Mel Gibson

Mel Kolmsil Cerard Gibson (ing. Mel Colm-Cille Gerard Gibson; 3 yanvar 1956[1][2][…]) — Avstraliya-Amerika əsilli kinoaktyor, rejissor, ssenarist və prodüserdir.

Mel Gibson
ing. Mel Gibson
Doğum adıMel Colm-Cille Gerard Gibson
Doğum tarixi3 yanvar 1956(1956-01-03)[1][2][…] (68 yaş)
Vətəndaşlığı
Fəaliyyətifilm prodüseri, kino aktyoru, kinorejissor, yazıçı, səsləndirmə aktyoru[d], ssenarist, televiziya aktyoru, teatr aktyoru, televiziya prodüseri[d], aktyor, rejissor
Fəaliyyət illəri1977-ci ildən
MükafatlarıƏn yaxşı rejissor işinə görə "Oskar" mükafatı Ən yaxşı filmə görə "Oskar" mükafatı
"Avstraliya" ordeninin fəxri zabiti
Golden Globe Award for Best Director
IMDbID0000154
{{{imzanın izahı}}}
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Mel Gibson 3 yanvar 1956-cı ildə ABŞ-nin Nyu-York ştatının Pikskil şəhərində anadan olmuşdur. Ailədə 11 uşaqdan 6-cısı idi. Atası Hatton Gibson dəmiryolu konduktoru kimi çalışırdı. Mel doğulduqdan dərhal sonra ailə Avstraliyanın Yeni Cənubi Uels əyalətinə köçür. Məktəbi bitirdikdən sonra Sidney şəhərində yerləşən Yeni Cənubi Uels Universitetində təhsil almışdır.

Şəxsi həyatı

7 iyun 1980-ci ildə Robin Mur ilə ailə həyatı qurmuşdur. 2006-cı ilin avqustunda cütlük ayrı yaşamağa başladı və 2009-cu il aprelin 13-də Robin boşanmaq üçün məhkəməyə müraciət etdi. Aprelin 28-də Mel Gibson "X Adamlar: Rosomaxa" filminin açılış mərasiminə rus pianoçusu Oksana Qriqoryeva ilə birlikdə gəldi və mayın 26-da Cey Lenonun televiziya şousunda Oksanadan uşağı olacağını etiraf etdi. 30 oktyabr 2009-cu ildə onların Lüsiya adlı qızları dünyaya gəldi. 2010-cu ilin aprelində Mel Gibson Oksana Qriqoryeva ilə münasibətləri kəsdiyini elan etmiş və iyun ayında Lüsiyanın himayəsinin valideynlərdən hansına verilməsi barədə məhkəmə çəkişməsi başlamışdır. Mel Gibsonun Robin Murla evliliyindən 7 uşağı var.

Filmoqrafiya

İlFilmRol
1977Yay şəhəriSkollop
1979TimTim
1979Dəlisov MaksMaks Rokatansk
1981Dəlisov Maks 2Maks Rokatansk
1984ÇayTom Harvi
1987Ölümcül silahMartin Riqqs
1989Ölümcül silah 2Martin Riqqs
1990HamletHamlet
1992Ölümcül silah 3Martin Riqqs
1992Əbədi cavan
1993Sifətsiz adam
1994Meverik
1995Cəsur ürəkUilyam Volles
1995Kasper
1995PokahontasCim Smit
1997Atalar günü
1998Ölümcül silah 4Martin Riqqs
2000Qadınlar nə istəyirlər
2000Vətənpərvər
2002İşarələrRahib Qrem Hess
2004Paparassi
2004İsanın ehtirasları
2004–2005Əsl vəhşilər
2006Apokalipsisqeyd: filmin rejissoru
2010Oyanış
2013Maçete öldürürLüter Voz
2014Qabağıalınmazlar 3Konrad Stounbenks

İstinadlar

Xarici keçidlər