Hindustan

Hindustan (hind. हिन्दुस्तान Hindustān, urdu ہندوستان Hindostān fars. Hindū‎ — Hind + stan) — Asiyanın cənubunda yerləşən yarımada. Sahəsi 2 milyon km² yaxındır. Şimal sərhəddi Hind çayının deltasından Qanq çayının deltasına qədər uzanır.[1]. Bəzən yarımadanın ərazisinə bütün platonu və dağları aid edirlər.[2]. Yarımada Hindistannın böyük hissəsi, PakistanBanqladeşin bir hissəsi özündə birləşdirir.Qərbdən Ərəbistan dənizi, şərqdən Benqal körfəzi, cənubdan isə Lakkadiv dənizi onun sahillərini yuyur. Yarımadadan cənub-şərqində böyük Şri-Lanka adası yerləşir. Yarımada Hindistan yarımqitəsinin və Hindistan tavasının cənubunda yerləşir.

Hindustan yarımadası
Ümumi məlumatlar
Sahəsi>2,000,000 km²
Yerləşməsi
20°00′00″ şm. e. 80°00′00″ ş. u.
AkvatoriyaƏrəbistan dənizi/Benqal körfəzi/Lakkadiv dənizi
Ölkə Hindistan
Hindustan yarımadası xəritədə
Hindustan yarımadası
Hindustan yarımadası
Hindistanın 1914-ci il xəritəsi

Yarımadanın cənub nöqtəsi Komorin burnudur.

Geologiyası

Cənub hissələri allyuvial çökəkliklər yerləşir. Malabar və Koromandel sahillərini buna misal çəkmək olar. Əsas çayları: Narbada, Tapti, Mahanadi, Qodavari və Qrişna.[3]

Adlanması

Farslar yarımadanı və bütün bölgəni Hindustan adlandırmışlar, bu səbəbdən avropa dillərinə bu çür keçmişdir. XIX əsrdən avropalılar Himalay dağlarından Vindhya massivinə qədər əraziyə bu adı şamil etmişlər[4]. İngilislər yarımadanı Cənubi Hindistan adlandırırlar. Rusların adladırdığı İndostan termini isə artıq arxaikləşmişdir.

İstinadlar