona böyük hörmət qazandırdı. Cet Li, həmçinin, bir neçə uşu stilinin sahibidir. Bunlar "Çanqçuan" (Şimali Uzun Yumruq Stili) və "Fanqziuçuan" (Düşən Yumruq). O, həmçinin, Baquazan (Səkkiz triqram stili), Tayçiçian (Ali son yumruq), Xinqyiquan (Pələng yumruğu), Zuiçuan (Sərxoş kunq-fu stili), Yinqzaoçuan (Qartal cırmağı stili) və Tanqlanqçuan (Dəvədəlləyi stili) daxil olmaqla başqa fəndləri də öyrənmişdir. Həmçinin, uşunun əsas fəndlərindən bəzilərini Sanciequn-u (Üç bölmə fəndi), Silah, Daosizmi, Cianı (Düz qılınc) və s. fəndləri öyrənmişdi.

Film karyerası

Cet linin Uşu ilə qazanılmış şöhrəti onu kinoulduz kimi aktyorluq karyerasına gətirdi. Onun Çində olan şöhrəti Honkonqda yayıldı. 1982-ci ildə Filippində reklam şirkətində öz həqiqi adını onlara başa salmaq Cet Li üçün çətinlik yaradırdı. Filippinlilər onun aktyorluq karyerasında tez yüksəlməyini təyyarənin anoloji olaraq "havaya qalxmasına" oxşatdılar və beləliklə, onun film emblemlərində adı "Cet Li" kimi yazılırdı. Tezliklə, Cet Li "Reaktiv", yəni, "Döyüşkən" mənasını verən adla məşhurlaşdı və hərkəs onu bu adla çağırırdı. Cet Linin ilk film 1982-ci ildə çəkilmiş "Şaolin məbədi" filmidir. Filmə ona Honkonqda böyük uğur gətirir. Onun Hollivudda çəkildiyi ən gəlirli filmi 1998-ci ildə çəkilmiş "Ölümcül silah 4" filmi olur.[1][2] Həmçinin, Silvestr Stallonenin Cet Li "Qabağıalınmazlar" film seriyalarının hər üç seriyasında çəkilib.[3]

Filmoqrafiya

İlAdÇincəRolQeydlər
1982Şaolin məbədi少林寺"Jueh Yuan"
1983Şaolindən məbədindən uşaqlar少林小子"San Lung"
1986Müdafiə etmək üçün doğulmuş中華英雄"Jet"
Director
Jet Li's directorial debut
Şaolinin döyüş incəsənəti南北少林"Zhi Ming"aka Shaolin Temple 3: Martial Arts of Shaolin
1988Əjdahaların döyüşü龍在天涯"Jimmy Lee"
1989Usta龍行天下"Jet"
1991Bir dəfə Çində黃飛鴻"Vonq Fei Hanq"
Qılıncoynadan 2笑傲江湖之東方不敗"Linghu Chong"
1992Bir dəfə Çində 2黃飛鴻之二男兒當自强"Vonq Fei Hanq"
1993Tay-Çi ustası太極張三豐"Zhang Sanfeng"
Producer
aka Twin Warriors (USA)
Əfsanə方世玉"Fong Sai Yuk"
Producer
aka The Legend
Əfsanə 2方世玉續集"Fong Sai Yuk"
Producer
aka The Legend 2
Pərəstişkar Kunq Fu ustası倚天屠龍記之魔教教主" Zhang Wuji "
Producer
aka The Evil Cult
aka Lord of the Wu Tang
aka Kung Fu Master
Çinin sonuncu qəhrəmanı黃飛鴻之鐵雞斗蜈蚣"Vonq Fei Hanq"
Producer
aka Claws of Steel
aka Deadly China Hero
Bir dəfə Çində 3黃飛鴻之三:獅王争霸"Vonq Fei Hanq"aka The Invincible Shaolin
1994Pekinli cangüdən中南海保鑣"Allan Hui Ching Yeung" / "John Chang"
Producer
aka The Defender
aka Zhong Nan Hai bao biao
Birinci əfsanə精武英雄"Chen Zhen"
Producer
Şaolinin yeni əfsanəsi洪熙官之少林五祖"Hanq Hei-Qun"
Producer
aka Legend of the Red Dragon, The New Legend of Shaolin
1995Maksimal risk鼠胆龍威"Kit Li"aka Meltdown
Məxfi polis給爸爸的信""Kung Wei"aka The Enforcer
aka Letter To Daddy
1996Qara maska黑俠"Michael" / "Simon" / "Tsui Chik" / "Black Mask"released 1999 in US
Macəralar kralı冒險王"Chow Si Kit"aka Adventure King
aka The Scripture With No Words
1997Bir dəfə Çində və Amerikada黃飛鴻之西域雄獅"Vonq Fei Hanq"aka Once Upon A Time In China VI
1998Muzdlu qatil殺手之王"Fu"aka The Hitman
aka The Contract Killer
Ölümcül silah 4致命武器4"Wah Sing Ku"
2000Romeo mütləq ölməlidir致命羅密歐"Han Sing"
2001Tək最後一強"Gabe Law" / "Gabriel Yulaw" / "Lawless"
Əjdahanın öpüşü龍之吻"Liu Jian"
Associate Producer
2002Qəhrəman英雄"Adsız"Released 2004 in US
2003Beşikdən qəbrədəkCradle 2 the Grave"Su"
2005Denni – zəncirli it不死狗"Danny"
Producer
aka Danny the Dog
2006Qorxmaz霍元甲"Huo Yuanjia"
Producer
Presenter
2007Lordların müharibəsi投名狀"Pang Qing Yun"
Müharibə玩命對戰"Rogue" aka "Victor Shaw"aka Rogue Assassin or Rogue
2008Qadağan olunmuş krallıq功夫之王" Sun Wukong the Monkey King" / "Silent Monk"
Mumiya: Əjdaha İmperatorunun Qəbri盜墓迷城3"Emperor Han"
2009Respublikanın əsası建國大業"Chen Shaokuan"aka Jian Guo Da Ye (lit. The Great Cause of China's Foundation)
aka Founding of the Nation
aka Lofty Ambitions of Nation Building
2010Okean Qalereyası海洋天堂"Sam Wong"Post-production
Qabağıalınmazlar浴血任務"Yin Yang"Post-production
2012Qabağıalınmazlar 2浴血任務"Yin Yang"Post-production
2014Qabağıalınmazlar 3浴血任務"Yin Yang"Post-production

Sənədli filmlər

İlSənədli filmÇincə adıQeydlər
1983This is Kung Fu中華武術Biographic role
1988Dragons of the Orient東方巨龍Biographic role
Abbot Hai Teng少林海燈大師Biographic role
1992Lucky Way大八掛
1994Shaolin Kung Fu少林真功夫
1999Lee-Thal Weapon

Video oyunlar

İlOyunun adıRoluQeydlər
2004Jet Li: Rise to Honor"Kit Yun" (voice, motion-capture actor)2004-cü ildə ABŞ-da buraxılmışdı

İstinadlar

Xarici keçidlər