Koreya dalğası

Koreya dalğası (ing. Korean Wave) və ya Koreya axını (kor. 한류; 韓流; Hallyu) — 1990-cı illərdən başlayan Cənubi Koreya mədəniyyətinin dünyada məşhurluğunun artması.[1][2][3]

Tarix

Koreya mədəniyyətini yumuşaq güc kimi istifadə etməkdən Koreya müstəqillik hərəkətinin başı və Koreya Respubkilasının Müvəqqəti Hökumətinin prezidenti, Kim Qu yazırdı:

<...> İstəyirəm ki, millətimiz, dünyanın ən gözəl milləti olsun. Bunnan ən güclü millət demək istəmirəm. Mən başqa millətin tərəfindən istila olunmağınən ağrısını hiss etdiyimə görə, istəmirəm ki, öz millətim başqaları istila etsin. Yətər ki, varlığımız həyatlarımızı bərəkətli etsin; yətər ki, gücümüz xarici istilalara mane ola bilsin. Sonsuz miqdarda arzu etdiyim tək şey, mərd mədəniyyətinin gücüdür. Ona görə ki, mədəniyyət gücü bizi də xoşbəxt edir, başqalara da xoşbəxt verir <...>

Kim Qu, Baekbeom İlci, 1 mart, 1948

1950-1995: Yeni yaranmış film bazarı üçün mübarizə

Koreya müharibəsindən (1950-1953) sonra Cənubi Koreyada Han çay möcüzəsi adlanan iqtisadi artım müdəti başlayıb.

Pak Çon Hi prezidentliyin zamanı əcnəbi filmlərə kvota qoyulmuşdu.[4] Bu Koreya filmlərin əncəbi filmləri arasında rəqabətin qarşını almaq üçün edilib.[5] 1986-cı ildə Amerika Kinofilm İxracatçılar Birləşməsi ABŞ Senatına Koreya Republikasının hökuməti tərəfindən tətbiq olunan məhdudlaşma ilə əlaqədər şikayət edib.[6] Nəticədə, Cənubi Koreya hökuməti məhdudlaşmanı ləğv etməyə məcbur olub. 1988-ci ildə 20th Century Fox Cənubi Koreyada ofisini açan ilk ABŞ Studiyası olub. Ondan sonra Warner Bros. (1989), Columbia Pictures (1990) və Walt Disney (1993) də öz ofislərini açdılar.[7]

1994-cü ildə Cənubi Koreyanın film bazarında Hollivudun payı 80%-ə yaxın zirvə nöqtəsində idi. Yerli filmlərin payı 15,9% idi.[8] Həmin il, prezident Kim Yon Sam Koreyanın media hasilatına dəstək və maliyyə yardımı verməyə məsləhət alıb.[9] Cənubi Koreyanın median gələn məlumata görə, sabiq prezidentinin diqqətini Stiven Spilberqın Yura dövrü parkı filminin tam gəliri 1,5 million Hyundai avtomobilin satışının gəlirindən çox olduğuna çəkməyə çağırdırlar. Deyilir ki, bu müqaisə hökuməti mədəniyyətə ixrac oluna bilən sahəyə kimi baxmağa eləyib.[10] O zaman Cənubi Koreya Mədəniyyət Nazirliyi media sektorunu inkişaf etmək üçün mədəni sənayyə bürosunu təsis edib. Beləliklə, bir sıra əmanətçi kino və medianı genişləndirməyə həvəsləndirilmiş və 1995-ci ilin sonuna qədər Koreya mədəniyyətin qalxması üçün əsas qoyulub.[10]

1995–1999: Böhran və inkişaf

1997-ci ilin iyulunda, Asiya maliyyə böhranın nəticəsində istehsal sektoru ağır itkiləri yaşayıb. Bu bir sıra biznesı əyləndirmə sektoruna çevirməyə cəlb edib.[11]

Cənubi Koreya keçmiş müstəmləkəçisi olan Yaponiyanın mədəni idxala məhdudlaşmaları 1998-ci ildən ləğv etməyə başlayıb. Anime, manqa və J-pop idxalına qarşı durmaq məqsədi ilə Koreya Respublikasının Mədəniyyət Nazirliyi böyük büdcə artımı istəyib. Dolayısıyla, ölkə ətrafında collec və universitetlərdə 300 mədəni sənayə bölməsi açılıb.[12]

1999-cu ilin fevralında Şiri adlı yerli böyük büdcəli film çox uğurlu göstərilirdi. O, 11 mln. ABŞ dolları yığaraq, bu göstəriciyə görə Ceyms Kemeronun Titanik filmini keçib.[13][14]

1999–2010: Koreya dalğası Asiyada

Təxminən eyni zamanda Çində bir sıra Koreya televiziya serialı göstərilirdi. 1999-cu ilin noyabrın 19-da Çinin hökumət idarə etdiyi Beijing Youth Daily qəzetində çap olunan məqalədə "Çin auditoriyanın Koreya TV dramalar və pop mahnılara qarşı həsrət" qeyd olunmuşdu.[15] 2000-ci ilin fevralında S.M. Entertainment şirkətinin H.O.T. qrupu Pekində keçirdiyi anşlaqlı konsert bir K-pop qrupun ilk xarici konserti olub.[16] Koreya mədəni idxalı artıran kimi Çinin Dövlət Radio, Film və Televiziya İdarəçiliyi buna göstərilən Koreya televiziya dramaların sayına məhdudlaşdırma qoyaraq cavab vermişdi.[17]

Asiyanın başqa ölkələrində də Koreya drama və pop musiqinin populyarlığı yaşandı. 2000-ci ildə Hindistanın Manipur ştatında separatçılar Bollivud filmlərinə qadağa qoyublar və istehlakçılar diqqətini Koreya mediyasında döndülər.[18] Agence France-Presse verdiyi məlumatına görə, Koreya ifadələri Manipurun məktəb həyətlərində və bazalarında eşitmək olardı.[19] Koreya dramavə filmləri Manipura qonuşu Birmadan CD və DVD kontrabanda şəklində gətirilib.[18] Sonra Koreya mallarının populyarığı Hindistanın şimal-şərqinin Assam, Meğalaya, Səkkəm, Arunaçal Paradeş, Tripura, Mizoram, Naqalend ştatlarında artıb.[20]

2002-ci ildə BoA müğənnisinin Listen to My Heart albomu Yaponiyada million nüsxə satan ilk Koreyalı albomu olmuşdu.[21] Həmin il, Koreyanın Qış sonatası serialı Tayvanın Meteor bağı serialının Asiya ətrafında uğurunu təkrarlayan ilk serial olub. Yaponiyada Qış sonatası ilə bağlı malların, o cümlədə DVD və romanların satışından gəlir 3.5 million ABŞ dollarıdan artıq idi.[22]

2010-günümüz: Koreya dalğası dünyada

ABŞ-də Koreya mədəniyyəti və K-pop ilk öncə Los Anceles və Nyu York kimi şəhərlərdə qalan etnik Koreyalıların icmalarının tərəfindən yayılmışdı.[23] Bir neçə il əvvəl ABŞ prodüserləri buna fikir vermirdilər. Məsələn üçün, Mnet Media şirkətinin baş əməliyyət direktorun sözlərinə görə, onun işçiləri ABŞ prodüserlərə 300-dən çox K-pop musiqi videoları göstərəndə onlar Əvvəl münasibətlər olduğuna görə nəzakətli idilər, amma ciddi söhbət olmadı.[24] Buna oxşar şəkildə, BoA və Se7en kimi müğənnilərin ABŞ debütları diqqət cəlb etməyə bilmədilər. CNN reportyoru bunları tam iflas (ing. complete flops) adlandırıb.[25]

Buna baxmayaraq, K-pop və Korey Televiziyası ABŞ-də və dünyanın başqa hissələrində (məsələn üçün, Cumonq serialı özəlliklə müsəlman dünyasında yaxşı qəbul olunub) populyarlğı qazanırdı.[26][27][28][29] Bu populyarlığı xüsusilə artan Koreyalı PSY müğənnisinin Gangnam Style mahnısı idi. Onun virus musiqi videosu 2012-2013 illərin arasında YouTube-da çox populyar olub, saytda milyard baxış yığan birinci video olmuşdu. Beləliklə, radio DJ-ləri xarici mahnıları efirə qoymağa həvəsli olmadığına görə, YouTube K-pop müğənnilərə dünyada məşhurluğu qazanmaq üçün çox vacib olmuşdu. Kaliforniyanın İrvin keçən KCON 2012 festivalını ziyarət edən CNN müxbiri demişdi ki, Burda kimsəyi durdurub soruşsanız ki, K-pop haqqında necə öyrəndilər, deyəcəklər ki, Youtube-dan (ing. If you stop anyone here and ask them how they found out about K-pop, they found it out on YouTube).[30]

İstinadlar