Franko Barezi

italyan futbolçusu

Franko Barezi (it. Franco Baresi; 8 may 1960[1][2], Travalyato[d], Lombardiya) — İtaliyalı futbolçu və futbol məşqçisi. Futbolçu kimi bütün karyerasını İtaliyanın "Milan" klubunda keçirib. Hal hazırda "Milan"ın fəxri vitse-prezidentidir.

Franko Barezi
it. Franco Baresi
Ümumi məlumatlar
Doğum tarixi8 may 1960(1960-05-08)[1][2] (63 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu176 sm
Çəkisi70 kq
Mövqeyimüdafiəçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O, karyerasının çox hissəsini "Milan"ın rəqibi "İnter" klubunda oynamış başqa bir futbolçunun, Cüzeppe Barezinin kiçik qardaşıdır.

Franko Barezi Dünya Kuboku mükafatlarının tam dəstini qazanan yeddi oyunçudan biridir (1982-ci ildə qızıl, 1990-cı ildə bürünc və 1994-cü ildə gümüş).[3]

Karyera

Klub

Uşaq ikən Barezi "İnter" azarkeşi olub, lakin qardaşından fərqli olaraq "İnter" komandasına qəbul olunmur. Yəqin ki, Frankonun karyerası belə başlamadan da bununla bitə bilərdi, lakin gənc futbolçunun oyunu "Milan"ın strukturunda çalışan İtalo Qalbiatinin diqqətini çəkir. Məhz onun sayəsində Barezi rossonerilərin düşərgəsinə dəvət edilir.

1977-ci ildə "Milan"da debüt edir, mövsümün sonuna qədər cəmi üç matç keçirdir. Artıq növbəti mövsümdə Barezi, son 11 ildə ilk dəfə A Seriyasının çempionluğunu qazanmağı bacaran klubun əsas komandasının oyunçusuna çevrilir.

1980-ci illərin əvvəllərində "Milan" iki dəfə B Seriyasına düşur, lakin Franko, digər komandalardan təkliflər almasına baxmayaraq "Milan" klubuna sadiq qalır.

1982-ci ildə gənc müdafiəçi "Milan"ın kapitanı oldu. Tezliklə Barezi, eləcə də müdafiə tərəfdaşları Paolo Maldini, Alessandro Kostakurta və Mauro Tassotti ilə birlikdə futbol tarixinin ən yaxşı müdafiəçi dördluyundən birinə çevrilməyi bacarılar. Bu dövrdə "Milan" öz tarixinin ən yaxşı dövrlərindən birini yaşayır, müntəzəm olaraq üç dəfə UEFA Çempionlar Liqası da daxil olmaqla çoxlu kuboklar qazanır. Ümumilikdə Barezi "Milan"da 21 mövsüm oynayıb və klubun əfsanələrindən birinə çevrilib.

O, həm də bütün futbolçu karyerasını bir klubda oyanayaraq 719 oyun keçirən və 31 qol vuran nadir futbolçulardan biridir. Barezinin oyun nömrəsi (o, karyerası boyu 6 nömrə altında oynayıb) klub dövriyyəsindən çıxarılıb və daimi olaraq ona verilib.

O, 1997-ci ildə 37 yaşında futbolçu karyerasını bitirir.

Beynəlxalq

İtaliya millisində Franko 1980-ci ildə debüt edir və millidə 81 oyun keçirdərək (bundan 31-i komandanın kapitanı kimi) və bir qol vurur.

Avro 19801982 Dünya Çempionatında o, meydana çıxmasa da, digər turnirlərdə komanda liderlərindən biri olub.

Uğurları

Klub

"Milan"
İtaliya millisi

Fərdi

  • Dünya Çempionatının simvolik komandasına daxil edilib: 1990
  • FIFA 100 siyahısına daxildir
  • "Qızıl top"a namizəd: 1989
  • Qaytano Şirea Mükafatının qalibi: 1994
  • Guerin Sportivo tərəfindən İtaliyada ilin futbolçusu
  • World Soccer jurnalının siyahısına daxil edilir
  • Qızıl Ayaq Mükafatının qalibi
  • İtaliya Futbol Şöhrət Zalına daxildir: 2013
  • Milan klubunun Şöhrət Zalına daxildir.

İstinadlar

Xarici keçidlər