Erik Şmidt

Erik Emerson Şmidt (ing. Eric Emerson Schmidt; 27 aprel 1955[1][2], Vaşinqton, ABŞ[4][5][…]) — amerikalı iş adamı və 2001-2011-ci illərdə Google-un baş direktoru və 2011-2015-ci illərdə şirkətin icraçı sədri vəzifələrində çalışmış keçmiş proqram mühəndisi.[6] O, həmçinin 2015-2017-ci illərdə Alphabet-in icraçı sədri[7][8][9][6] və 2017-2020-ci illərdə Alphabet-də texniki məsləhətçi vəzifələrində çalışıb.[10] 2022-ci ilin aprel ayında Bloomberg Milyarderlər İndeksi onun xalis sərvətini 25,1 milyard ABŞ dolları olaraq qiymətləndirdi.[11]

Erik Şmidt
ing. Eric Emerson Schmidt
Doğum tarixi27 aprel 1955(1955-04-27)[1][2] (68 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyətirəsm kolleksioneri[d], mühəndis, universitet müəllimi[d], informatik, iş adamı, proqram təminatı mühəndisi, elektrik mühəndisi, təşəbbüskar
Fəaliyyət illəri1982-ci ildən
Elmi dərəcəsi
Üzvlüyü
ericschmidt.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bell Labs-da təcrübə keçən Şmidt 1975-ci ildə Unix kompüter əməliyyat sistemi üçün leksik analizatorlar yaradan proqram təminatı olan Lex-in müəlliflərindən biri idi.[12][13][14] 1997-2001-ci illərdə Novell şirkətinin baş icraçı direktoru olub.[15] Şmidt, Karnegi Mellon Universiteti,[16] Apple,[17] Prinston Universiteti[18] və Meyo Klinikasının[19] qəyyumlar şuraları da daxil olmaqla, akademik və sənayedə müxtəlif şuralarda çalışıb. O, həmçinin Milli Futbol Liqasındakı Vaşinqton Kommanders klubunda kiçik paya sahibdir.

2008-ci ildə, Google-un sədri olduğu müddətdə Şmidt Barak Obama seçki kampaniyasında iştirak etdi[20] və daha sonra Erik Lender ilə birlikdə Obamanın Elm və Texnologiya üzrə Məsləhətçilər Şurasının üzvü oldu.[21] Lender daha sonra Co Baydenin elmi müşaviri oldu. Həmin vaxt Şmidt Google-dan ayrıldı və 2017-ci ildə xeyriyyə təşkilatı olan "Schmidt Futures" şirkətini qurdu. Şmidtin dövründə Schmidt Futures Elm və Texnologiya Siyasəti İdarəsində iki elm ofisinin əməkdaşı üçün kompensasiya təmin etmişdi.[22] 2021-ci ilin oktyabrında Şmidt Xüsusi Rəqabətli Tədqiqatlar Layihəsini (SCSP) təsis etdi və o vaxtdan bəri onun sədri vəzifəsini icra edir.[23]

Erkən həyatı

Şmidt ABŞ-nin Virciniya ştatının Fols-Çerç şəhərində anadan olub. Uşaqlığı Fols-Çerç və Blaksberq şəhərlərində keçib.[9][24] O, psixologiya üzrə magistr dərəcəsi almış Elanor və Nikson administrasiyası dövründə ABŞ Maliyyə Departamentində işləmiş, Virginia Tech və Cons Hopkins Universitetlərində beynəlxalq iqtisadiyyat professoru olan Vilson Emerson Şmidtin üç oğlundan biridir.[9][24] Şmidt uşaqlığının bir hissəsini atasının işi ilə əlaqədar olaraq İtaliyada keçirdi və bunun onun dünyagörüşünü dəyişdirdiyini bildirdi.[25]

Şmidt 1972-ci ildə Virciniya ştatının Arlinqton dairəsindəki Yorktoun Liseyini bitirib. Burada o uzun məsafə qaçışında səkkiz universitet məktubu mükafatı qazanıb.[26][27] Prinston Universitetində oxuyub, memarlıq ixtisası ilə başlayıb və daha sonra elektrik mühəndisliyinə keçib, 1976-cı ildə mühəndislik üzrə bakalavr dərəcəsi alıb.[28][29]

1976-1980-ci illərdə Şmidt Berkeley Beynəlxalq Evində yaşayıb və burada gələcək həyat yoldaşı Vendi Boyl ilə tanış olub. 1979-cu ildə Berkli Kaliforniya Universitetində kampus kompüter mərkəzini CS və EECS departamentləri ilə birləşdirən şəbəkənin (Berknet) layihələndirilməsi və həyata keçirilməsinə görə magistr dərəcəsi qazanıb.[30] Orada o, həmçinin 1982-ci ildə EECS-də paylanmış proqram təminatının inkişafının idarə edilməsi problemləri və bu problemlərin həlli üçün alətlər haqqında dissertasiya müdafiə edərək fəlsəfə elmləri doktoru dərəcəsi qazanmışdır.[31]

Fəaliyyəti

"Google" şirkətinin baş icraçı direktoru və direktorlar şurasının sədri Erik Emerson Şmidt Şmidt ABŞ prezidenti yanında Elm və Texnologiya üzrə şuranın, Milli Mühəndis İnstitutunun, ABŞ-nin Sənət və Elm Akademiyasının üzvüdür. "New America Foundation" qeyri-kommersiya fonduna rəhbərlik edən Şmidtin sərvəti "Forbes" jurnalının qiymətləndirməsinə əsasən 2010-cu ildə 6,3 milyard ABŞ dolları təşkil edirdi və o, dünyanın ən varlı şəxslərinin siyahısında 117-ci yeri tuturdu.

İstinadlar

Xarici keçidlər