Pnompen

Pnompen (kxm. ភ្នំពេញ ) — Kambocanın paytaxtı və ən böyük şəhəri. Tonlesap çayının Mekonq çayı ilə qovşağında yerləşir. Fransa kolonizasiyası dövründən ölkənin paytaxtı olan şəhər, Kamboca müstəqillik əldə etdikdən sonra da iqtisadi, sənaye və mədəni mərkəz olaraq inkişafını davam etdirdi.

Şəhər
Pnompen
khm. ភ្នំពេញ
Gerb
Gerb
11°33′ şm. e. 104°55′ ş. u.
Ölkə Kamboca
Tarixi və coğrafiyası
Əsası qoyulub1372
Sahəsi290 km²
Mərkəzin hündürlüyü11.89 m
Saat qurşağıUTC+7
Əhalisi
Əhalisi1 501 725[1] nəfər (2012)
Sıxlığı2200 nəf./km²
Rəqəmsal identifikatorlar
Telefon kodu+855 (023)
Digər
phnompenh.gov.kh
Xəritəni göstər/gizlə
Pnompen xəritədə
Pnompen
Pnompen
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Şəhərə təyyarədən baxış

"Asiyanın mirvarisi" adı ilə tanınan şəhər 1920-ci illərdə Hind-Çin yarımadasında fransızlar tərəfindən inşa olunmuş ən gözəl şəhərlərdən biri idi.[2] Pnompen ölkənin əsas turizm bölgələrindən biri hesab olunur və hər il buraya milyonlarla turist səyahət edir. Əsası 1434-cü ildə qoyulan şəhər gözəl, tarixi arxitekturası və turistik əraziləri ilə xüsusilə diqqət çəkir.

Həmçinin bax

İstinadlar