Pol Tomas Anderson

Pol Tomas Anderson (ing. Paul Thomas Anderson; 26 iyun 1970[1], Studio City[d], Kaliforniya)[3][4] — amerikalı film rejissoru. Anderson müasir Amerika kinosunun ən görkəmli rejissorlarından biridir.

Pol Tomas Anderson
ing. Paul Thomas Anderson
Pol Tomas Anderson 2020-ci ildə
Pol Tomas Anderson 2020-ci ildə
Doğum tarixi26 iyun 1970(1970-06-26)[1] (53 yaş)
Doğum yeri
Vətəndaşlığı
Uşağı4
Partnyoru
  • Maya Rudolf[d] (2001–)
Fəaliyyətikinorejissor, ssenarist, film prodüseri, kinematoqraf, rejissor
Fəaliyyət illəri1988-ci ildən
Təhsili
MükafatlarıQızıl ayı
IMDbID0000759
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Pol Tomas Anderson 26 iyun 1970-ci ildə Los-Ancelesin Studio City bölgəsində dünyaya gəlib. Onun atası Erni Anderson Amerika Yayım Şirkətində çalışan aktyor idi.[5][6] Pol dörd qardaş-bacısı ilə birlikdə San Fernando vadisində böyüyüb.[7] Onun atasının ilk evliliyindən dünyaya gəlmiş beş ögey qardaş-bacısı var.[8] Onun anası ilə olan münasibəti yaxşı deyildi. Pol daha çox atasına yaxın idi. Atası onu yazıçı və ya rejissor kimi karyera qurmaqda dəstək olmuşdur.

Karyerası

Anderson Nyu-York Universitetinin Film Məktəbində oxuyub. Bu müddətdə öz filmlərini çəkərək daha çox öyrənməyin mümkün olduğunu düşünərək məktəbi tərk etmişdir. O, ilk olaraq qısametrajlı filmlər və kliplər çəkərək öz üslubunu və istedadını inkişaf etdirdi.

O, rejissorluq karyerasına 1996-cı ildə lentə aldığı "Çətin səkkizlik" adlı ilk bədii filmi ilə başlayıb.[9] Filmin uğuru Andersona daha böyük imkanlar təqdim etdi. O, 1997-ci ildə çəkdiyi "Boogie Nights" filmi ilə sıçrayış etdi. Bu film 1970-ci illərdəki pornoqrafiya sənayesi haqqındadır və Andersonun hekayə bacarıqlarını nümayiş etdirdiyi şah əsərdir.[10] "Boogie Nights" ən yaxşı orijinal ssenari nominasiyasında "Oskara" namizədlik əldə etmişdir.

Andersonun növbəti böyük layihəsi 1999-cu ildə çəkilmiş "Maqnoliya" filmi oldu.[11] "Maqnoliya" Berlin Beynəlxalq Film Festivalında "Qızıl Ayı" qazandı və üç "Oskar" mükafatına namizəd oldu. Tom Kruz filmdəki ifasına görə "Oskar" mükatına layiq görüldü.[12]

Onun rejissorluq karyerasının ən diqqətəlayiq əsərlərindən biri də 2007-ci ildə Deniel Dey-Lüisin baş rolda olduğu "Qan töküləcək" filmidir.[13] Neft kəşfçisinin hekayəsindən bəhs edən bu film, acgözlük və korrupsiya haqqındadır. Bu film Andersona "Ən Yaxşı Rejissor" nominasiyasında "Oskar" nominasiyası qazandırdı.[14]

Filmoqrafiya

İlAdDistributor
1996Hard EightRysher Entertainment
1997Boogie NightsNew Line Cinema
1999MaqnoliyaNew Line Cinema
2002Punch-Drunk LoveSony Pictures Releasing
2007There Will Be BloodParamount Vantage / Miramax
2012The MasterThe Weinstein Company
2014Inherent ViceWarner Bros. Pictures
2017Phantom ThreadFocus Features / Universal Pictures
2021Licorice PizzaUnited Artists Releasing / Metro-Goldwyn-Mayer

İstinadlar