Gertrud Elion

Gertrud Elion(23 yanvar 1918[3][4][…], Nyu-York ştatı21 fevral 1999[3][4][…]) — Amerikalı biokimyaçı və farmakoloq. 1988-ci ildə Fiziologiya və ya tibb üzrə "Nobel" mükafatını alıb. Bir çox yeni dərmanlar hazrlayıb. İstifadə etdiyi innovativ tədqiqat üsulları sonradan QİÇS'ə qarşı mübarizə aparan zidovudinin hazırlanmasına səbəb olub.

Gertrud Elion
Gertrude Belle Elion
Doğum adıGertrude Elion
Doğum tarixi
Doğum yeriNyu-York
Vəfat tarixi (81 yaşında)
Vəfat yeriŞimali Karolina
Elm sahələrifarmakologiya, biokimya
İş yeri
Təhsili
Elmi rəhbəriGeorge Hitchings
Üzvlüyü
Mükafatlarıfiziologiya və tibb üzrə Nobel mükafatı ABŞ Milli Elmlər medalı
nobelprize.org/prizes/me…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Nyu-Yorkda immiqrant valideynlər üçün anadan olmuş Gertrud Elion ilk gəncliyini atasının diş həkimi olduğu Manhettendə keçirib. Qardaşı dünyaya gələndə ailə Bronksa köçüb. 15 yaşında Nyu-York şəhərindəki Hunter Kollecinə daxil olub və 19 yaşında kimya fakültəsini əla qiymətlərlə bitirib. O, məzun olduqdan sonra iş tapmaqda çətinlik çəkib. Laborator kimi iş tapıb və Nyu-York Universitetinə qayıdıb. Elion 1941-ci ildə magistr dərəcəsi üzrə işi bitirərkən bir neçə il liseydə əvəzedici müəllim kimi çalışıb. O, heç vaxt doktorluq dərəcəsi almasada, sonradan fəxri Fəlsəfə doktoru adına layiq görülüb. Nyu-York Politexnik Universitetində və Harvard Universitetinin fəxri Elmlər doktoru dərəcəsi var.[5]

Kimyaçı kimi karyerası

İkinci Dünya Müharibəsinin başlaması sənayedə qadınlar üçün daha çox imkanlar yaradıb. Elion 1944-cü ildə Burroughs-Wellcome-da (indiki GlaxoSmithKline) işə götürülməzdən əvvəl qida və istehlak məhsulları şirkətlərində keyfiyyətə nəzarət üzrə bir neçə iş əldə edə bilib. Burada Dr. Corc Hitçinqs ilə 40 illik əməkdaşlığa başlayıb.[6]

İstinadlar