Kobani

Suriyada şəhər

Kobani (kürd. Kobanî/Kobanê, ərəb. كوباني‎, klass. süry. ܟܘܒܐܢܝ), rəsmi olaraq Eyn ül-Ərəb (ərəb. عين العرب‎) — Suriyanın Hələb mühafəzəsində şəhər, Eyn ül-Ərəb rayonunun inzibati mərkəzi. Şəhər Suriyanın Türkiyə ilə olan sərhədi üzərində yerləşir. Suriyada vətəndaş müharibəsinin bir nəticəsi olaraq, şəhər 2012-ci ildən bəri Xalq Qoruma Dəstələrinin (YPG) nəzarəti altına düşmüşdür.

Kobani
عين العرب
Kobanî
36°53′27″ şm. e. 38°21′13″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub1915
Sahəsi
  • 7 km²
Mərkəzin hündürlüyü520 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 44.821 nəf. (2004)
Rəqəmsal identifikatorlar
Poçt indeksiC1946
Xəritəni göstər/gizlə
Kobani xəritədə
Kobani
Kobani
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəhər 2014-cü ilin sentyabr ayından 2015-ci ilin yanvar ayında qədər İraq Şam İslam Dövlətinin blokadası altında idi. Şəhərin əksər hissəsi məhv edilmiş, şəhər əhalisinin əksəriyyəti Türkiyəyə qaçmışdır.[1] Onların çoxu 2015-ci ildə geri qayıtmış və şəhərdə yenidənqurma işlərinə start verilmişdir.

Suriyada vətəndaş müharibəsindən əvvəl Kobani şəhərinin əhalisi 45.000 nəfərə yaxın idi.[2] Şəhər əhalisinin əksəriyyətini kürdlər təşkil edirdi, ancaq şəhərdə ərəb, Suriya türkmanıerməni icmaları da yaşayırdı.[3]

Etimologiya

Kobani (kürd. كوباني) sözünün mənası ilkin olaraq, kompaniya demək idi. Bu ad 1911-ci ildə KonyaBağdad dəmiryolunu inşa edən[4][5][6][7][8] Almaniyanın bir dəmiryol şirkətina bir istinad idi.[9][10]

Kobani şərqdəki Ərəb Pınar və qərbdəki Mürşidpınar (türk. Mürşitpınar) kəndləri arasında tikilmişdi. Şərqdə yerləşən Ərəb Pınar (türk. Arap Pınar, hərfi t. Ərəb bulağı) və Kobaninin ərəb dilindəki adı Ayn əl-Ərəb ərəb. (عين العرب‎) bunun tərcüməsidir. Buradakı "bulaq" sözü kəndin şərqindən axan çaya bir istinaddır. Ərəb köçəri tayfaları yay fəslində öz qoyun sürülərini bura gətirərdi. Bu kənd 1960-cı illərdə qurumuş kiçik bir gölün cənubunda yerləşirdi. Mürşidpınar adı bu günə kimi qərbdə yerləşən kənd və Türkiyədə yerləşən dəmiryol stansiyası üçün istifadə edilir.[11]

Bu iki kəndin hər ikisi də hal-hazırda Kobaninin bir parçasıdır. Eyn ül-Ərəb adı Suriya hökuməti tərəfindən ilk dəfə 1980-ci illərdə təqdim edilmişdir ki, bu da hökumətin geniş ərəbləşdirmə siyasətinin bir hissəsi idi.[4][5][12]

İstinadlar

Xarici keçidlər