Paolo Rossi

Paolo Rossi (it. Paolo Rossi; 23 sentyabr 1956[1][2], Prato, Toskana9 dekabr 2020[3], Siena, Toskana) — İtaliyalı keçmiş peşəkar futbolçu, 1978–1986-cı illərdə İtaliya millisinin hücumçusu olub.

Paolo Rossi
it. Paolo Rossi
Ümumi məlumatlar
Doğum tarixi23 sentyabr 1956(1956-09-23)[1][2]
Doğum yeri
Vəfat tarixi9 dekabr 2020(2020-12-09)[3] (64 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Boyu174 sm
Çəkisi67 kq
Mövqeyihücumçu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiya

Paolo Rossi 23 sentyabr 1956-cı ildə Toskanın Prato şəhərində anadan olub.

1979-cu ildə, "Peruca"da oynayarkən, Paolo Rossi, mərc oyunları ilə əlaqəli fırıldaqlarda iştirak etdiyi üçün iki il diskvalifikasiya edilir. Buna görə bir neçə aylıq azadlıqdan mərhum edilir.[4]

Karyera

Karyerasına "Yuventus" klubunda başlayıb. Ancaq orda möhkəmlənə bilmədiyinə görə əvvəlcə "Komo" klubuna icarəyə verilir, daha sonra isə "Peruca" klubuna transfer olunur.

1981-ci ildə təkrar "Yuventus" klubuna keçərək, Mişel Platini və Zbignev Bonek ilə birlikdə Turin komandasının hücum üçlüyünü qurur.

1982 Dünya Kubokunun bombardiri (6 qol) olur. Turnirin başlamasından cəmi bir ay əvvəl həbsdən çıxması və diskvalifikasiyasının yenicə bitməsinə baxmayaraq turnirin həm bombardiri həm də ki ən yaxşı oyunçusu seçilir. Eyni ildə həm də Fransanın həftəlik France Football jurnalı tərəfindən Avropanın ən yaxşı futbolçusu seçilərək "Qızıl Topa" sahib olur.

Ardından Rossi "Milan", "Komo", "Viçentsa", "Peruca" və "Hellas Verona" komandalarında oynayır. 1987-ci ildə "Komo" klubunda karyerasını bitirir. Futbolçu heç vaxt xarici klublarda oynamayıb.

Meksikadakı 86 Dünya Kubokuna aparılsada orada heç bir oyunda meydana çıxmır.

FIFA 100 siyahısına və World Soccer jurnalına görə 20-ci əsrin ən böyük futbolçularının siyahısına daxildir.

İdmandan ayrıldıqdan sonra və həyatının son gününə qədər Rossi RAİ kanalında futbol mütəxəssisi olaraq çalışır[5] .

9 dekabr 2020-ci ildə 64 yaşında ağciyər xərçəngindən dünyasını dəyişir. Futbolçu Vicenza şəhərində dəfn edilmişdir[6] .

Karyera Statistikası

MövsumKlubOyunQol
86/87Hellas Verona204
85/86Milan202
84/85Yuventus273
83/84Yuventus3013
82/83Yuventus237
81/82Yuventus31
80/81Viçentsa00
79/80Peruca2813
78/79Viçentsa2815
77/78Viçentsa3024
76/77Viçentsa3621
75/76Komo60
75/76Yuventus00
251103

Uğurları

Komanda

"Viçentsa"

Yuventus

İtaliya Millisi

Şəxsi

İstinadlar

Xarici keçidlər