Kərgədanlar

Kərgədanlar (lat. Rhinocerotidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin təkdırnaqlılar dəstəsinə aid heyvan fəsiləsi. Fəsiləyə AfrikaAsiyada yayılmış 5 növ daxildir.

Kərgədanlar
Elmi təsnifat
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Aləm:
Yarımaləm:
Klad:
ParaHoxozoa
Klad:
Nephrozoa
Tipüstü:
Klad:
Olfactores
Yarımtip:
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Klad:
Euteleostomi
Klad:
Klad:
Rhipidistia
Klad:
Tetrapodomorpha
Klad:
Eotetrapodiformes
Klad:
Elpistostegalia
Klad:
Stegocephalia
Sinifüstü:
Klad:
Reptiliomorpha
Klad:
Amniota
Klad:
Theriimorpha
Klad:
Theriiformes
Klad:
Trechnotheria
Klad:
Cladotheria
Klad:
Prototribosphenida
Klad:
Zatheria
Klad:
Tribosphenida
Yarımsinif:
İnfrasinif:
Maqndəstə:
Boreoeutheria
Dəstəüstü:
Klad:
Scrotifera
Qranddəstə:
Ferungulata
Ranqsız:
Klad:
Mesaxonia
Klad:
Panperissodactyla
Yarımdəstə:
Tapiromorpha
İnfradəstə:
Ceratomorpha
Fəsiləüstü:
Rhinocerotoidea
Fəsilə:
Kərgədanlar
Beynəlxalq elmi adı

Bədəninin uzunluğu 2,5–4 m, süysününün hündürlüyü 1–2 m, kütləsi 3 t-dək olur. Hətta ağ kərgədanların kütləsi 5 t-a qədər ola bilir. Burnunun üstündə bir-birinin ardınca 1–2 buynuzu olur. Boynu gödək, beli əyilmiş, qarnı sallaqdır. Dərisi qalın və tüksüz, rəngi tünd-bozdur. Yaxşı eşidir və iy bilir, zəif görür. Bədəninin ağır olmasına baxmayaraq qısa məsafədə çox sürətlə — saatda 40–45 km sürətlə qaçır. Cənub-Şərqi AsiyadaAfrikada yayılmışdır. Tropik meşə, savanna və bataqlıqlarda, əsasən cüt, bəzən də kiçik qrup halında yaşayır. Noyabr—dekabrda cütləşir. Boğazlıq dövrü 17–18 aydır. Əti yeməlidir. Mühafizə olunur.

İstinadlar

Həmçinin bax