Diriyyə əmirliyi


Birinci Səudiyyə dövləti və ya Diriyyə əmirliyi[1][2] (ərəb. إمارة الدرعية‎) — 1744-cü ildən 1818-ci ilə qədər Osmanlı Ərəbistanı torpaqlarında (indiki Səudiyyə Ərəbistanı) mövcud olmuş dövlət. Səud sülaləsinin idarə etdiyi birinci dövlət. Paytaxtı Diriyyə şəhəri olduğundan, bəzi tarixçilər əmirliyi Diriyyə əmirliyi adlandırırlar.[3]

Əmirlik
Diriyyə əmirliyi
ərəb. الدولة السعودية الأولى
Bayraq
Bayraq
Birinci Səudiyyə Əmirliyinin xəritəsi
Birinci Səudiyyə Əmirliyinin xəritəsi
← 
 
 
 

Dilləriərəb dili
Rəsmi dilləriƏrəb dili
Dövlət diniİslam
İdarəetmə formasıMonarxiya
SülaləSəud sülaləsi
İmam
 • 1744-1765Məhəmməd ibn Səud
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Diriyyə şəhərinin əmiri Məhəmməd ibn Səud[4] yerli əmirlərlə yaxın münasibətlər qurur, tərəfdarları ilə ətraf bölgələrə yürüşlər edirdi. Məhəmməd ibn Əbdülvahhab öz adına xütbələr oxutmağa başladı. Bu da, Osmanlı imperiyasına qarşı mübarizədə ərəb hərəkatının əsas ideoloji bazasını təşkil edirdi.

1765-ci ildə Məhəmməd ibn Səud öldü və yerinə oğlu Əbdüləziz keçdi. Əbdüləziz ibn Məhəmməd əl-Səud müsəlman-vəhhabilərin imamı kimi Diriyyə əmirliyini güclü bir dövlətə çevirə bildi. 1773-cü ildə Ər-Riyadı işğal edən Səudlar, bütün Nəcdi özlərinə tabe etdilər. Vəhhabilər, tutduqları ərazilərdə bütün şiə ziyarətgahlarını dağıdırdılar. Buna görə də, Qərbi Ərəbistandakı Məkkə şərifliyi onlara qarşı mövqedə idi.

Səud sülaləsinin hərbi uğurlarını görən Osmanlı hökuməti bölgəyə hərbi qüvvələr göndərdi. Ancaq, məğlub olan osmanlılar geri çəkilmək məcburiyyətində qaldılar. Osmanlı imperiyası o qədər zəifləmişdi ki, öz əyalətlərinə nəzarət edə bilmirdi və nəticədə Diriyyə əmirliyi 1802-ci ildə İraqa hücum etdi və Kərbəla şəhərində şiə ziyarətgahlarını dağıtdı. Ardından Məkkə şəhərini ələ keçirsələr də, CiddəMədinə şəhərlərini tuta bilmədilər. 1803-cü ildə Diriyyə əmiri Əbdüləziz ibn Məhəmməd əl-Səud sui-qəsd nəticəsində öldürüldü və yerinə oğlu Səud ibn Əbdüləziz əl-Səud keçdi. O, 1805-ci ildə Mədinəni və demək olar ki, bütün Hicazı ələ keçirdi.[5]

1805-ci ildən 1810-cu ilə qədər Diriyyə əmirliyinin İraqa və Suriyaya hücumları davam etdi. Diriyyə əmirliyinə qarşı, 1811-ci ildə Osmanlı sultanının vassalı olan Misir xidvisi Qavalalı Mehmet Əli Paşa müharibəyə başladı. Misir hakimi Mehmet Əli Paşanın oğlu Tusun paşanın başçılıq etdiyi ordu 1813-cü ildə Hicaz bölgəsini səudiyyəlilərdən azad etdi. Omanda başlayan üsyan nəticəsində vəhhabi-səudiyyəlilər bu regiondan da çəkilmək məcburiyyətində qaldı.

1814-cü ildə Səud ibn Əbdüləziz öldü. Onun yerinə taxta oğlu Abdullah ibn Səud keçdi. Abdullah ibn Səudun dövründə vəhhabilər, Hicaz, Oman, BəhreynTihamə üzərində nəzarəti itirdilər.[6] 1817-ci ildə Abdullah ibn Səud mərkəzi Nəcd üzərində nəzarəti itirdi və bir il sonra Səud sülaləsinin son qalası olan Diriyyə şəhəri də işğal edildi. Səud sülaləsinin bir çox üzvü həlak oldu. Diriyyə əmiri Abdullah ibn Səud İstanbula göndərildi və orada sultanın əmri ilə edam edildi.

1821-ci ildə Abdullah ibn Səudun sağ qalmış qohumlarından Türki ibn Abdullah, özünə Ər-Riyadı paytaxt seçərək Osmanlılara qarşı üsyan qaldırdı. Nəticədə 1824-cü ildə İkinci Səudiyyə Dövləti yarandı.

İmamları

Əsas məqalə: Səudlar

Birinci Səudiyyə əmirliyi olan Diriyyə əmirliyini Məhəmməd bin Səudun atası Səud ibn Məhəmməd ibn Mikrinlə başlayan Səud sülaləsi idarə edirdi.

  • Məhəmməd ibn Səud əl-Səud (1744-1765)
  • Əbdüləziz ibn Məhəmməd əl-Səud (1765-1803)
  • Səud ibn Əbdüləziz əl-Səud (1803-1814)
  • Abdullah ibn Səud əl-Səud (1814-1818)

İstinadlar